Statistik hesabatların formaları

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

Hesabat təqdim edən müəssisənin:  1-BB-li forma
adı ________________________  Rüblük - İllik
ünvanı ___________________________ rayon (şəhər)   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 26.11.2002-ciil tarixi 41/2 sərəncamı ilə təsdiq edilmişdir.
  ___________________________ kənd (küçə)  
əsas fəaliyyət növü _________________________    
mülkiyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
0667219  
  Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarıtərəfindən hesabat rübündən sonrakı ayın 30-na kimi və il başa çatdıqdan sonra 45 günmüddətində yerləşdiyi ərazinin statistika orqanına təqdim olunur.

200____ cü ilin____ rübü üzrə

Yerli özünüidarəetmə (bələdiyyə) orqanının büdcəsinin icrasına dair hesabat

A. Gəlirlər.
мin manat
 GöstəricilərSətrin koduBələdiyyə (yerli) büdcəsi tərəfindən hesabat rübü uçün təsdiq edilib Hesabat rübü ərzində icra olunmuşdurBələdiyyə (yerli)büdcəsi tərəfindən ilin əvvəlindən olan dövr üçün təsdiq edilibİlin əvvəlindənolan dövr ərzində icra olunmuşdur
ABC1234
А. Yerli büdcənin gəlirləri – cəmi (sətir 02+sətir 13+sətir 22) 01      
А.1. o cümlədən: Vergilərdən daxilolmalar (03-12-ci sətirlərin cəmi) 02      
А.1.1. ondan: - fiziki şəxslərdən torpaq vergisi 03      
А.1.2 - fiziki şəxslərdən əmlak vergisi 04      
А.1.3. - yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 05      
А.1.4. - bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 06      
А.1.5. - küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər 07      
А.1.6 - bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət ictimai isşə və digər xidmətlərə görə ödəniş 08      
А.1.7 - sanatoriya-kurort rüsumu, mehmanxana rüsumu, turizm xidmətləri 09      
А.1.8. -avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyən ediləm digər yerli vergi və ödənişlər 10      
А.1.9. - yerli lisenziya yığımı 11      
А.1.10. - sosial-mədəni tədbir obyektlərinin və mənzil fondunun saxlanılmasına vergi 12      
А.2. Vergi olmayan gəlirlər (sətir 14+15+16+19+20+21) 13      
А.2.1. ondan: - bələdiyyə mülkiyyətinə daxil olan əmlakın istifadəsindən gələn gəlirlər 14      
А.2.2 - bələdiyyə unitar təşkilatlarının ödədiyi vergi və digər mütləq ödənişlərindən sonra yerdə qalan gəlirlər 15      
А.2.3. - bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər (sətr 17+sətr 18) 16      
А.2.3.1. ondan: – bələdiyyə əmlakının özəlləşdirilməsindən gəlirlər 17      
А.2.3.2. - bələdiyyə əmlakıbıb icarəyə verilməsindən gəlirlər 18      
А.2.4. - fiziki və hüquqi şəxslərin maliyyə yardımları 19      
А.2.5. - beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları 20      
А.2.6. - Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar 21      
А.3. Digər gəlirlər 22      

B. Xərclər
мin manat
 GöstəricilərSətrin koduBələdiyyə (yerli) büdcəsi tərəfindən hesabat rübü uçün təsdiq edilib Hesabat rübü ərzində icra olunmuşdurBələdiyyə (yerli)büdcəsi tərəfindən ilin əvvəlindən olan dövr üçün təsdiq edilibİlin əvvəlindənolan dövr ərzində icra olunmuşdur
ABC1234
B.1. Yerli büdcənin xərcləri (24-38-ci sətirlərin cəmi) 23      
B1.1. O cümlədən: - yerli idarəetmə orqanlarının saxlanılmasına 24      
B1.2. - təhsil xərcləri 25      
B.1.3. - səhiyyə xərcləri 26      
B.1.4. - mədəniyyət və kütləvi informasiya xərcləri 27      
B.1.5. - bədən tərbiyəsi xərcləri 28      
B.1.6. - bələdiyyə mülkiyyətinə və ya yerli idarəetmə orqanlarına daxil olan digər təşkilatların təşkil edilməsi, inkişafı və saxlanması 29x   x 
B.1.7. - ictimai qaydaların mühafizəsi üzrə, bələdiyyə orqanlarının saxlanılmasına 30      
B.1.8. - bələdiyyə mənzil-kommunal təsərrüfatının təşkil edilməsinə inkişafi və saxlanılmasına 31      
B.1.9. - bələdiyyə yol tikintisinə və saxlanılmasına 32      
B.1.10.- bələdiyyənin təşkil olundugu ərazidə ətraf mühitin mühafizəsinə 33      
B.1.11. - bələdiyyə borcunun ödənilməsinə 34      
B.1.12.- sənaye, tikinti, kənd təsərrüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və yol təsərrüfatıы sahələrinə və metropolitene dövlət yardımı 35      
B.1.13. -elektrik və istilik enerjisi, qaz, nəqliyyat, su və kanalizasiya təsərrüfatı sahələrinin itən gəlirləri üzrə ödənişlər 36      
B.1.14.- mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsinin qarşısının alınmasının təmin edilməsi 37      
B.2.15. - digər xərclər 38      

C. Nəticə
мin manat
 GöstəricilərSətrin koduBələdiyyə (yerli) büdcəsi tərəfindən hesabat rübü uçün təsdiq edilib Hesabat rübü ərzində icra olunmuşdurBələdiyyə (yerli)büdcəsi tərəfindən ilin əvvəlindən olan dövr üçün təsdiq edilibİlin əvvəlindənolan dövr ərzində icra olunmuşdur
ABC1234
C.1 Profisit (+), kəsir (-), (sətir 01-sətir 23) 39      
C.2 Kəsirin bağlanması ilə bağlı daxilolmalar 40      
C.2.1.-qiymətli kağızların satışından 41      
C.2.2.-eyni səviyyəli dövlət orqanlarından alınmış vəsaitlər 42      
C.2.3.-banklardan büdcə kəsirlərinin maliyyələşdirilməsi üçün alınan kreditlər43      
C.2.4.-beynəlxalq iqtisadi təşkilatlardan kreditlərin cəlb olunması 44      
C.2.5.-bank ssudaları və avanslar 45x   x 

Bələdiyyənin sədri __________________________________
(soyadı, adı və əlaqə telefonu)
  _______________________
Rəhbərin soyadı, imzası
 
«______» ___________________200___il

Məlumatların doldurulması üçün qisa göstərişlər
1. 1 BB №-li hesabatı yerli idarəetməni təmsil edən orqan tərəfindən təsdiq edilmiş rüblük və illik büdcənin icrasına dair məlumatlara əsasən doldurulur.
2. 29-cu sətir üzrə yalnız 2-ci və 4-cü sütünlar doldurulur (göstərilən xərclər maddəsinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri hesabına həyata keçirilir).

Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
06 dekabr 2002-cü il tarixli 2/43 saylı
saylı qərarı ilə təsdiq edilmişdir.

1-BB №-li "Yerli özünüidarəetmə (bələdiyyə) orqanının büdcəsinin icrasına dair" hesabatın tərtib edilməsinə dair

GÖSTƏRİŞLƏR

Ümumi müddəalar.

1. Bu Göstərişlər “Azərbaycan Respublikasının Konstitutsiyası”na, Azərbaycan Respublikası Vergi Məcəlləsi”nə, “Büdcə sistemi haqqında”, ”Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
2. Bu Göstərişlər 1-BB № “Yerli özünüidarəetmə (bələdiyyə) orqanının büdcəsinin icrasına dair hesabat” formasında, hesabat dövrü ərzində (rüblük, illik) yerli büdcə üzrə gəlirlərin, xərclərin və nəticələrin əks etdirilməsini müəyyən edir.
3. Göstərişlər bütün yerli özünüidarəetmə (bələdiyyə) orqanlarına şamil edilir.
4. Hesabat formasının 1-ci sütununda yerli özünüidarəetmə (bələdiyyə) orqanının büdcəsi üçün xalis hesabat rübü üzrə proqnozlaşdırılmış gəlirlərin və xərclərin məbləğləri göstərilir.
5. 2-ci sütunda xalis hesabat rübündə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının büdcələrinin (gəlirlərin və xərclərin) faktiki icrası barədə məlumatlar əks etdirilir.
6. 3-cü sütunda bələdiyyənin yerli büdcəsinin ilin əvvəlindən olan hesabat dövrü üçün təsdiq olunmuş gəlir və xərclərinin proqnozunun məbləği göstərilir.
7. Hesabat formasının 4-cü sütununda bələdiyyənin büdcəsinin ilin əvvəlindən icra olunmuş gəlir və xərclərin məbləğləri göstərilir.

I Bölmə. Gəlirlər.

Bu bölməyə qanunverciliklə nəzərdə tutulmuş bütün növ gəlirlər, müvafiq vergilər, ödənişlər, rüsumlar, dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar, özəlləşmədən daxilolmalar, maliyyə yardımları və qrantlar, tədbirlərin həyata kecirilməsi ücün maliyyə vəsaiti, bələdiyyə mülkiyyətinin və torpaqların icarəyə verilməsindən daxil olan ödənişlər, bələdiyənin xüsusi ayırdığı torpaq sahəsində səyyar ticarət, ictimai iaşə xidmətlərinə görə ödənişlər, mehmanxana və nəqliyyat vergiləri və digərləri daxildir.
Yerli büdcənin gəlirləri (01-ci sətir) 02, 13 və 22-сi sətirlərin cəmini özündə əks etdirir. Bələdiyyələrin büdcələrinin gəlirləri vergilər üzrə daxilolmalardan, vergi olmayan gəlirlərdən, fiziki və hüquqi şəxslərin, habelə beynəlxalq təşkilatların maliyyə yardımlarından, dövlət büdcəsindən verilən dotasiya və subvensiyalardan ibarətdir.
02-ci sətirdə yerli vergilərin tərkibinə daxil olan vergi növləri üzrə daxilolmaların, yəni yerli əhəmiyyətli vergilərin ümumi məbləğı daxil etdirilir. Bu sətirdə qeyd olunan məbləğ 03-012-ci sətirlərdə göstərilən məbləğlərin cəminə bərabər olmalıdır.
03-cü sətirdə yerli fiziki şəxslərdən torpaq vergisi, 04-cü sətirdə isə fiziki şəxslərdən yığılıb əldə edilən əmlak vergisinin məbləği göstərilir.
05-ci sətirdə yerli əhəmiyyətli tikinti materialları, o cümlədən kərpic – keramit gilləri, tikinti qumları, yuksək möhkəmliyə malik olan çınqıl xammalı üzrə mədən vergisindən daxilolmaların məbləği göstərilir.
06-cı sətırdə bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin – müəssisə və təşkilatların mənfəətindən tutulan vergi üzrə daxil olan vəsaitlərin məbləği göstərilir.
07-ci sətirdə bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə kücə (divar) reklamlarının yerləşdirilməsi ücün ödənişlər üzrə daxilolmaların məbləği əks etdirilir.
08-ci sətirdə bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində həyata keçirilən stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərin məbləği göstərilir.
09-cu sətirdə bələdiyyə ərazisində mehmanxana, sanatoriya – kurort və turizm xidmətləri göstərən şəxslərdən alınmış rüsumların məbləği göstərilir.
10-cu sətirdə bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqlarında hər bir nəqliyyat vasitəsi üçün ödənilmiş rüsumların məbləği göstərilir.
11-ci sətirdə bələdiyyələr tərəfindən müəyyən fəaliyyət və ya iş, xidmət üçün verilmiş lisenziyalar üzrə bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsaitlər göstərilir.
12-ci sətirdə bələdiyyənin sərəncamında və ya öhdəsində olan obyektlərdə sosial-mədəni tədbirlərin keçirilməsindən əldə edilmiş vəsaitdən tutulmuş vergilərin və mənzil fondunun saxlanılması üçün istifadəçi və mülkiyyətçilərdən alınan istismar yiğımının məbləği göstərilir.
13-cü sətirdə 14+15+16+19+20+21-ci sətirlərin cəmi – vergi olmayan digər daxilolmalar hesabına gəlirlərin ümumi məbləği göstərilir.
14-cü sətirdə bələdiyyə mülkiyyətində olan əmlakın müəyyən dövrdə istifadəsindən gələn gəlirlərin məbləği göstərilir.
15-ci sətirdə bələdiyyə tərəfindən təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün yaradılmış (təsis edilmiş) müəssisələrin və bələdiyyələrin bütün vergilər və digər mütləq ödəmələrin ödənilməsindən sonra sərəncamlarında qalan mənfəətin məbləği göstərilir.
16-cı sətirdə (17 və 18-ci sətirlərin cəmi) – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən, istifadəyə və icarəyə verilməsindən daxil olan gəlirlərin məbləği göstərilir.
19-cu sətirdə fiziki və hüquqi şəxslər tərəfindən bələdiyyələrə verilmiş maliyyə yardımlarının məbləği göstərilir.
20-ci sətirdə beynəlxalq təşkilatlar və fondlardan alınmış maliyyə yardımlarının və qrantların məbləği göstərilir.
21-ci sətirdə Azərbaycan Respublikası dövlət büdcəsindən gəlirləri xərclərini ödəməyən bələdiyyələrə verilən dotasiya və subvensiyaların məbləği göstərilir.
22-ci sətirdə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlərin məbləği göstərilir.

II Bölmə – Xərclər.

Bu bölmədə bələdiyyələrin yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri müəyyənləşdirilir. Bələdiyyənin idarəetmə xərcləri, sosial – məişət, mədəniyyət və idman obyektlərinin və əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri bələdiyyənin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır Dövlət büdcəsindən dotasiya alan bələdiyyələrin xərcləri bu normativlərdən artıq ola bilməz.
23-сü sətirdə (24-38-ci sətirlərin cəmi) yerli büdcənin xərclərinin ümumi məbləği göstərilir.
24-cü sətirdə yerli idarəetmə organlarının saxlanmasına çəkilən xərclərin məbləği göstərilir.
25-ci sətirdə təhsil xərclərinin, 26-cı sətirdə səhiyyə xərclərinin, 27-ci sətirdə mədəniyyət, incəsənət və kütləvi informasiya xərclərinin, 28-ci sətirdə isə bədən tərbiyəsi və idman xərclərinin məbləğləri göstərilir.
29-cu sətirdə bələdiyyə mülkiyyətinə və ya yerli idarəetmə orqanlarına daxil olan digər təşkilatlarının təşkil edilməsi, inkişafı və saxlanılmasına çəkilmiş xərclərin məbləği göstərilir.
30-cu sətirdə bələdiyyə orqanlarının ərazisində ictimai qaydaların və əsayişin mühafizəsi üzrə çəkilən xərclərin məbləği göstərilir.
31-ci sətirdə bələdiyyə mənzil-kommunal təsərrufatının təşkil edilməsinə, inkişafına və saxlanılmasına çəkilən xərclərin məbləği göstərilir.
32-ci sətirdə bələdiyyə ərazisində olan yolların tikintisinə və saxlanılmasına çəkilən xərclərin məbləği göstərilir.
33-cü sətirdə bələdiyyənin təşkil olunduğu ərazidə ətraf mühitin qorunmasına və mühafizəsinə çəkilən xərclərin məbləği göstərilir.
34-cü sətirdə bələdiyyənin götürdüyü öhdəliklər və ya bağladığı müqavilələr hesabına yaranan borcun ödənilməsinə çəkilən xərclərin məbləği göstərilir.
35-ci sətirdə sənaye, tikinti, kənd təssərüfatı, avtomobil və su (çay) nəqliyyatı, rabitə və yol təsərrufatı sahələrinə, metropolitenə dövlət vəsaitləri hesabına çəkilən xərclərin məbləği göstərilir.
36-cı sətirdə elektrik və istilik enerjisi, gaz, nəqliyyat, su və kürəbənd (kanalizasiya) təsərrüfatı sahələrinin itən gəlirləri üzrə ödənişlərin məbləği göstərilir.
37-ci sətirdə mülki müdafiə obyektlərinin saxlanılması və yanğın təhlükəsinin qarşısının alınmasının təmin edilməsinə çəkilən xərclərin məbləği göstərilir.
38-ci sətirdə digər sahələr üzrə göstərilən xidmətlərlə bağlı xərclərin (bələdiyyələrin əhalinin aztəminatlı təbəqələrinə göstərdiyi sosial yardımlar, alınmış dərman, sarğı materialları və s.) məbləği göstərilir.
39-cu sətirdə yerli büdcənin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi olan kəsirr (-) və ya yerli büdcə gəlirlərinin büdcə xərclərindən artıq hissəsi olan profisitin (+) məbləğləri göstərilir.
40-cı sətirdə kəsirin aradan qaldırılması ilə bağlı daxilolmaların məbləği göstərilir.
41-ci sətirdə qiymətli kağızların satışından əldə olunan gəlirin məbləği göstərilir.
42-ci sətirdə eyni səviyyəli dövlət orqanlarından alınmış vəsaitlərin məbləği göstərilir.
43-cü sətirdə banklardan büdcə kəsirinin maliyyələşdirilməsi üçün alınan kreditlərin məbləği göstərilir.
44-cü sətirdə beynəlxalq iqtisadi təşkilatlardan cəlb olunmuş kreditlərin məbləği əks olunur.
45-ci sətirdə alınmış bank ssudalarının və avansların məbləği göstərilir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi