Xahiş edirik bu formanın doldurulması qaydaları ilə diqqətlə tanış olun. Əgər təlimat xarakterli məsələlərlə bağlı bu və ya digər suallar meydana çıxarsa, rica edirik ki, 438-73-51 №-li telefonla əlaqə yaradasınız.
1. Formanın təyinatı
Bu formaya başlıqda qeyd olunan müəssisələrin hesabat dövrü ərzində Azərbaycanda həyata keçirdiyi bütün əməliyyatların nəticələri daxil edir.
2. Axtarılan məlumatlar
Bu formada Sizin müəssisənin xidmət sahəsində beynəlxalq əməliyyatlara aid edilən məlumatları (A hissəsi), qeyri – rezident işçilərə verilən əmək haqqı (B hissəsi), qeyri–rezidentlərə göstərilən maliyyə tələbnamələri (V hissəsi) və qeyri- rezidentlərə münasibətdə maliyyə öhdəlikləri (Q hissəsi) toplanır.
3. Rezident və qeyri – rezident
Azərbaycandan kənarda yerləşən istənilən şəxs, müəssisə və ya təşkilatlar qeyri – rezident hesab edilir. Digər ölkələrdə, o cümlədən keçmiş Sovet İttifaqı respublikasında fəaliyyət göstərən və əməliyyatlar aparan müəssisələr qeyri- rezidentlərə misal ola bilər. Azərbaycanda daimi yaşamayan ayrı – ayrı şəxslər qeyri – rezident adlanır.
Azərbaycanda fəaliyyət göstərən bütün müəssisələr və sahibkarın Azərbaycan vətəndaşı və ya əcnəbi olmasından asılı olmayaraq rezident adlanır. Uzun müddət Azərbaycanda yaşayan şəxslərdə öz vətəndaşlığından asılı olmayaraq rezident sayılır.
4. Xarici valyuta əməliyyatları
Bütün xarici valyuta ilə hesablanan əməliyyatların ABŞ dolları ilə göstərmək lazımdır. “Manat” qrafasında məbləğlər ancaq manatla hesablanan əməliyyatlara aid edilir. Əgər əməliyyatlar ABŞ dolları ilə yox digər xarici valyuta ilə aparılarsa, bu zaman məbləğləri dövri mətbuatda dərc olunan məzənnəyə görə ABŞ dollarına kecirmək lazımdır.
|