Dövlət Statistika Komitəsi haqqında


1.Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun 2009-cu il tarixli, 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
2.“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinə dəyişikliklər nəzərə alınmaqla mövcud və təklif olunan redaksiyaların müqayisəli cədvəli
Layihə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
F Ə R M A N I

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun 2009-cu il tarixli, 115 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli, 246-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr tarixli, 549 nömrəli Fərmanının 1.1. bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2009, № 6, maddə 427, 2010, № 4, maddə 290, 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
  • 1. Aşağıdakı məzmunda 8.3-1-ci bənd əlavə edilsin:
    8.3-1. statistikanın strateji inkişafına dair çoxillik dövlət proqramlarını hazırlamaq və müvafiq qaydada təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;”.
  • 2. Aşağıdakı məzmunda 8.5-1-ci bənd əlavə edilsin:
    “8.5-1. statistikanın strateji inkişafına dair çoxillik dövlət proqramlarının yerinə yetirilməsinə dair illik hesabatı Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;”.
  • 3. Aşağıdakı məzmunda 8.8-1-ci bənd əlavə edilsin:
    “8.8-1. texniki-iqtisadi məlumatların dövlət təsnifatlarının, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlərin, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydalarının, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatların, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlərin normativ hüquqi aktların dövlət reyestrinə daxil edilməsini təmin etmək;”.
  • 4. 9.6-cı bənddən (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə rəsmi statistikanın aparılması qaydaları istisna olmaqla) sözləri çıxarılsın.
  • 5. 9.13-cü bəndi aşağıdakı məzmunda verilsin:
    “bağlanmış müqavilələr əsasında və statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanlarının topladıqları, işlədikləri və özlərinin məlumat bazalarında yerləşdirdikləri inzibati məlumat mənbələrindən, məlumatlar registrlərindən və digər fayllardan rəsmi statistika materiallarının hazırlanması üçün istifadə etmək;”.
  • 6. Aşağıdakı məzmunda 14.1-1-ci bənd əlavə edilsin:
    “14.1-1. Dövlət Statistika Komitəsi yanında Statistika Şurasına sədrlik edir;”.
  • 7. 19-cu bəndin üçüncü cümləsində “sərəncamları” sözü “qərarları” sözü ilə əvəz edilsin.
  • İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti

yuxarı>>

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərman layihəsinə dəyişikliklər nəzərə alınmaqla mövcud və təklif olunan redaksiyaların müqayisəli cədvəli

Sıra №-si Maddənin və abzasın sayı Mövcud redaksiya Təklif olunan redaksiya
A 1 2 3
1. 8.3-1-ci bənd -- statistikanın strateji inkişafına dair çoxillik dövlət proqramlarını hazırlamaq və müvafiq qaydada təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
2. 8.5-1-ci bənd -- statistikanın strateji inkişafına dair çoxillik dövlət proqramlarının yerinə yetirilməsinə dair illik hesabatı Azərbaycan Respublikasının Preziden-tinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
3. 8.8-1-ci bənd -- texniki-iqtisadi məlumatların dövlət təsnifatlarının, dövlət statistika müşahidələrinin formaları və onların doldurulmasına dair göstərişlərin, statistik göstəricilərin formalaşdırılması və hesablanması qaydalarının, dövlət statistika müşahidələrinin təşkil edilməsinə və aparılmasına dair təlimatların, idarə hesabat formaları və onların doldurulmasına dair göstərişlərin normativ hüquqi aktların dövlət reyestrinə daxil edilməsini təmin etmək;
4. 9.6-cı bənd statistik hesabat formalarının təsdiq edilməsi və təkmilləşdi-rilməsi üzrə işləri əlaqələndirmək, rəsmi statistika hesabatı formalarını işləyib hazırlamaq, onların toplanması müddətləri-ni və qaydalarını (ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə rəsmi sta-tistikanın aparılması qaydaları istisna olmaqla) müəyyənləş-dirmək, əhəmiyyətini itirmiş rəsmi statistika hesabatlarını ləğv etmək; statistik hesabat formalarının təsdiq edilməsi və təkmilləşdirilməsi üzrə işləri əlaqələndirmək, rəsmi statistika hesabatı formalarını işləyib hazırlamaq, onların toplanması müddətlərini və qaydalarını müəyyənləşdirmək, əhəmiyyətini itirmiş rəsmi statistika hesabatlarını ləğv etmək;
5. 9.13-cü bənd bağlanmış müqavilə əsasında, müvafiq icra hakimiyyəti orqanlarının məlumat bazalarındakı statistik məlumatdan istifadə etmək; bağlanmış müqavilələr əsasında və statistik vahidlərdən alınan məlumat yükünü azaltmaq, onların yığılmasında təkrarçılığa yol verməmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanlarının topladıqları, işlədikləri və özlərinin məlumat bazalarında yerləşdirdikləri inzibati məlumat mənbələrindən, məlumatlar registrlərindən və digər fayllardan rəsmi statistika materialları-nın hazırlanması üçün istifadə etmək;
6. 14.1-1-ci bənd -- Dövlət Statistika Komitəsi yanında Statistika Şurasına sədrlik edir;
7. 19-cu bəndin 3-cü cümləsi Bir qayda olaraq, kollegiya qərarları, sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir. Bir qayda olaraq, kollegiya qərarları, sədrin əmrləri və qərarları ilə həyata keçirilir.
 
Qeyd: kursivlə göstərilən şriftlər qanundan çıxarılan sözləri və ya cümlələri, qara şriftlər isə qanuna əlavə edilən sözləri və ya cümlələri göstərir.

yuxarı>>


The State Statistical Committee of the Republic of Azerbaijan

İrad və təklifləriniz

Adınız:    

Atanızın adı:    

Soyadınız:    

İş yeriniz:    

Elektron poçt ünvanınız:    

Təklifləriniz:    


Diqqət! Sətirləri tam və düzgün doldurmağınızı xahiş edirik.

© Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi