Statistik hesabatların formaları

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

Hesabat təqdim edən müəssisənin:  2-maliyyə №-li forma
adı ________________________  İllik
ünvanı ___________________________ rayon (şəhər)   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 may 2003-cü il tarixli, 23/8 saylı qərarı ilə təsdiq edilmişdir.
  ___________________________ kənd (küçə)  
əsas fəaliyyət növü _________________________    
mülkiyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
0667225  
  Hesabat təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar (tam büdcədən maliyyələşən və bank təşkilatları istisna olmaqla) tərəfindən mart ayının 30-na dək təqdim olunur:
- yerləşdiyi ərazinin statistika orqanına;

200 ___ ci il üçün

MALİYYƏ QOYULUŞLARI HAQQINDA H E S A B A T

I. Bölmə. Maliyyə qoyuluşları
min manat
GöstəricilərSətrin kodu Hesabat İlinin əvvəlindən Keçən ilin müvafiq dövrü
AB12
Müəssisənin maliyyə qoyuluşları (satış çıxılmaqla, maliyyə aktivlərinin xalis alınması) 01    
o cümlədən:- bank hesablarında nağd pulların qalığının dəyişməsi 02    
- istiqrazların və səhmlər istisna olmaqla digər qiymətli kağızların alınması (satış çıxılmaqla) 03    
- digər müəssisələrin səhmlərinin və nizamnamə kapitallarında payların alınması 04    
- kreditlərin verilməsi ( kreditlər üzrə qaytarılmış məbləğlər çıxılmaqla) 05    
- debitor borcların dəyişməsi (artımı(+), azalması(-)) 06    
01-ci sətirdən:- uzunmüddətli maliyyə qoyuluşları 07    
- qısamüddətli maliyyə qoyuluşları 08    
Müəssisəyə maliyyə qoyuluşları (xalis maliyyə öhdəlikləri) 09    
o cümlədən:- müəssisənin səhmlərinin və nizamnamə kapitallarında payların satılması (geri alınmış səhmlər və paylar çıxılmaqla) 10    
- kreditlərin alınması (kreditlər üzrə qaytarılmış məbləğlər çıxılmaqla) 11    
- kreditor borcların dəyişməsi (artımı(+), azalması(-)) 12    
09-cu sətirdən:- uzunmüddətli maliyyə qoyuluşları 13    
- qısamüddətli maliyyə qoyuluşları 14    
- xarici investisiyalar 15    
ondan: 16    
- portfel investisiyalar 17    
11-ci sətirdən:- xarici və beynəlxalq maliyyə-kredit təşkilatlarından alınmış kreditlər 18    
ondan:- dövlət təminatlı kreditlər 19    

II. Bölmə. Müəssisəyə kapital qoyuluşları
min manat
GöstəricilərSətrin kodu Hesabat İlinin əvvəlindən Keçən ilin müvafiq dövrü
AB12
Maddi əsas fondlara investisiyalar 20    
Qeyri-maddi əsas fondlara İnvestisiyalar 21    
o cümlədən:- istismar xərcləri hesabına aparılan geoloci- kəşfiyyat işlərinə 22    
- kompüterlər üçün proqram təminatına 23    
- ədəbi, bədii və incəsənət əsərlərinin oricinallarının alınmasına 24    
Maddi dövriyə vəsaitlərinin ehtiyyatlarının artırılmasına 25    
İstehsal olunmayan maddi qeyri-maliyyə aktivlərə investisiyalar 26    
o cümlədən:- torpaq və təbiətdən istifadə obyektlərinin alınmasına 27    
Digər qeyri-maliyyə aktivlərə investisiyalar 28    

III. Bölmə. Müəssisəyə kapital qoyuluşlarının mənbələri
min manat
GöstəricilərSətrin kodu Hesabat İlinin əvvəlindən Keçən ilin müvafiq dövrü
AB12
Müəssisənin öz vəsaitləri 20    
o cümlədən:- müəssisənin sərəncamında qalan mənfəət hesabına 21    
Digər mənbələr 22    
o cümlədən:- səhmlərin emissiyası hesabına əldə edilmiş vəsait 23    
- ədəbi, bədii və incəsənət əsərlərinin oricinallarının alınmasına 24    
Maddi dövriyə vəsaitlərinin ehtiyyatlarının artırılmasına 25    
İstehsal olunmayan maddi qeyri-maliyyə aktivlərə investisiyalar 26    
o cümlədən:- torpaq və təbiətdən istifadə obyektlərinin alınmasına 27    
Digər qeyri-maliyyə aktivlərə investisiyalar 28    

"____" ______________ 200__ il   _______________________
icraçının soyadı və telefon №-si
 
Rəhbər ___________________
(imza)
  Baş mühasib ___________________
(imza)

Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
13 iyun 2003-cü il tarixli 27/8 saylı
saylı qərarı ilə təsdiq edilmişdir.

“Maliyyə qoyuluşları haqqında” 2-maliyyə №-li illik dövlət statistika hesabatı formasənın tərtib edilməsinə dair

GÖSTƏRİŞLƏR

Ümumi müddəalar.

1.1. “Maliyyə qoyuluşları haqqında” 2-maliyyə №-li illik hesabat forması təşkilatı-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar (tam büdcədən maliyyələşən və bank, kredit, sığorta təşkilatları istisna olmaqla) tərəfindən doldurulur və hesabat ilindən sonrakı ilin mart ayının 30-dək yerləşdikləri ərazinin statistika orqanına təqdim edilir.
1.2. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi dövlət statistika hesabatı formalarında göstərilən ilkin məlumatların məxfiliyinə zəmanət verir və bu məlumatlardan yalnız toplu (ümumləşdirilmiş) statistik göstəricilərin formalaşdirilması üçün istifadə edilir.
1.3. Hesabat forması ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə-iqtisadi fəaliyyətlərinin təhlili üçün lazım olan əsas göstəricilərin əldə edilməsi üçün nəzərdə tutulmuşdur və 3 bölmədən ibarətdir.

I Bölmə. Maliyyə qoyuluşları

2.1. Maliyyə qoyuluşları – pul vəsaitlərinin, maddi və digər qiymətlilərin digər hüquqi şəxslərin qiymətli kağızlarına və ya nizamnamə fondlarına, dövlət və yerli faizli istiqrazlara yönəldilməsidir. Digər hüquqi şəxslərə maliyyə vəsaitlərinin borc verilməsi də maliyyə qoyuluşlarına aid edilir.
2.2. Formanın 1-ci sütununda hesabat ilinin əvvəlindən olan məlumatlar göstərilir. 2-ci sütuna əvvəlki ilin eyni dövrü üzrə məlumatlar daxil edilir.
2.3. Birinci bölmənin 01 – 08–ci sətirlərində müəssisənin digər müəssisə və təşkilatların maliyyə aktivlərinə il ərzində həyata keçirdiyi qoyuluşların xalis (yani hesabat dövrü ərzində müəssisə tərəfindən satılmış aktivlərin dəyəri çıxılmaqla) məbləği göstərilir.
2.4. 01-ci sətirdə müəssisənin ilin əvvəlindən həyata keçirdiyi cəmi xalis maliyyə qoyuluşlarının məbləği əks olunur və bu məbləğ 02 – 08-ci sətirlər üzrə açıqlanır.
2.5. 02-ci sətirdə hesabat ili ərzində müəssisənin bank hesablarında nağd pulların qalığının dəyişməsinin (artımının(+), və ya azalmasının(-)) məbləği göstərilir. Bü göstərici hesabat ilinin sonuna olan pul qalığının məbləğindən hesabat ilinin əvvəlinə olan qalığın məbləğinin çıxılması yolu ilə hesablanır.
2.6. 03-cü sətirdə istiqrazlar və səhmlər istisna olmaqla hesabat ili ərzində müəssisə tərəfindən alınmış digər qiymətli kağızların alış qiymətlrilə xalis (yani hesabat dövrü ərzində müəssisə tərəfindən satılmış qiymətli kağızların dəyəri çıxılmaqla) dəyəri göstərilir.
2.7. 04-cü sətirdə müəssisə tərəfindən alınmış digər müəssisələrin səhmlərinin və nizamnamə kapitallarında paylarının, dövlət və yerli faizli istiqrazlarının xalis dəyəri əks etdirilir. Səhmlər alış qiyməti ilə uçota alınır.
2.8. 05-ci sətirdə müəssisəyə kreditlər və borclar üzrə qaytarılmış məbləğlər çıxılmaqla müəssisə tərəfindən digər müəssisələrə verilmiş kreditlərin və borc vəsaitlərinin məbləği göstərilir.
2.9. 06-cı sətirdə il ərzində müəssisənin debitor borclarının dəyişməsi (artımı(+), və ya azalması(-)) göstərilir.
2.10. 07-ci sətirdə müəssisənin il ərzində həyata keçirdiyi uzunmüddətli (1 ildən artıq olan müddətə) 08-ci sətirdə isə qısa müddətli (1 ilə qədər) maliyyə qoyuluşlarının məbləği əks olunur.
2.11. Birinci bölmənin 09 – 19–cu sətirlərində müəssisəyə maliyyə qoyuluşları haqqında məlumatlar əks etdirilir.
2.12. 09-cu sətirdə müəssisəyə maliyyə qoyuluşlarının cəmi xalis (il ərzində qaytarılmış məbləğlər çıxılmaqla) məbləği göstərilir və bu məbləğ 10 – 19-cu sətirlər üzrə açıqlanır.
2.13. 10-cu sətirdə il ərzində səhmdarlardan geri satınalınmış səhmlər və paylar çıxılmaqla müəssisənin satılmış səhm və nizamnamə kapitalında paylarının dəyəri göstərilir.
2.14. 11-ci sətirdə hesabat ilində müəssisə tərəfindən alınmış kredit və borc vəsaitlərinin xalis (il ərzində qaytarılmış borclar çıxılmaqla) məbləği göstərilir.
2.15. 06-cı sətirdə il ərzində müəssisənin kreditor borclarının dəyişməsi (artımı(+), və ya azalması(-)) göstərilir.
2.16. 13-cü sətirdə müəssisəyə uzunmüddətli (1 ildən artıq olan müddətə) 14-cü sətirdə isə qısa müddətli (1 ilə qədər) maliyyə qoyuluşlarının məbləği əks olunur.
2.17. 15-ci sətirdə hesabat ili ərzində qeyri-rezidentlərdən cəlb edilmiş maliyyə qoyuluşlarının həcmi qeyd olunur.
2.18. 17-ci sətirdə hesabat ili ərzində qeyri-rezidentlər tərəfindən müəssisəyə yönəldilmiş portfel investisiyaların (müəssisənin səhmlərinə, istiqraz vərəqələrinə, veksel və digər qiymətli kağızlarına qoyulmuş investisiyalar) həcmi göstərilir.
2.19. 18-ci sətirdə müəssisəyə xarici və beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən ayrılmış kreditlərin il ərzində istifadə edilmiş məbləği əks etdirilir.
2.20. 19-cu sətirdə müəssisə tərəfindən alınmış və hesabat ili ərzində istifadə edilmiş dövlət təminatlı kreditlərin məbləği ğöstərilir.

II Bölmə. Müəssisəyə kapital qoyuluşları

3.1. Bu bölmədə müəsisənin qeyri-maliyyə aktivlərinə qoyulmuş vəsaitlər barədə məlumatlar əks etdirilir.
3.2. Qeyri-maliyyə aktivlərini iki qrupa bölmək olar:
a) istehsal olunan aktivlər (əsas fondlar, maddi dövriyə vəsaitləri, qiymətlilər);
b) istehsal olunmayan aktivlər, yani istehsalda istifadə edilən, lakin istehsalın nəticəsi olmayan aktivlər (məsələn, torpaq, mineral ehtiyyatları, meşələr və s.)
3.3. 20-ci sətirdə il ərzində müəssisənin istehsal olunan maddi əsas fondların alınmasına və dəyərinin artırılmasına, o cümlədən tikinti quraşdırma, yenidənqurma və istehsalın genişləndirməsi işlərinə, maşın və mexanizmlərin, alət və inventarın alınmasına, əsas sürünün formalaşdırılmasına, çoxillik əkmələrə və s. yönəldilmiş vəsaitlərin həcmi əks olunur.
3.4. 21-ci sətirdə hesabat ilin əvvəlindən qeyri-maddi əsas fondların alınmasına və dəyərlərinin artırılmasına yönəldilmiş vəsaitlərin həcmi göstərilir və bu məbləğ 22-24-cü sətirlər üzrə açıqlanır.
3.5 22-ci sətirdə sonradan kommersiya məqsədlərilə istifadə etmək üçün yeni mineral yataqlarının kəşf edilməsi sahəsində aparılan geoloci-kəşfiyyat işlərinə yönəldilmiş vəsaitlərin həcmi göstərilir.
3.6 23-cü sətirdə 1 ildən artıq istifadə edilən kompüter üçün proqram təminatının və məlumat bazalarının alınması və ya yaradılmasına sərf edilmiş vəsaitin məbləği əks etdirilir.
3.7 24-cü sətirdə ədəbi, bədii və incəsənət əsərlərinin oricinallarının alınmasına yönəldilmiş vəsaitlərinin həcmi göstərilir.
3.8 25-ci sətirdə maddi dövriyyə vəsaitlərinin (xammal, əsas və yardımçı iş materiallarının, yanacaq, satınalınan yarımfabrikatlar və komplektləşdirici məmulatlar, ehtiyyat hissələri, azqiymətli və tezköhnələn əşyalar, satmaq üçün alınmış mallar və s.) ehtiyyatlarının artırılmasına sərf edilmiş vəsaitlərin məbləği göstərilir.
3.9 26-cı sətirdə istehsal olunmayan maddi qeyri-maliyyə aktivlərinin alınmasına və yaxşılaşdırılmasına sərf edilmiş vəsaitlərin həcmi əks olunur.
3.10 27-ci sətirdə istehsal olunmayan maddi qeyri-maliyyə aktivlərindən torpaq və təbiətdən istifadə obyektlərinin alınmasına yönəldilmiş vəsaitlərin məbləği göstərilir.
3.11 28-ci sətirdə 20-27-ci sətirlərdə öz əksini tapmayan sair qeyri-maliyyə aktivlərinə yönəldilmiş vəsaitlərin məbləği göstərilir.

III Bölmə. Müəssisəyə kapital qoyuluşlarının mənbələri

4.1. Hesabat formasının üçüncü hissəsində müəssisənin qeyri-maliyyə aktivlərinə yönəldilmiş vəsaitlərin mənbələri üzrə məlumatlar əks etdirilir.
4.2. 29-cu sətirdə müəssisənin öz vəsaitləri hesabına (mənfəət, amortizasiya ayırmaları, sığorta təşkilatları tərəfindən ödənilmiş itkilər və s. hesabına) həyata keçirilən qeyri-maliyyə aktivlərinə investisiyaların məbləği göstərilir.
4.3. 30-cu sətirdə müəssisənin sərəncamında qalan mənfəət hesabına kapital qoyuluşlarının məbləği göstərilir.
4.4. 31-ci sətirdə müəssisənin amortizasiya ayırmalarının hesabına kapital qoyuluşlarının məbləği göstərilir.
4.5. 32-ci sətirdə kənardan cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilmiş kapital qoyuluşlarının məbləği əks etdirilir.
4.6. 33-cü sətirdə 29-32-ci sətirlərdə öz əksini tapmayan mənbələr hesabına həyata keçirilmiş investisiya qoyuluşlarının həcmi, 34-cü sətirdə isə, o cümlədən səhmlərin emissiyasından əldə edilmiş vəsaitin hesabına kapital qoyuluşlarının məbləği göstərilir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi