Statistik hesabatların formaları

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

Hesabat təqdim edən müəssisənin:  1-maliyyə №-li forma
adı ________________________  Rüblük
ünvanı ___________________________ rayon (şəhər)   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 may 2003-cü il tarixli, 23/8 saylı qərarı sərəncamı ilə təsdiq edilmişdir.
  ___________________________ kənd (küçə)  
əsas fəaliyyət növü _________________________    
mülkiyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
0667211  
  Hesabat təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ƏDV ödəyicisi olan iri və orta müəssisə və təşkilatlar tərəfindən (tam büdcədən maliyyələşən və bank təşkilatları istisna olmaqla) hesabat dövründən sonra 30-gün ərzində yerləşdikləri ərazinin statistika orqanına təqdim edilir.

Yanvar -____________ 200___ il (min manatla)

Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair hesabat

I. Bölmə. Əmlak, kapital və onların mənbələri
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Qeyri-maddi əmlak obyektləri 010    
Əşya şəklində mayalar (əsas vəsaitləri) 020    
Maliyyə qoyuluşları (uzunmüddətli) 030    
Ehtiyatlar 040    
Tələblər və digər əmlak obyektləri 050    
Qiymətli kağızlar 060    
Çeklər, kassa nəqdiyyəsi və kredit idarələrindəki nağdsız vəsait 070    
Aktivlərin cəmi 075    
Nizamnamə kapitalı 080    
Kapital ehtiyyatı 100    
Mənfəətdən ehtiyata ayırmalar 110    
Öhdəliklər 120    
Sair hesablaşmalar 130    
Kapital və öhdəliklərin cəmi (100+110+120+130+140) 140    
Kapital və öhdəliklərin cəmi (100+110+120+130+140) 150    

II Bölmə. Nəticələr
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Mal və xidmətlərin satışından gəlir (ƏDV, Aksiz vergisi, qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmadan)200   
Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclər (maya dəyəri) 210   
Satışdan mənfəət(zərər(-)) 220    
Satışdankənar gəlirlər 230   
Satışdankənar xərclər 240   

III. Bölmə. Ehtiyatlar, tələblər və öhdəliklər üzrə arayış
Göstəricinin adıSətrin kodu Hesabat dövrünün sonuna o cümlədən vaxtı keçmişKeçən ilin müvafiq dövrüo cümlədən vaxtı keçmiş
AB1234
Ehtiyatlar – cəmi 310   X   X
ondan:          
- xammal, yardımçı və iş materialları 311   X   X
- hazır məhsul və satmaq üçün alınmış mallar 312        
Tələblər və digər əmlak obyektləri – cəmi 320   X   X
O cümlədən:          
- göndərmə və xidmətlət üzrə tələblər 321        
ondan:          
- kənar müəssisə və təşkilatlara tələblər 322        
- digər tələblər 323   X   X
onlardan:          
- vergilər və sosial ayırmalar üzrə tələblər 324        
Öhdəliklər cəmi 330        
O cümlədən:          
- kredit idarələri qarşısında öhdəliklər 331        
- göndərmə və xidmətlər üzrə öhdəliklər 332        
ondan:          
- kənar müəssisə və təşkilatlar qarşısında öhdəliklər 333   X   X
- vergilər və sosial ayırmalar üzrə öhdəliklər 334        
- digər öhdəliklər 335        
ondan:          
- əmək haqqı və işçilərə digər ödənişlər üzrə 336        

«______» ___________________200___il   __________________________________
İcraçının vəzifəsi, soyadı,tel.nömrəsi
     
Rəhbər __________________   Baş mühasib ___________________

Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
13 iyun 2003-cü il tarixli 27/8 saylı
saylı qərarı ilə təsdiq edilmişdir.

«Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair» 1-maliyyə (rüblük)
dövlət statistika hesabatı formasının tərtib edilməsinə dair

TÖVSİYƏLƏR

Ümumi müddəalar.

1.1 Bu Göstərişlər «Statistika haqqında», «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Mülki Məcəlləyə və qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair» təlimata uyğun olaraq hazırlanmışdır.
1.2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi dövlət statistika hesabatı formalarında göstərilən ilkin məlumatların məxfiliyinə zəmanət verir və bu məlumatlardan yalnız toplu (ümumiləşdirilmiş) statistik göstəricilərin formalaşdırılması üçün istifadə edilir.
1.3 «Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair» 1-maliyyə saylı rüblük hesabat forması təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ƏDV ödəyicisi olan iri və orta müəssisə və təşkilatlar (tam büdcədən maliyyələşən və bank təşkilatları istisna olmaqla) tərəfindən doldurulur və hesabat rübündən sonra 30 gün ərzində yerləşdikləri ərazinin statistika organına təqdim edilir.
1.4 Hesabat forması ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinin, onların nəticələrinin təhlili üçün lazım olan əsas göstəricilərin əldə edilməsi üçün nəzərdə tutulmuşdur və 3 bölmədən ibarətdir.

I Bölmə. Əmlak, kapital və onların mənbələri.

2.1 Hesabat formasının I bölməsində müəssisənin əmlakı, kapitalı və onların mənbəlıri haqqında məlumatlar əks etdirilir.
2.2 Bölmənin 1-ci qrafasında müəssisənin əmlak və kapitalının hesabat dövrünün sonuna mövcudluğu, həmçinin tələblər və öhdəliklər üzrə hesablaşmalarının hesabat dövrünün sonuna olan vəziyyəti əks etdirilir. 2-ci qrafada əvvəlki ilin eyni dövrü üzrə məlumatlar göstərilir.
2.3 Bu bölmənin 080-cı «Aktivəırin cəmi» sətrindəki göstərilən məbləğ həmin bölmənin 150-ci «Kapital və öhdəliklərin cəmi» sətrində göstərilən məbləğə bərabər olmalıdır.
2.4 Formanın 010-cu «Qeyri-maddi əmlak obyektləri» sətrində müəssisənin (təşkilatın) qeyri-maddi aktivlərinin qalıq dəyəri və qeyri-maddi aktivlər üzrə icra edilmiş avans ödənişlərinin məbləği göstərilir. Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, nou-hau, kompüterlər üçün proqram təminatı, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Bu sətir müəssisələrin mühasibat uçotunun hesablar planının 04-cü, 05-ci və 61-ci hesablarında əks etdirilən məlumatlar əsasında doldurulur.
2.5 020-ci «Əşya şəklində mayalar» sətrində müəssisənin (təşkilatın) həm hərəkətdə, həm də konservasiya və ya ehtiyyatda olan əsas vəsaitlərinin (uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər də daxil olmaqla)qalıq dəyəri, habelə quraşdırılası avadanlıqların dəyəri, başa çatdırılmayan kapital qoyuluşlarının və maddi aktivlərin əldə edilməsi ilə əlaqədar icra edilmiş avans ödənişlərinin məbləği göstərilir. Bu sətir 01 saylı «Əsas vəsaitlər», 02 saylı «Əsas vəsaitlərin köhnəlməsi», 03 saylı «Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər», 07 saylı «Quraşdırılası avadanlıqlar», 08 saylı «Başa çatdırılmayan kapital qoyuluşları» və 61 saylı «Verilmiş avanslar üzrə hesablaşmalar» hesablarında uçota alınan məlumatlar əsasında doldurulur.
2.6 030-cu «Maliyyə qoyuluşları» sətrində müəssisənin kənar müəssisə və təşkilatların gəlirli aktivlərinə (qiymətli kağızlarına – səhmlərinə, istiqrazlarına), dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və s. uzunmüddətli (bir ildən artıq) maliyyə qoyuluşlarının (investisiyaların), həmçinin müəssisənin digər müəssisələrə verdiyi borcların həcmi əks etdirilir.
Bu sətirdəki göstərici müəssisələrin mühasibat uçotunun hesablar planının 06-cı hesabında əks etdirilən məlumatlar əsasında formalaşdırılır.
2.7 040-cı «Ehtiyatlar» sətrində müəssisənin sərəncamında olan ehtiyatların dəyəri göstərilir. «Ehtiyatlar» göstəricisi aşağıdakı məlumatları özündə birləşdirir:
  • xammal, əsas və yardımçı iş materiallarının, yanacaq, satınalınmış yarımfabrikatlar və komplektləşdirici məmulatların, ehtiyat hissələrinin, taralar və digər material ehtiyatlarının qalıq məbləğlərini (hesablar planının 10 saylı hesabında uçota alınır);
  • azqiymətli və tezköhnələn əşyaların (müəyyən olunmuş qaydada müvafiq dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən azqiymətli və tezköhnələn əşyalar, təsərrüfat inventarları, ümümi və xüsusi təyinatlı alət və ləvazimatlar və digər əmək vəsaitləri) qalıq dəyərini (hesablar planının 12, 13 və 16-cı hesablarındakı məlumatlara əsasən);
  • bitməmiş istehsal və başa çatdırılmamış işlər (xidmətlər) üzrə məsrəflərin həcmini (hesablar planının 20, 21, 23, 26, 29, 30, 36 və 44-cü hesablarının məlumatları əsasında hesablanır);
  • gələcək dövrün xərclərini (mövsümi xarakter daşıyan istehsal prosesinə hazırlıq işlərinə çəkilən xərclər, əsas vəsaitlərin təmiri üzrə ehtiyat fondu yaratmayan müəssisələrdə əsas vəsaitlərin qeyri-müntəzəm təmirinə çəkilən xərclər, qabaqcadan ödənilmiş icarə haqqları, reklam xərcləri, kadr hazırlığı xərcləri və s.) (hesablar planının 31 saylı hesabında uçota alınır);
  • hazır məhsulun (istehsalı başa çatmış, sınaqdan keçmiş və qəbul edilmiş məhsul) faktiki maya dəyərini (hesablar planının 40 saylı hesabında uçota alınır);
  • satmaq üçün alınmış malların alış qiymətilə dəyərini (41 və 42-ci hesablardakı məlumatlar əsasında hesablanır);
  • ehtiyatların əldə edilməsi üçün icra edilmiş avans ödənişlərini (61-ci hesab üzrə);
  • sair ehtiyatların (hesablar planının 16-cı hesab üzrə fərq) məbləğini.
2.8 050-ci «Tələblər və digər əmlak obyektləri» sətrində yüklənmiş malların dəyəri və müəssisənin debitorlarla hesablaşmalarının vəziyyəti əks etdirilir. Bu sətrin 1-ci və 2-ci qrafalarındakı məlumatlar hesabat formasının ikinci -«Ehtiyatlar, tələblər və öhdəliklər üzrə arayış» bölməsinin 320-ci sətrinin müvafiq olaraq 1-ci və 3-cü qrafalarında təkrarlanır və hesablaşmalar üzrə açıqlanır. 050-ci sətrin doldurulması üçün müəssisələrin mühasibat uçotunun hesablar planının 45 saylı «Yüklənmiş mallar», 62 saylı «Alıcılar və sifarişçilərlə hesablaşmalar», 63 saylı «İddialar üzrə hesablaşmalar», 65 saylı «Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar», 68 saylı «Büdcə ilə hesablaşmalar», 73 saylı «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaşmalar», 76 saylı «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» və 78 saylı «Törəmə (asılı) müəssisələrlə hesablaşmalar» hesablarında, həmçinin 69 saylı «Sosial sığorta və təminat üzrə hesablaşmalar» və 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesablarının debetində uçota alınan məlumatlardan istifadə olunur.
2.9 060-cı «Qiymətli kağızlar» sətrində müəssisəyə məxsus olan digər müəssisələrin səhmlərinin, dövlət və yerli borclar üzrə faizli istiqrazların dəyəri; digər müəssisələrə qısamüddətli (bir ildən çox olmayan) maliyyə qoyuluşlarının (investisiyaların) və verilmiş borcların həcmi göstərilir. Bu göstərici müəssisələrin mühasibat uçotunun hesablar planının 58-ci hesabı üzrə uçota alınan məlumatlar əsasında hesablanır.
2.10 070-ci «Çeklər, kassa nağdiyyəsi və kredit idarələrindəki digər vəsaitlər» sətrində müəssisənin kassası (50-ci hesab), bankdakı hesablaşma və valyuta hesablarındakı (51 və 52-ci hesablar) pul vəsaitlərinin qalıqları, habelə 55 saylı «Banklarda olan xüsusi hesablar», 56 saylı «Pul sənədləri» və 57 saylı «Yolda olan köçürmələr» hesablarında üçota alınan məbləğlər göstərilir.
2.11 080-cı «Aktivlərin cəmi» sətrində müəssisənin aktivlərinin ümumi məbləği əks etdirilir. Bu sətirdəki məbləğ 010-070-ci sətirlərdə əks etdirilmiş məbləğlərin (hesablar planının 75-ci hesabında uçota alınan təsisçilərin müəssisənin nizamnamə (yığım) kapitalına qoyuluşlar və digər ödənişlər üzrə borclarının məbləği əlavə edilməklə) cəminə bərabər olmalıdır.
2.12 100-cü «Nizamnamə kapitalı» sətrində təsisedici sənədlərə müvafiq olaraq müəssisənin mülkiyyətçilərinin (iştirakçılarının, təsisçilərinin) qoyuluşları hesabına yaradılmış nizamnamə fondu (yığım kapitalı) göstərilir. Bu məbləğ hesablar planının 85 saylı «Nizamnamə kapitalı» hesabında əks etdirilmiş məlumatlar əsasında formalaşdırılır.
2.13 110-cu «Kapital ehtiyatı» sətrində müvafiq qanunvericiliyə uyğun olaraq müəssisədə yaradılmış və uçotu hesablar planının 86-cı hesabı üzrə aparılan ehtiyat fondunun qalığı əks etdirilir.
2.14 120-ci «Mənfəətdən ehtiyata ayırmalar» sətrində müəssisənin keçmiş və cari hesabat dövrlərində bölüşdürülməmiş, o cümlədən xüsusi təyinatlı fondlara (yığım fondu, istehlak fondu, sosial sfera fondu) yönəldilmiş mənfəətinin və ya ödənilməmiş zərərin, həmçinin hesabat dövründə sərvətlərin tədarükü, saxlanılması və satışı prosesində müəyyən edilmiş əskikgəlmə, mənimsəmə və xarabolmadan olan itkilərin məbləğləri göstərilir. Bu göstərici hesablar planının 80, 81, 84 və 88 saylı hesablarında əks etdirilmiş məlumatlar əsasında hesablanır.
2.15 130-cu «Öhdəliklər» sətrində bank-kredit təşkilatlarından alınmış kreditlər, digər müəssisələrdən alınmış borclar üzrə qaytarılmamış məbləğlər, eləcədə müəssisənin malsatanlar, podratçılar və sair kreditorları ilə hesablaşmaların vəziyyətini əks etdirən məlumatlar göstərilir. Bu sətrin 1 və 2-ci qrafalarındakı məlumatlar hesabat formasının ikinci -«Ehtiyatlar, tələblər və öhdəliklər üzrə arayış» bölməsinin 330-cu sətrinin müvafiq olaraq 1 və 3-cü qrafalarına köçürülür və növbəti (331-336-cı) sətirlərdə açıqlanır.
130-cu sətir üzrə əks etdirilən göstəriciyə aşağıdakı məlumatlar daxil edilir:
  • banklardan alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) kreditlər üzrə razılaşdırılmış borcların məbləği (hesablar planının 90 və 92 saylı hesablarında uçota alınır);
  • müəssisə və təşkilatlardan (banklardan başqa) alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) borcların məbləği (hesablar planının 94 və 95 saylı hesablarında uçota alınır);
  • müəssisə tərəfindən fərdi mənzil və bağ evlərinin tikintisi və başqa məqsədlər üçün işçilərə verilmiş ssuda, həmçinin ticarət təşkilatları tərəfindən kreditə satılmış malların dəyərinin ödənilməsi üçün alınmış kreditlər üzrə borcların məbləği (hesablar planının 93 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • daxil olmuş maddi dəyərlilər, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə malsatan və podratçılara (sənədləşdirilməyən tədarükə görə malsatanlara olan borclar da daxil olmaqla) olan borclar (hesablar planının 60 və 76 saylı hesablarında uçota alınır);
  • 60 saylı «Malsatan və podratçılarla hesablaşmalar» hesabında nəzərə alınan təchizat, iş və xidmətlərin yerinə yetirilməsi üçün müəssisənin verdiyi vekselə görə malsatanlara, podratçılara və digər kreditorlara olan borcları;
  • hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı, işçilərin pensiya təminatı və dövlət sosial sığortası üzrə ayırmaların məbləği (hesablar planının 69 və 70 saylı hesablarının məlumatları əsasında hesablanır);
  • Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ödəniləcək məcburi sığorta məbləğlərinin qalıqları (hesablar planının 65 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • törəmə və asılı müəssisələrin borcları (hesablar planının 78 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq büdcədənkənar və digər xüsusi fondlara ayırmaların qalıqları (hesablar planının 67 saylı hesabı üzrə);
  • müəssisə işçilərindən tutulan gəlir vergisi də daxil olmaqla büdcəyə köçürüləsi bütün növ ödəmələr üzrə müəssisənin borcu (hesablar planının 68 saylı hesabı üzrə);
  • kənar təşkilatlardan alınmış avansların qalıq məbləğləri (hesablar planının 64 saylı hesabı üzrə);
  • sair kreditorlarla hesablaşmalar.
2.16 140-cı «Sair hesablaşmalar» sətrində hesabat formasının 100-130-cu sətirlərində əks etdirilməmiş sair qısamüddətli passivlər əks etdirilir. Bu göstərici əsasən aşağıdakı məlumatları özündə birləşdirir:
  • səhmdar cəmiyyətlərin emissiya gəlirləri (satışı ilə əlaqədar xərclər çıxılmaqla cəmiyyətlərin səhmlərinin nominal qiymətlərindən artıq alınmış məbləğlər), müəssisənin dövriyyədənkənar aktivlərinin yenidən-qiymətləndirilməsindən alınmış məbləğlər, əvəzsiz olaraq alınmış qiymətlilər (sosial sferalara aid qiymətlilərdən başqa – 120-ci sətirdə əks etdirilir), uzun müddətli qoyuluşların maliyyələşdirilməsi üçün istifadə olunan büdcə vəsaitləri və digər oxşar məbləğlər (hesablar planının 87 saylı hesabı üzrə);
  • məqsədli təyinatı olan tədbirlərin həyata keçirilməsi üçün büdcədən, xüsusi təyinatlı fondlardan, müəssisələrdən, fiziki şəxslərdən alınmış vəsaitlərin qalıqları (hesablar planının 96 saylı hesabında uçota alınır);
  • icarədara uzunmüddətli icarə şərti ilə verilmiş və 03 saylı «Uzunmüddətə icarəyə götürülmüş vəsaitlər» hesabında uçota alınmış əsas vəsaitlərə görə icarə haqqlarının qalıqları (hesablar planının 97 saylı hesabı üzrə);
  • ilin sonunda inventarizasiya zamanı şübhəli borclar üçün müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti hesabına yaradılmış ehtiyat fondu üzrə məbləğlərin qalığı (hesablar planının 82 saylı hesabının 82-1-ci subhesabı üzrə);
  • təsisçilərlə hesablaşmalar üzrə olan borclar (hesablar planının 75 saylı hesabı üzrə);
  • hesabat ilində alınmış, lakin gələcək hesabat dövrlərinə aid edilən (icarə ödəmələri və s.) və qüvvədə olan qaydalara uyğun olaraq 83 saylı «Gələcək dövrün gəlirləri» hesabında uçota alınan məbləğlərin qalıqları;.
  • tədavül və istehsal xərclərini bərabərləşdirmək üçün məzuniyyətlərin və illik mükafatların ödənilməsinə, əsas vəsaitlərin təmirinə və s. görə müəssisə tərəfindən ehtiyatı yaradılmış vəsaitlərin qalıqları (hesablar planının 89 saylı hesabı üzrə).
2.17 150-ci «Kapital və öhdəliklərin cəmi» sətrində müəssisənin passivlərinin ümumi məbləği əks etdirilir. Bu sətirdəki məbləğ 100-140-cı sətirlərdə əks etdirilmiş məbləğlərin cəminə və eyni zamanda 080-cı sətirdəki məbləğə bərabər olmalıdır.

II Bölmə. Nəticələr

3.1 Hesabat formasının II bölməsində müəssisənin (təşkilatın) əsas (adi), qeri-əsas və köməkçi maliyyə-təsərrüfat fəaliyyətlərinin nəticələri əks etdirilir.
3.2 1-ci qrafanın məlumatları hesabat ilinin əvvəlindən artan yekunla göstərilir. 2-ci qrafaya əvvəlki ilin eyni dövrü üzrə məlumatlar daxil edilir.
3.3 200-cü «Mal və xidmətlərin satışından gəlir» sətrində müəssisənin təsərrüfat xüsusiyyətindən, əməliyyatların uçotunun aparılması qaydalarından və bağlanmış müqavilələrin şərtlərindən asılı olaraq hesabat dövründə alıcılara (sifarişçilərə) təqdim edilmiş məhsullara, mallara, iş və xidmətlərə görə müəssisənin bankdakı hesabına, yaxud kassasına daxil olmuş vəsaitlərin və/və ya yüklənib göndərilmiş (təhvil verilmiş), lakin dəyəri ödənilməmiş məhsullar, mallar, iş və xidmətlər üzrə hesablanmış gəlirin məbləği göstərilir.
200-cü sətir üzrə əks etdirilən məlumatlara hesablar planının 47 və 48 saylı hesablarında uçota alınan əsas vəsaitlərin, qeyri maddi aktivlərin, istehsal ehtiyatlarının(sosial sferalara aid olan vəsaitlərdən başqa) və sair aktivlərin satışının nəticələri də daxil edilir. Bu sətirdəki məbləğ təqdim edilmiş məhsulların, malların, iş və xidmətlərin satış qiymətlərinə daxil edilmiş ƏDV, aksiz vergisi, həmçinin ticarət güzəştləri və geri qaytarılmış mal və məhsulun dəyəri çıxılmaqla əks etdirilir.
3.4 210-cu «Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclər» sətrində aşağıdakılar göstərilir:
  • istehsal müəssisələrində satılan məhsulun (iş və xidmətlərin) istehsal məsrəfləri (maya dəyəri);
  • ticarət, təchizat, satış və bu kimi digər müəssisələrdə satılan və buraxılan mallara, məhsullara (iş və xidmətlərə) düşən tədavül xərcləri.
3.5 220-ci «Satışdan mənfəət(zərər(-))» sətrində mal, məhsul iş və xidmətlərin satışından yaranan mənfəətin və ya zərərin (-) məbləği göstərilir. Göstərilən nəticə 200 və 210-cu sətirlərdəki məbləğlərin arasındakı fərq kimi müəyyən edilir.
3.6 230-cu sətirdə müəssisəyə məxsus olan digər müəssisələrin səhmləri, istiqrazları, veksel və digər qiymətli kağızları üzrə əldə olunmuş gəlirlərin, alınmış cərimələrin, penyaların, digər sanksiyalar üzrə əldə edilmiş vəsaitlərin, müəssisənin hesabında olan vəsaitlərin yekunu üzrə alınmış faizlərin, valyuta hesabları və valyuta əməliyyatları üzrə kurs fərqlərinin, hesabat ilində aşkara çıxarılmış keçmiş illərin mənfəətlərinin və qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənfəət və zərərlər hesabına aid edilən sair gəlirlərin ümumi məbləği göstərilir.
3.7 240-cı sətirdə cərimələr, penyalar və digər sanksiyalar üzrə ödənilmiş vəsaitlərin (qanunvericiliyə uyğun olaraq büdcəyə və büdcədən kənar fondlara ödəmələr barəsində sanksiyalar istisna olmaqla), valyuta hesabları və valyuta əməliyyatları üzrə kurs fərqlərinin, hesabat ilində aşkara çıxarılmış keçmiş illərin zərərlərinin, təbii fəlakətlərə görə itkilərin, borcların və debitor borclarının silinməsindən və qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənfəət və zərərlər hesabına aid edilən sair itkilərin və məsariflərin ümumi məbləği göstərilir.

III Bölmə. Ehtiyatlar, tələblər və öhdəliklər üzrə arayış.

4.1 Hesabat formasının III bölm əsində bu formanın I «Əmlak, kapital və onların mənbələri» bölməsinin bəzi məlumatları açıqlanır.
4.2 Bölmənin 1-ci qrafasında müəssisənin ehtiyatlarının hesabat dövrünün sonuna mövcudluğu, həmçinin tələblər və öhdəliklər üzrə hesablaşmaların hesabat dövrünün sonuna olan vəziyyəti əks etdirilir. 3-cü qrafada əvvəlki ilin eyni dövrü üzrə məlumatlar göstərilir.
4.3 2-ci və 4-cü qrafalarda ödənmə vaxtları keçmiş tələblərin və öhdəliklərin həcmləri əks etdirilir (bu qrafalar 310, 311, 312, 322 və 333-cü sətirlər üzrə doldurulmur).
4.4 Bu bölmənin 310, 320 və 330-cu sətirləri üzrə sorğulanan məlumatlar (qr.1 və 3) I bölmənin müvafiq olaraq 040, 050 və 130-cu sətirlərinin 1 və 2-ci qrafalarından köçürülür.
4.5 311-ci sətirdə müəssisənin xammal, yardımçı və iş materiallarının ehtiyatları göstərilir və bu göstəriciyə aşağıdakılar daxil edilir:
  • xammal, əsas və yardımçı iş materiallarının, yanacaq, satınalınmış yarımfabrikatlar və komplektləşdirici məmulatların, ehtiyat hissələrinin, taralar və digər material ehtiyatlarının qalıq məbləğləri (hesablar planının 10 saylı hesabında uçota alınır);
  • azqiymətli və tezköhnələn əşyaların (müəyyən olunmuş qaydada müvafiq dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən azqiymətli və tezköhnələn əşyalar, təsərrüfat inventarları, ümümi və xüsusi təyinatlı alət və ləvazimatlar və digər əmək vəsaitlərinin) qalıq dəyəri (hesablar planının 12, 13 və 16-cı hesablarındakı məlumatlara əsasən).
4.6 312-ci sətirdə hazır məhsul və satmaq üçün alınmış malların ehtiyatları əks olunur və aşağıdakı məlumatlar daxil edilir:
  • hazır məhsulun (istehsalı başa çatmış sınaqdan keçmiş və qəbul edilmiş məhsul) faktiki maya dəyəri (hesablar planının 40 saylı hesabında uçota alınır);
  • satmaq üçün alınmış malların alış qiymətilə dəyəri (41 və 42-ci hesablardakı məlumatlar əsasında hesablanır).
4.7 321-ci sətirdə göndərmə və xidmətlər üzrə bütün mal alanların və sifarişcilərin borclarının (debitor borclarının) qalıqları göstərilir (hesablar planının 62 və 76 saylı hesabları üzrə). Bu sətirdə ödənişi müəssisənin hesablaşma (və ya digər) hesabına daxil olanadək sifarişçilərə (mal alanlara) göndərilən mallar (təqdim edilmiş iş və xidmətlər) tam faktiki maya dəyəri ilə, məhsulların yüklənməsi üzrə maliyyə nəticələri isə buraxılış və ya smeta dəyəri ilə göstərilir.
4.8 322-ci sətirdə göndərmə və xidmətlər üzrə kənar təşkilatların müəssisəyə olan debitor borcları haqqında məlumatlar əks etdirilir. Bu göstəricidə eyni tabecilikdə olan müəssisələrin (eyni nazirliyin, komitənin, şirkətin, konsernin, birliyin, xoldinq-şirkətin və sair bu kimi müəssisə birliklərinin müəssisələri, idarələri, törəmə müəssisələri, filialları və müstəqil balansa malik olan digər struktur vahidləri) debitor borcları nəzərə alınmır. 322-ci sətir üzrə məlumatların hesablanması üçün 321-ci sətirdəki məbləğdən yuxarıda göstərilən (eyni tabeçilikdə olan) müəssisələrin debitor borcları çıxılır. Əgər belələri yoxdursa 322-ci sətirdə 321-ci sətrin məlumatları təkrarlanır.
4.9 323-cü sətirdə 321-ci sətirdə əks olunmamış digər tələblərin məbləği göstərilir və bu məbləğ 320-ci və 321-ci sətirlərdəki göstəricilərin arasındakı fərq kimi müəyyən edilir.
4.10 324-cü sətirdə büdcəyə artıq ödənilmiş vergilər, rüsumlar və s. ödəmələr üzrə borclar da daxil olmaqla müəssisənin maliyyə və vergi orqanları ilə hesablaşmaları əks etdirilir.
4.11 331-ci sətirdə bank-kredit təşkilatlarından alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) kreditlər üzrə razılaşdırılmış borcların məbləği göstərilir (hesablar planının 90 və 92 saylı hesabları üzrə).
4.12 332-ci sətirdə daxil olmuş maddi dəyərlilər, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə malsatan və podratçılara (sənədləşdirilməyən tədarükə görə malsatanlara olan borclar da daxil olmaqla) olan borclar əks etdirilir (hesablar planının 60 və 76 saylı hesabları üzrə).
4.13 333-cü sətirdə müəssisənin kənar təşkilatlara (kreditorlara) göndərmə və xidmətlər üzrə olan borcları haqqında məlumatlar əks etdirilir. Bu göstəricidə eyni tabecilikdə olan müəssisələrə (eyni nazirliyin, komitənin, şirkətin, konsernin, birliyin, xoldinq-şirkətin və sair bu kimi müəssisə birliklərinin müəssisələri, idarələri, törəmə müəssisələri, filialları və müstəqil balansa malik olan digər struktur vahidləri) olan borclar nəzərə alınmır. 333-cü sətir üzrə məlumatların hesablanması üçün 332-ci sətirdəki məbləğdən yuxarıda göstərilən (eyni tabeçilikdə olan) müəssisələrə olan borclar çıxılır. Əgər belələri yoxdursa 333-cü sətirdə 332-ci sətrin məlumatları təkrarlanır.
4.14 334-cü sətirdə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ödəniləcək məcburi sığorta məbləğlərinin, büdcədən kənar və digər xüsusi fondlara ayırmaların qalıqları, müəssisə işçilərindən tutulan gəlir vergisi də daxil olmaqla büdcəyə köçürüləsi bütün növ ödəmələr üzrə müəssisənin borcu göstərilir (hesablar planının 65, 67 və 68 saylı hesabları üzrə).
4.15 335-ci sətirdə 331, 332 və 334-cü sətirlərdə əks olunmamış digər öhdəliklərin məbləğləri əks etdirilir.
4.16 336-cı sətirdə hesablar planının 69 və 70 saylı hesablarınında əks etdirilən hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı, işçilərin pensiya təminatı və dövlət sosial sığortası üzrə ayırmaların məbləği göstərilir.

DÖVLƏT   STATİSTİKA   HESABATI
Alınmış ilkin məlumatların məxfi saxlanmasına zəmanət verilir

Hesabat təqdim edən müəssisənin:  1-maliyyə №-li forma
adı ________________________  Illik
ünvanı ___________________________ rayon (şəhər)   Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 may 2004-cü il tarixli, 3/8 saylı sərəncamı ilə təsdiq edilmişdir.
  ___________________________ kənd (küçə)  
əsas fəaliyyət növü _________________________    
mülkiyyət növü _________________________    
İdarə sənədlərinin təsnifatı üzrə formanın kodu Müəssisənin identifikasiya (statistik) kodu
   
  Hesabat təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ƏDV ödəyicisi olan iri və orta müəssisə və təşkilatlar tərəfindən (tam büdcədən maliyyələşən və bank təşkilat-arı istisna olmaqla) hesabat dövründən sonra 30-gün ərzində yerləşdikləri ərazinin statistika orqanına təqdim edilir.

200___________ il üzrə

Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair hesabat

I. Bölmə. Əmlak, kapital və onların mənbələri (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Qeyri-maddi əmlak obyektlərinin qalıq dəyəri 010    
Əşya şəklində mayaların (əsas vəsaitlərin) qalıq dəyəri 020    
Maliyyə qoyuluşları (uzunmüddətli) 030    
Ehtiyatlar 040    
Tələblər və digər əmlak obyektləri 050    
Qiymətli kağızlar 060    
Çeklər, kassa nəqdiyyəsi və kredit idarələrindəki nağdsız vəsait 070    
Sair aktivlər 075    
Aktivlərin cəmi (010+020+030+040+050+060+070+075) 080    
Nizamnamə kapitalı 100    
Kapital ehtiyatı 110    
Mənfəətdən ehtiyata ayırmalar 120    
Öhdəliklər 130    
Sair hesablaşmalar 140    
Kapital və öhdəliklərin cəmi (100+110+120+130+140) 150    

II bölmə. Nəticələr (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Mal və xidmətlərin satışından gəlir (ƏDV, Aksiz vergisi, qaytarılan mallar və ticarət güzəştləri nəzərə alınmadan)200    
Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclər (maya dəyəri) 210    
ondan:      
- kommersiya (tədavül) xərcləri 211    
- inzibati idarəetmə xərcləri 212    
Satışdan mənfəət(zərər(-)) 220    
Satışdankənar gəlirlər 230    
Satışdankənar xərclər 240    
Vergilər tutulmamışdan əvvəl mənfəət(zərər) 250    
Mənfəət vergisi və mənfəətdən tutulan sair vergilər və mütləq ödəmələr 260    
Vergilər tutulduqdan sonra mənfəət(zərər) 270    

III bölmə. Əsas vəsaitlər və qeyri-maddi əmlak obyektləri üzrə arayış (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Əsas vəsaitlərin      
- ilk(bərpa) dəyəri 300    
- köhnəlməsi 301    
Qeyri-maddi əmlak obyektlərinin:      
- ilk dəyəri 302    
- köhnəlməsi 303    

IV bölmə. Ehtiyatlar və qısamüddətli maliyyə qoyuluşları üzrə arayış (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Ehtiyatlar – cəmi 400    
Ondan:      
- xammal, yardımçı və iş materialları 410    
- azqiymətli və tezköhnələn əşyaların:      
- ilk dəyəri 420    
- köhnəlməsi 421    
- qalıq dəyəri 422    
- hazır məhsul 430    
- satmaq üçün alınmış mallar (alış qiymətilə) 440    
- bitməmiş istehsal 450    
Qısamüddətli maliyyə qoyuluşları 460    
O cümlədən:      
səhmdar cəmiyyətinin səhmdarlardan geri aldığı öz səhmləri 461    

V bölmə. Tələblər və öhdəliklər üzrə arayış (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat dövrünün sonuna o cümlədən vaxtı keçmişKeçən ilin müvafiq dövrüo cümlədən vaxtı keçmiş
AB1234
Tələblər və digər əmlak obyektləri – cəmi 500        
O cümlədən:          
- yüklənmiş mallar 510        
- göndərmə və xidmətlər üzrə tələblər 520        
ondan:          
- kənar müəssisə və təşkilatlara tələblər 521   X   X
- digər tələblər 530        
onlardan:          
- vergilər və sosial ayırmalar üzrə tələblər 531        
Öhdəliklər – cəmi 540        
O cümlədən:          
- kredit idarələri qarşısında öhdəliklər 550        
- göndərmə və xidmətlər üzrə öhdəliklər 560        
Ondan:          
- kənar müəssisə və təşkilatlar qarşısında öhdəliklər561   X   X
- vergilər və social ayırmalar üzrə öhdəliklər 570        
- digər öhdəliklər 580        
ondan:          
- əmək haqqı və işçiləri digər ödənişlər üzrə 581        

VI bölmə. Mal və xidmətlərin istehsalına çəkilmiş xərclər (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Mal və xidmətlərin istehsalına çəkilmiş xərclər600   
Maddi xərclər 610    
ondan:      
- mal və material 611    
- yanacaq 612    
- enerji 613    
Əmək ödənişləri 620    
Sosial sığortaya ayırmalar 630    
Amortizasiya ayırmaları 640    
Digər xərclər 650    

VII bölmə. Pul vəsaitlərinin hərəkəti (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Cəmi vəsait daxil olmuşdur 710    
ondan:      
- əsas vəsaitlərin və digər əmlakın satışından711    
- alıcı və sifarişçilərdən alınmış avanslardan 712    
- məqsədli maliyyələşmə üzrə daxilolmalardan 713   
- təmənnasız verilmiş vəsaitlər hesabına 714   
- kreditlər və borclar üzrə 715   
- digər daxilolmalar 716   
Cəmi pul vəsaiti yönəldilmişdir 720   
ondan:      
- malların alınmasına, iş və xidmətlərin ödənilməsinə721   
- əməyin ödənilməsinə 722   
- sosial sığorta və sosial təminata 723   
- avansların verilməsinə 724   
- əsas vəsaitlərə maliyyə qoyuluşuna 725   
- dividentlərin və faizlərin ödənilməsinə 726   
- büdcə ilə hesablaşmalara 727   
- digər ödənişlər və köçürmələr 728   

VIII bölmə. Xarici valyuta şəkilində olan vəsaitlərin hərəkəti (min manatla)
Göstəricinin adıSətrin kodu Hesabat ilinin əvvəlindənKeçən ilin müvafiq dövrü
AB12
Xarici valyuta şəkilində daxil olan vəsaitlər 810   
ondan:      
- malların ixracı hesabına 811    
- iş və xidmətlərin ixracı hesabına 812    
Xarici valyuta şəkilində olan vəsaitlərin xərclənməsi820    
ondan:      
- malların idxalına 821    
- iş və xidmətlərin idxalına 822    

IX bölmə. MDB və digər xarici ölkələrin müəssisələri ilə qarşılıqlı hesablaşmalar (min manatla)
Göstəricinin adıÖlkənin DÖT üzrə kodu*Sətrin kodu Hesabat dövrünün sonuna o cümlədən vaxtı keçmişKeçən ilin müvafiq dövrüo cümlədən vaxtı keçmiş
ABJ1234
Tələblər X 910        
ondan ölkələr üzrə:           
    911        
    912        
    913        
    914        
    915        
    916        
    917        
Öhdəliklər X 930        
ondan ölkələr üzrə:           
    931        
    932        
    933        
    934       
    935        
    936        
    937        
* - Yerli statistika orqanları tərəfindən doldurulur

__________________________________
İcraçının vəzifəsi, soyadı,tel.nömrəsi
  _______________________
Rəhbərin soyadı, imzası
     
«______» ___________________200___il

Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin
28 yanvar 2004-cü il tarixli 6/8 saylı
saylı qərarı ilə təsdiq edilmişdir.

«Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair» 1-maliyyə (illik)
dövlət statistika hesabatı formasının tərtib edilməsinə dair

GÖSTƏRİŞLƏR

Ümumi müddəalar.

1.1 Bu Göstərişlər «Statistika haqqında», «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunlarına və qüvvədə olan «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair» təlimata uyğun olaraq hazırlanmışdır.
1.2 Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi dövlət statistika hesabatı formalarında göstərilən ilkin məlumatların məxfiliyinə zəmanət verir və bu məlumatlardan yalnız toplu (ümumiləşdirilmiş) statistik göstəricilərin formalaşdırılması üçün istifadə edilir.
1.3 «Müəssisənin (təşkilatın) maliyyə fəaliyyətinin əsas göstəricilərinə dair» 1-maliyyə (illik) hesabat forması təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ƏDV ödəyicisi olan iri, orta və kiçik müəssisə və təşkilatlar (tam büdcədən maliyyələşən və bank təşkilatları istisna olmaqla) tərəfindən doldurulur və hesabat ilindən sonraki ilin mart ayının 30-dək yerləşdikləri ərazinin statistika organına təqdim edilir.
1.4 Hesabat forması ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinin nəticələrinin təhlili üçün lazım olan əsas göstəricilərin əldə edilməsi üçün nəzərdə tutulmuşdur və 9 bölmədən ibarətdir.

I Bölmə. Əmlak, kapital və onların mənbələri.

2.1 Hesabat formasının I bölməsində müəssisənin əmlakı, kapitalı və onların mənbələri haqqında məlumatlar əks etdirilir.
2.2 Bölmənin 1-ci sütununda hesabat dövrünün sonuna müəssisənin əmlak və kapitalının mövcudluğu, həmçinin tələblər və öhdəliklər üzrə hesablaşmalarının hesabat dövrünün sonuna olan vəziyyəti əks etdirilir. 2-ci sütunda əvvəlki ilin eyni dövrü üzrə məlumatlar göstərilir.
2.3 Bu bölmənin 080-ci (Aktivəırin cəmi) sətrindəki məbləğ həmin bölmənin 150-ci (Kapital və öhdəliklərin cəmi) sətrində göstərilən məbləğə bərabər olmalıdır.
2.4 Formanın 010-cu (Qeyri-maddi əmlak obyektləri) sətrində müəssisənin (təşkilatın) qeyri-maddi aktivlərinin qalıq dəyəri və qeyri-maddi aktivlər üzrə icra edilmiş avans ödənişlərinin məbləği göstərilir. Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, nou-hau, kompüterlər üçün proqram təminatı, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Bu sətir müəssisələrin mühasibat uçotunun hesablar planının 04-cü, 05-ci və 61-ci hesablarında əks etdirilən məlumatlar əsasında doldurulur.
2.5 020-ci (Əşya şəklində mayalar) sətirdə müəssisənin (təşkilatın) həm hərəkətdə, həm də konservasiya və ya ehtiyyatda olan əsas vəsaitlərinin (uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər də daxil olmaqla)qalıq dəyəri, habelə quraşdırılmalı olan avadanlıqların dəyəri, başa çatdırılmayan kapital qoyuluşlarının və maddi aktivlərin əldə edilməsi ilə əlaqədar icra edilmiş avans ödənişlərinin məbləği göstərilir. Bu sətir 01 saylı «Əsas vəsaitlər», 02 saylı «Əsas vəsaitlərin köhnəlməsi», 03 saylı «Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər», 07 saylı «Quraşdırılası avadanlıqlar», 08 saylı «Başa çatdırılmayan kapital qoyuluşları» və 61 saylı «Verilmiş avanslar üzrə hesablaşmalar» hesablarında uçota alınan məlumatlar əsasında doldurulur.
2.6 030-cu (Maliyyə qoyuluşları) sətirdə müəssisənin kənar müəssisə və təşkilatların gəlirli aktivlərinə (qiymətli kağızlarına – səhmlərinə, istiqrazlarına), dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və s. uzunmüddətli (bir ildən artıq) maliyyə qoyuluşlarının (investisiyaların), həmçinin müəssisənin digər müəssisələrə verdiyi borcların həcmi əks etdirilir.
Bu sətirdəki göstərici müəssisələrin mühasibat uçotunun hesablar planının 06-cı hesabında əks etdirilən məlumatlar əsasında formalaşdırılır.
2.7 040-cı (Ehtiyatlar) sətirdə müəssisənin sərəncamında olan ehtiyatların dəyəri göstərilir. «Ehtiyatlar» göstəricisi aşağıdakı məlumatları özündə birləşdirir:
  • xammal, əsas və yardımçı iş materiallarının, yanacaq, satınalınmış yarımfabrikatlar və komplektləşdirici məmulatların, ehtiyat hissələrinin, taralar və digər material ehtiyatlarının qalıq məbləğlərini (hesablar planının 10 saylı hesabında uçota alınır);
  • azqiymətli və tezköhnələn əşyaların (müəyyən olunmuş qaydada müvafiq dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən azqiymətli və tezköhnələn əşyalar, təsərrüfat inventarları, ümümi və xüsusi təyinatlı alət və ləvazimatlar və digər əmək vəsaitləri) qalıq dəyərini (hesablar planının 12, 13 və 16-cı hesablarındakı məlumatlara əsasən);
  • bitməmiş istehsal və başa çatdırılmamış işlər (xidmətlər) üzrə məsrəflərin həcmini (hesablar planının 20, 21, 23, 26, 29, 30, 36 və 44-cü hesablarının məlumatları əsasında hesablanır);
  • gələcək dövrün xərclərini (mövsümi xarakter daşıyan istehsal prosesinə hazırlıq işlərinə çəkilən xərclər, əsas vəsaitlərin təmiri üzrə ehtiyat fondu yaratmayan müəssisələrdə əsas vəsaitlərin qeyri-müntəzəm təmirinə çəkilən xərclər, qabaqcadan ödənilmiş icarə haqqları, reklam xərcləri, kadr hazırlığı xərcləri və s.) (hesablar planının 31 saylı hesabında uçota alınır);
  • hazır məhsulun (istehsalı başa çatmış, sınaqdan keçmiş və qəbul edilmiş məhsul) faktiki maya dəyərini (hesablar planının 40 saylı hesabında uçota alınır);
  • satmaq üçün alınmış malların alış qiymətilə dəyərini (41 və 42-ci hesablardakı məlumatlar əsasında hesablanır);
  • ehtiyatların əldə edilməsi üçün icra edilmiş avans ödənişlərini (61-ci hesab üzrə);
  • sair ehtiyatların (hesablar planının 16-cı hesab üzrə fərq) məbləğini.
2.8 050-ci (Tələblər və digər əmlak obyektləri) sətirdə yüklənmiş malların dəyəri və müəssisənin debitorlarla hesablaşmalarının vəziyyəti əks etdirilir. Bu sətrin 1-ci və 2-ci sütunlarındakı məlumatlar hesabat formasının beşinci - «Tələblər və öhdəliklər üzrə arayış» bölməsinin 500-cü sətrinin müvafiq olaraq 1-ci və 3-cü sütunlarında təkrarlanır və hesablaşmalar üzrə açıqlanır. 050-ci sətrin doldurulması üçün müəssisələrin mühasibat uçotunun hesablar planının 45 saylı «Yüklənmiş mallar», 62 saylı «Alıcılar və sifarişçilərlə hesablaşmalar», 63 saylı «İddialar üzrə hesablaşmalar», 65 saylı «Əmlak və şəxsi sığorta üzrə hesablaşmalar», 68 saylı «Büdcə ilə hesablaşmalar», 73 saylı «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə hesablaşmalar», 76 saylı «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» və 78 saylı «Törəmə (asılı) müəssisələrlə hesablaşmalar» hesablarında, həmçinin 69 saylı «Sosial sığorta və təminat üzrə hesablaşmalar» və 70 saylı «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesablarının debetində uçota alınan məlumatlardan istifadə olunur.
2.9 060-cı (Qiymətli kağızlar) sətirdə müəssisəyə məxsus olan digər müəssisələrin səhmlərinin, dövlət və yerli borclar üzrə faizli istiqrazların dəyəri; digər müəssisələrə qısamüddətli (bir ildən çox olmayan) maliyyə qoyuluşlarının (investisiyaların) və verilmiş borcların həcmi göstərilir. Bu göstərici müəssisələrin mühasibat uçotunun hesablar planının 58-ci hesabı üzrə uçota alınan məlumatlar əsasında hesablanır.
2.10 070-ci (Çeklər, kassa nağdiyyəsi və kredit idarələrindəki digər vəsaitlər) sətirdə müəssisənin kassası (50-ci hesab), bankdakı hesablaşma və valyuta hesablarındakı (51 və 52-ci hesablar) pul vəsaitlərinin qalıqları, habelə 55 saylı «Banklarda olan xüsusi hesablar», 56 saylı «Pul sənədləri» və 57 saylı «Yolda olan köçürmələr» hesablarında üçota alınan məbləğlər göstərilir.
2.11 075-ci (Sair aktivlər) sətirdə hesablar planının 75-ci hesabında uçota alınan təsisçilərin müəssisənin nizamnamə (yığım) kapitalına qoyuluşlar və digər ödənişlər üzrə borclarının məbləği, eləcədə 010-070 sətirlərdə öz əksini tapmayan sair aktivlərin məbləği əks olunur.
2.12 080-cı (Aktivlərin cəmi) sətirdə müəssisənin aktivlərinin ümumi məbləği əks etdirilir. Bu sətirdəki məbləğ 010-075-ci sətirlərdə əks etdirilmiş məbləğlərin cəminə bərabər olmalıdır.
2.13 100-cü (Nizamnamə kapitalı) sətirdə təsisedici sənədlərə müvafiq olaraq müəssisənin mülkiyyətçilərinin (iştirakçılarının, təsisçilərinin) qoyuluşları hesabına yaradılmış nizamnamə fondu (yığım kapitalı) göstərilir. Bu məbləğ hesablar planının 85 saylı «Nizamnamə kapitalı» hesabında əks etdirilmiş məlumatlar əsasında formalaşdırılır.
2.14 110-cu (Kapital ehtiyatı) sətirdə müvafiq qanunvericiliyə uyğun olaraq müəssisədə yaradılmış və uçotu hesablar planının 86-cı hesabı üzrə aparılan ehtiyat fondunun qalığı əks etdirilir.
2.15 120-ci (Mənfəətdən ehtiyata ayırmalar) sətirdə müəssisənin keçmiş və cari hesabat dövrlərində bölüşdürülməmiş, o cümlədən xüsusi təyinatlı fondlara (yığım fondu, istehlak fondu, sosial sfera fondu) yönəldilmiş mənfəətinin və ya ödənilməmiş zərərin, həmçinin hesabat dövründə sərvətlərin tədarükü, saxlanılması və satışı prosesində müəyyən edilmiş əskikgəlmə, mənimsəmə və xarabolmadan olan itkilərin məbləğləri göstərilir. Bu göstərici hesablar planının 80, 81, 84 və 88 saylı hesablarında əks etdirilmiş məlumatlar əsasında hesablanır.
2.16 130-cu (Öhdəliklər) sətirdə bank-kredit təşkilatlarından alınmış kreditlər, digər müəssisələrdən alınmış borclar üzrə qaytarılmamış məbləğlər, eləcədə müəssisənin malsatanlar, podratçılar və sair kreditorları ilə hesablaşmaların vəziyyətini əks etdirən məlumatlar göstərilir. Bu sətrin 1 və 2-ci sütunlarındakı məlumatlar hesabat formasının beşinci - «Tələblər və öhdəliklər üzrə arayış» bölməsinin 540-cı sətrinin müvafiq olaraq 1 və 3-cü sütunlarına köçürülür və növbəti (550-581-ci) sətirlərdə açıqlanır.
130-cu sətir üzrə əks etdirilən göstəriciyə aşağıdakı məlumatlar daxil edilir:
  • banklardan alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) kreditlər üzrə razılaşdırılmış borcların məbləği (hesablar planının 90 və 92 saylı hesablarında uçota alınır);
  • müəssisə və təşkilatlardan (banklardan başqa) alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) borcların məbləği (hesablar planının 94 və 95 saylı hesablarında uçota alınır);
  • müəssisə tərəfindən fərdi mənzil və bağ evlərinin tikintisi və başqa məqsədlər üçün işçilərə verilmiş ssuda, həmçinin ticarət təşkilatları tərəfindən kreditə satılmış malların dəyərinin ödənilməsi üçün alınmış kreditlər üzrə borcların məbləği (hesablar planının 93 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • daxil olmuş maddi dəyərlilər, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə malsatan və podratçılara (sənədləşdirilməyən tədarükə görə malsatanlara olan borclar da daxil olmaqla) olan borclar (hesablar planının 60 və 76 saylı hesablarında uçota alınır);
  • 60 saylı «Malsatan və podratçılarla hesablaşmalar» hesabında nəzərə alınan təchizat, iş və xidmətlərin yerinə yetirilməsi üçün müəssisənin verdiyi vekselə görə malsatanlara, podratçılara və digər kreditorlara olan borcları;
  • hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı, işçilərin pensiya təminatı və dövlət sosial sığortası üzrə ayırmaların məbləği (hesablar planının 69 və 70 saylı hesablarının məlumatları əsasında hesablanır);
  • Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ödəniləcək məcburi sığorta məbləğlərinin qalıqları (hesablar planının 65 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • törəmə və asılı müəssisələrin borcları (hesablar planının 78 saylı hesabının məlumatları əsasında tərtib edilir);
  • Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq büdcədənkənar və digər xüsusi fondlara ayırmaların qalıqları (hesablar planının 67 saylı hesabı üzrə);
  • müəssisə işçilərindən tutulan gəlir vergisi də daxil olmaqla büdcəyə köçürüləsi bütün növ ödəmələr üzrə müəssisənin borcu (hesablar planının 68 saylı hesabı üzrə);
  • kənar təşkilatlardan alınmış avansların qalıq məbləğləri (hesablar planının 64 saylı hesabı üzrə);
  • sair kreditorlarla hesablaşmalar.
2.17 140-cı (Sair hesablaşmalar) sətirdə, hesabat formasının 100-130-cu sətirlərində əks etdirilməmiş sair qısamüddətli passivlər əks etdirilir. Bu göstərici əsasən aşağıdakı məlumatları özündə birləşdirir:
  • səhmdar cəmiyyətlərin emissiya gəlirləri (satışı ilə əlaqədar xərclər çıxılmaqla cəmiyyətlərin səhmlərinin nominal qiymətlərindən artıq alınmış məbləğlər), müəssisənin dövriyyədənkənar aktivlərinin yenidən-qiymətləndirilməsindən alınmış məbləğlər, əvəzsiz olaraq alınmış qiymətlilər (sosial sferalara aid qiymətlilərdən başqa – 120-ci sətirdə əks etdirilir), uzun müddətli qoyuluşların maliyyələşdirilməsi üçün istifadə olunan büdcə vəsaitləri və digər oxşar məbləğlər (hesablar planının 87 saylı hesabı üzrə);
  • məqsədli təyinatı olan tədbirlərin həyata keçirilməsi üçün büdcədən, xüsusi təyinatlı fondlardan, müəssisələrdən, fiziki şəxslərdən alınmış vəsaitlərin qalıqları (hesablar planının 96 saylı hesabında uçota alınır);
  • icarədara uzunmüddətli icarə şərti ilə verilmiş və 03 saylı «Uzunmüddətə icarəyə götürülmüş vəsaitlər» hesabında uçota alınmış əsas vəsaitlərə görə icarə haqqlarının qalıqları (hesablar planının 97 saylı hesabı üzrə);
  • ilin sonunda inventarizasiya zamanı şübhəli borclar üçün müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti hesabına yaradılmış ehtiyat fondu üzrə məbləğlərin qalığı (hesablar planının 82 saylı hesabının 82-1-ci subhesabı üzrə);
  • təsisçilərlə hesablaşmalar üzrə olan borclar (hesablar planının 75 saylı hesabı üzrə);
  • hesabat ilində alınmış, lakin gələcək hesabat dövrlərinə aid edilən (icarə ödəmələri və s.) və qüvvədə olan qaydalara uyğun olaraq 83 saylı «Gələcək dövrün gəlirləri» hesabında uçota alınan məbləğlərin qalıqları;
  • tədavül və istehsal xərclərini bərabərləşdirmək üçün məzuniyyətlərin və illik mükafatların ödənilməsinə, əsas vəsaitlərin təmirinə və s. görə müəssisə tərəfindən ehtiyatı yaradılmış vəsaitlərin qalıqları (hesablar planının 89 saylı hesabı üzrə).
2.18 150-ci (Kapital və öhdəliklərin cəmi) sətirdə müəssisənin passivlərinin ümumi məbləği əks etdirilir. Bu sətirdəki məbləğ 100-140-cı sətirlərdə əks etdirilmiş məbləğlərin cəminə və eyni zamanda 080-cı sətirdəki məbləğə bərabər olmalıdır.

II Bölmə. Nəticələr

3.1 Hesabat formasının II bölməsində müəssisənin (təşkilatın) əsas (adi), qeri-əsas və köməkçi maliyyə-təsərrüfat fəaliyyətlərinin nəticələri əks etdirilir.
3.2 1-ci sütununun məlumatları hesabat ilinin əvvəlindən artan yekunla göstərilir. 2-ci sütuna əvvəlki ilin eyni dövrünün məlumatları daxil edilir.
3.3 200-cü (Mal və xidmətlərin satışından gəlir) sətirdə müəssisənin təsərrüfat xüsusiyyətindən, əməliyyatların uçotunun aparılması qaydalarından və bağlanmış müqavilələrin şərtlərindən asılı olaraq hesabat dövründə alıcılara (sifarişçilərə) təqdim edilmiş məhsullara, mallara, iş və xidmətlərə görə müəssisənin bankdakı hesabına, yaxud kassasına daxil olmuş vəsaitlərin və/və ya yüklənib göndərilmiş (təhvil verilmiş), lakin dəyəri ödənilməmiş məhsullar, mallar, iş və xidmətlər üzrə hesablanmış gəlirin məbləği göstərilir.
200-cü sətir üzrə əks etdirilən məlumatlara hesablar planının 47 və 48 saylı hesablarında uçota alınan əsas vəsaitlərin, qeyri maddi aktivlərin, istehsal ehtiyatlarının(sosial sferalara aid olan vəsaitlərdən başqa) və sair aktivlərin satışının nəticələri də daxil edilir. Bu sətirdəki məbləğ təqdim edilmiş məhsulların, malların, iş və xidmətlərin satış qiymətlərinə daxil edilmiş ƏDV, aksiz vergisi, həmçinin ticarət güzəştləri və geri qaytarılmış mal və məhsulun dəyəri çıxılmaqla əks etdirilir.
3.4 210-cu (Satılmış mal və xidmətlərin istehsalına çəkilmiş xərclər) sətirdə aşağıdakılar göstərilir:
  • istehsal müəssisələrində satılan məhsulun (iş və xidmətlərin) istehsal məsrəfləri (maya dəyəri);
  • ticarət, təchizat, satış və bu kimi, digər müəssisələrdə satılan və buraxılan mallara, məhsullara (iş və xidmətlərə) düşən tədavül xərcləri.
3.5 211-ci (Kommersiya (tədavül) xərcləri) sətirdə, hesablar planının 43-cü və 44-cü hesablarında uçota alınan, hazır məhsulun qablaşdırılmasına, nəqliyyat vasitələrinə yüklənməsinə, satış təşkilatlarına və digər vasitəçi müəssisə və təşkilatların xidmətlərinin ödənilməsinə və bu kimi, sair işlərə yönəldilmiş vəsaitin, habelə ticarət, təchizat, satış və bu kimi, digər müəssisələrdə satılan və buraxılan mallara, məhsullara (iş və xidmətlərə) düşən tədavül xərclərinin məbləği əks etdirilir.
3.6 211-ci (İnzibati idarəetmə xərcləri) sətirdə, hesablar planının 26-cı hesabında uçota alınan, istehsal prosesləri ilə bilavasitə bağlı olmayan təsərrüfat və idarəetmə xərclərinin məbləği göstərilir.
3.7 220-ci (Satışdan mənfəət(zərər(-))) sətirdə mal, məhsul iş və xidmətlərin satışından yaranan mənfəətin və ya zərərin (-) məbləği göstərilir. Göstərilən nəticə 200-cü və 210-cu sətirlərdəki məbləğlərin arasındakı fərq kimi müəyyən edilir.
3.8 230-cu sətirdə müəssisəyə məxsus olan digər müəssisələrin səhmləri, istiqrazları, veksel və digər qiymətli kağızları üzrə əldə olunmuş gəlirlərin, alınmış cərimələrin, penyaların, digər sanksiyalar üzrə əldə edilmiş vəsaitlərin, müəssisənin hesabında olan vəsaitlərin yekunu üzrə alınmış faizlərin, valyuta hesabları və valyuta əməliyyatları üzrə kurs fərqlərinin, hesabat ilində aşkara çıxarılmış keçmiş illərin mənfəətlərinin və qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənfəət və zərərlər hesabına aid edilən sair gəlirlərin ümumi məbləği göstərilir.
3.9 240-cı sətirdə cərimələr, penyalar və digər sanksiyalar üzrə ödənilmiş vəsaitlərin (qanunvericiliyə uyğun olaraq büdcəyə və büdcədən kənar fondlara ödəmələr barəsində sanksiyalar istisna olmaqla), valyuta hesabları və valyuta əməliyyatları üzrə kurs fərqlərinin, hesabat ilində aşkara çıxarılmış keçmiş illərin zərərlərinin, təbii fəlakətlərə görə itkilərin, borcların və debitor borclarının silinməsindən və qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənfəət və zərərlər hesabına aid edilən sair itkilərin və məsariflərin ümumi məbləği göstərilir.
3.10 250-ci (Vergilər tutulmamışdan əvvəl mənfəət(zərər(-))) sətirdə müəssisınin mənfəətindən tutulan mənfəət, torpaq, əmlak vergiləri və sair bu kimi, vergilər, rüsumlar və mütləq ödəmələr ödənilməmişdən əvvəl adi maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəət və ya zərərin(-) məbləği göstərilir. Bu sətirdəki göstırici 220-ci sətirin məlumatları ilə 230-cu və 240-cı sətirlərdəki məbləğlərin saldosunun cəminə bərabər olmalıdır (sət.250=sət.220+sət.230-sət.240).
3.11 260-cı sətirdə müəssisınin mənfəəti hesabına ödənilmiş mənfəət, torpaq, əmlak vergilərinin və sair bu kimi, vergi, rüsum və mütləq ödəmələrin məbləği əks etdirilir.
3.12 270-ci sətirdə mənfəətdən bütün vergilər və mütləq ödəmələr verildikdıkdən sonra müəssisənin sərəncamında qalan mənfəətin(zərərin(-)) həcmi göstərilir (sət.270=sət.250-sət.260).

III Bölmə. Əsas vəsaitlər və qeyri-maddi əmlak obyektləri üzrə arayış.

4.1 Hesabat formasının bu bölməsində müəssisənin əsas kapitalının, qeyri-maddi əmlak obyektlərinin ilk (bərpa) dəyərlərinin və onların köhnəlməsinin il ərzində dəyişməsi barədə məlumatlar əks etdirilir.
4.2 Bu bölmənin 1-ci sütununda məlumatlar hesabat ilinin əvvəli, 2-ci sütununda isə hesabat ilinin sonu vəziyyətinə göstərilir.
4.3 300-cü sətirdə əsas vəsaitlərin və uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin ilk (bərpa) dəyəri (01-ci və 03-cü hesablar), 301-ci sətirdə isə onların köhnəlməsi(amortizasiyası) üzrə məlumatlar göstərilir (02-ci hesab).
4.4 302-ci sətirdə qeyri-maddi əmlak obyektlərinin ilk dəyəri (04-cü hesab), 303-cü sətirdə isə onların köhnəlməsi(amortizasiyası) üzrə məlumatlar göstərilir (05-ci hesab).

IV Bökmə. Ehtiyatlar və qısamüddətli maliyyə qoyuluşları üzrə arayış

5.1 Bu bölmənin 400-cü sətrinin 2-ci sütunu üzrə sorğulanan məlumat və I bölmənin 040-cı sətirinin 1-ci sütunundakı məlumat eyni olmalıdır.
5.2 410-cu sətirdə müəssisənin xammal, əsas və yardımçı iş materiallarının, yanacaq, satınalınmış yarımfabrikatlar və komplektləşdirici məmulatların, ehtiyat hissələrinin, taralar və digər material ehtiyatlarının qalıq məbləğləri (hesablar planının 10 saylı hesabında uçota alınır) əks etdirilir.
5.3 420, 421 və 422-ci sətirlərdə azqiymətli və tezköhnələn əşyaların (müəyyən olunmuş qaydada müvafiq dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən azqiymətli və tezköhnələn əşyalar, təsərrüfat inventarları, ümümi və xüsusi təyinatlı alət və ləvazimatlar və digər əmək vəsaitlərinin) müvafiq olaraq, ilk dəyəri, köhnəlməsi və qalıq dəyəri əks etdirilir (hesablar planının 12, 13 və 16-cı hesablarındakı məlumatlara əsasən).
5.4 430-cu sətirdə hazır məhsulun (istehsalı başa çatmış sınaqdan keçmiş və qəbul edilmiş məhsul) faktiki maya dəyəri göstərilir (hesablar planının 40 saylı hesabında uçota alınır).
5.5 440-cı sətirdə satmaq üçün alınmış malların alış qiymətilə dəyəri qeyd edilir (41 və 42-ci hesablardakı məlumatlar əsasında hesablanır).
5.6 450-ci sətirdə bitməmiş istehsal və başa çatdırılmamış işlər (xidmətlər) üzrə məsrəflərin həcmi əks etdirilir (hesablar planının 20, 21, 23, 26, 29, 30, 36 və 44-cü hesablarının məlumatları əsasında hesablanır).
5.7 460-cı sətrin məlumatları I bölmənin 60-cı «Qiymətli kağızlar» sətrindən (sütun 1) köçürülür.
5.8 461-ci sətirdə səhmdar cəmiyyətinin səhmdarlardan geri aldığı (satın aldığı) öz səhmlərinin dəyəri göstərilir.

V Bölmə. Tələblər və öhdəliklər üzrə arayış.

6.1 Hesabat formasının V bölməsində müəssisənin tələbləri və öhdəlikləri üzrə bəzi məlumatlar açıqlanır.
6.2 Bölmənin 1-ci sütununda tələblər və öhdəliklər üzrə hesablaşmaların hesabat dövrünün sonuna olan vəziyyəti əks etdirilir. 3-cü sütunda əvvəlki ilin eyni dövrü üzrə məlumatlar göstərilir.
6.3 2-ci və 4-cü sütunlarda ödənmə vaxtları keçmiş tələblərin və öhdəliklərin həcmləri əks etdirilir.
6.4 Bu bölmənin 500 və 540-cı sətirlərinin məlumatları (sütun 1 və 3) I bölmənin müvafiq olaraq 050 və 130-cu sətirlərinin 1 və 2-ci sütunlarından köçürülür.
6.5 510-cu sətirdə hesablar planının 45 saylı «Yüklənmiş mallar» hesabında uçota alınan məbləğ göstərilir.
6.6 520-ci sətirdə göndərmə və xidmətlər üzrə bütün mal alanların və sifarişcilərin borclarının (debitor borclarının) qalıqları göstərilir (hesablar planının 62 və 76 saylı hesabları üzrə). Bu sətirdə ödənişi müəssisənin hesablaşma (və ya digər) hesabına daxil olanadək sifarişçilərə (mal alanlara) göndərilən mallar (təqdim edilmiş iş və xidmətlər) tam faktiki maya dəyəri ilə, məhsulların yüklənməsi üzrə maliyyə nəticələri isə buraxılış və ya smeta dəyəri ilə göstərilir.
6.7 521-ci sətirdə göndərmə və xidmətlər üzrə kənar təşkilatların müəssisəyə olan debitor borcları haqqında məlumatlar əks etdirilir. Bu göstəricidə eyni tabecilikdə olan müəssisələrin (eyni nazirliyin, komitənin, şirkətin, konsernin, birliyin, xoldinq-şirkətin və sair bu kimi, müəssisə birliklərinin müəssisələri, idarələri, törəmə müəssisələri, filialları və müstəqil balansa malik olan digər struktur vahidləri) debitor borcları nəzərə alınmır. 521-ci sətir üzrə məlumatların hesablanması üçün 520-ci sətirdəki məbləğdən yuxarıda göstərilən (eyni tabeçilikdə olan) müəssisələrin debitor borcları çıxılır. Əgər belələri yoxdursa 521-ci sətirdə 520-ci sətrin məlumatları təkrarlanır.
6.8 530-cu sətirdə 510 və 520-ci sətirlərdə əks olunmamış digər tələblərin məbləği göstərilir və bu məbləğ 500-cü sətirdəki göstərici ilə 510 və 520-ci sətirlərdəki göstəricilərin cəmi arasındakı fərq kimi müəyyən edilir (sət.530=sət.500 - sət.510 - sət.520).
6.9 531-ci sətirdə büdcəyə artıq ödənilmiş vergilər, rüsumlar və s. ödəmələr üzrə borclar da daxil olmaqla müəssisənin maliyyə və vergi orqanları ilə hesablaşmaları əks etdirilir.
6.10 550-ci sətirdə bank-kredit təşkilatlarından alınmış qısamüddətli və uzunmüddətli (ödənmə müddəti bir ildən artıq olan) kreditlər üzrə razılaşdırılmış borcların məbləği göstərilir (hesablar planının 90 və 92 saylı hesabları üzrə).
6.11 560-cı sətirdə daxil olmuş maddi dəyərlilər, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə malsatan və podratçılara (sənədləşdirilməyən tədarükə görə malsatanlara olan borclar da daxil olmaqla) olan borclar əks etdirilir (hesablar planının 60 və 76 saylı hesabları üzrə).
6.12 561-ci sətirdə müəssisənin kənar təşkilatlara (kreditorlara) göndərmə və xidmətlər üzrə olan borcları haqqında məlumatlar əks etdirilir. Bu göstəricidə eyni tabecilikdə olan müəssisələrə (eyni nazirliyin, komitənin, şirkətin, konsernin, birliyin, xoldinq-şirkətin və sair bu kimi müəssisə birliklərinin müəssisələri, idarələri, törəmə müəssisələri, filialları və müstəqil balansa malik olan digər struktur vahidləri) olan borclar nəzərə alınmır. 561-ci sətir üzrə məlumatların hesablanması üçün 560-cı sətirdəki məbləğdən yuxarıda göstərilən (eyni tabeçilikdə olan) müəssisələrə olan borclar çıxılır. Əgər belələri yoxdursa 561-ci sətirdə 560-cı sətrin məlumatları təkrarlanır.
6.13 570-ci sətirdə Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq ödəniləcək məcburi sığorta məbləğlərinin, büdcədən kənar və digər xüsusi fondlara ayırmaların qalıqları, müəssisə işçilərindən tutulan gəlir vergisi də daxil olmaqla büdcəyə köçürüləsi bütün növ ödəmələr üzrə müəssisənin borcu göstərilir (hesablar planının 65, 67 və 68 saylı hesabları üzrə).
6.14 580-cı sətirdə 550, 560 və 570-ci sətirlərdə əks olunmamış digər öhdəliklərin məbləğləri əks etdirilir (sət.580=sət.540 - sət.550 - sət.560 - sət.570).
6.15 581-cı sətirdə hesablar planının 69 və 70 saylı hesablarınında əks etdirilən hesablanmış, lakin hələ ödənilməmiş əmək haqqı, işçilərin pensiya təminatı və dövlət sosial sığortası üzrə ayırmaların məbləği göstərilir.

VI Bölmə. Mal və xidmətlərin istehsalına çəkilmiş xərclər.

7.1 Bu bölmədə hesabat formasının II bölməsindən fərqli olaraq hesabat dövründə satılmış məhsulun yox, cəmi istehsal olunmuş mal və xidmətlərin istehsalına çəkilmiş (mal, material, yanacaq, enerji, əmək haqqı ödənişləri, sosial sığorta və amortizasiya ayırmaları və s.) cari xərclər barədə məlumatlar əks olunur.
7.2 600-cü sətrin məlumatları hesabat formasının II bölməsinin 210-cu sətrindəki məlumatlarla üst-üstə düşməyə bilər.
7.3 600-cü sətirdə göstərilən məbləğ 610, 620, 630, 640, və 650-ci sətirlərdə göstərilən məbləğlərin cəminə bərəbər olmalıdır.

VII Bölmə. Pul vəsaitlərinin hərəkəti.

8.1 Bu bölmədə müəssisəyə məxsus kassada, hesablaşma hesabında, ölkə ərazisində və xarici banklardkı valyuta hesablarında və başqa hesablarda olan pul vəsaitlərinin, asan satılan qiymətli kağızların, həmçinin ödəniş və pul sənədlərinin hərəkəti barədə məlumatlar əks etdirilir.
8.2 710-cu sətirdə heabat dövrü ərzində müəssisınin kassasına, hesablaşma, valyuta və digər hesablarına daxil olmuş pul vəsaitlərinin ümumi məbləği göstərilir. Bu göstərici hesablar planının 50, 51, 52, 55, 56, 57 və 58-ci hesablarının debetində əks olunmuş məlumatlar əsasında hesablanır. 710-cu sətirdəki göstərici 711-dən 716-dək sətirlərdəki göstəricilərin cəminə bərabər olmalıdır.
8.3 711-ci sətirdə əsas vəsaitlərin və sair aktivlərin satışından daxil olmuş pul vəsaitlərinin məbləği göstərilir.
8.4 712 -ci sətirdə alıcı və sifarişçilırdən alınmış avanslar üzrə daxilolmalar əks etdirilir.
8.5 713-cü sətirdə məqsədli tədbirlərin həyata keçirilməsi üçün digər müəssisələrdən, büdcədən, dövlət orqanlarından və sair mənbələrdən daxil olmuş vəsaitlərin məbləği göstərilir.
8.6 714-cü sətirdə təmənnasız verilmiş pul vəsaitlərinin məbləği göstərilir.
8.7 715-ci sətirdə müəssisınin aldığı uzun və qısamüddətli kreditlər və borclar hesabına daxilolmalar əks etdirilir.
8.8 716-cı sətirdə 711-715-ci sətirlədə göstərilməmiş pul vəsaitlərinin sair daxilolması əks olunur.
8.9 720-ci sətirdə heabat dövrü ərzində müəssisınin kassasına, hesablaşma, valyuta və digər hesablarından məxaric edilmiş pul vəsaitlərinin ümumi məbləği göstərilir. Bu göstərici hesablar planının 50, 51, 52, 55, 56, 57 və 58-ci hesablarının kreditində əks olunmuş məlumatlar əsasında hesablanır. 720-ci sətirdəki göstərici 721-dən 728-dək sətirlərdəki göstəricilərin cəminə bərabər olmalıdır.
8.1 721-ci sətirdə daxil olmuş maddi dəyərlilər, yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər üzrə malsatan və podratçılara ödənilmiş vəsaitlərin məbləği göstərilir.
8.1 722-ci sətirdə müəssisənin siyahı sayına daxil olan və olmayan işçilərin əməyinin ödənilməsi üzrə istifadə olunmuş pul vəsaitinin məbləği göstərilir.
8.1 723-cü sətirdə işçilərin sosial sığortası və sosial təminatına xərclənmiş vəsaitlərin məbləği qeyd edilir.
8.1 724-cü sətirdə tədarük olunacaq sərvətlər, yaxud yerinə yetiriləcək işlər və xidmətlərə, həmçinin qismən hazır olduqca qəbul edilən məhsulların, işlərin, xidmətlərə görə avans şəklində verilmiş pul vəsaitlərinin məbləği əks etdirilir.
8.1 725-ci sətirdə torpaq sahələrinin, təbiətdən istifadə obyektlərinin, ayrı-ayrı əsas vəsaitlərin və geyri-maddi aktivlərin əldə edilməsi, əsas vəsait obyektlərinin inşası, müəssisənin əsas vəsaitlərinin əsaslı təmiri və sair bu kimi kapital qoyuluşlarının məbləği göstərilir.
8.1 726-cı sətirdə verilmiş dividendlər və alınmış bank kreditləri üzrə ödənilmiş faizlərin məbləği əks olunur.
8.1 727-ci sətirdə büdcəyə ödənilmiş vergi və rüsumların məbləği göstərilir.
8.1 728-cı sətirdə 721-727-ci sətirlədə öz əksini tapmamış digər ödəniş və köçürmələrin məbləği göstərilir.

VIII Bölmə. Xarici valyuta şəklində olan vəsaitlərin hərəkəti.

9.1 Hesabat formasının bu bölməsində müəssisənin (təşkilatın) ölkə ərazisində və xarici banklardkı valyuta hesablarında və nəğd pul şəklində kassasında olan xarici valyutanın hərəkəti (mədaxil və məxarici) barədə məlumatlar göstərilir.
9.2 810-cu sətirdə müəssisənin kassasına, ölkə ərazisində və xarici banklardkı valyuta hesablarına xarici valyuta şəklində daxil olmuş 820-ci sətirdə isə hesabat dövrü ərzində müəssisə tərəfindən xərclənmiş valyuta vəsaitlərinin məbləği göstərilir.

IX Bölmə. MDB və digər xarici ölkələrin müəssisələri ilə qarşılıqlı hesablaşmalar.

10.1 Hesabat formasının IX bölməsində müəssisənin xarici ölkələrin müəssisələrinə tələbləri və onların qarşısında olan öhdəliklərin məbləği barədə məlumatlar əks etdirilir.
10.2 Bölmənin «A» sütununda ölkələrin adları, «B» sütununda isə ölkənin «Dünya ölkələri təsnifatı» (DÖT) üzrə kodu yazılır.
10.3 «B» sütunu hesabatı qəbul edən yerli statistika orqanının mütəxəssisləri tərəfindən doldurulur.
10.4 Bölmənin 1-ci sütununda tələblər və öhdəliklər üzrə hesablaşmaların hesabat dövrünün sonuna olan vəziyyəti əks etdirilir. 3-cü sütunda əvvəlki ilin eyni dövrü üzrə məlumatlar göstərilir.
10.5 2-ci və 4-cü sütunlarda ödənmə vaxtları keçmiş tələblərin və öhdəliklərin həcmləri əks etdirilir.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi