| Statistik məlumatların istifadəçiləri üçün>> |
| Statistik məlumatların istifadəçiləri üçün keçiriləcək seminarlar Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən aparılacaqdır. Əgər bir ay ərzində eyni mövzu üzrə sorğu edənlərin sayı üç nəfərdən az olarsa bu cür istifadəçilər üçün məsləhət saatı müəyyənləşdirilir və istifadəçiyə bu haqda elektron poçt vasitəsi ilə məlumat verilir. Sorğu edənlərin sayı 3 nəfərdən çox olarsa sminar və ya treninq günü müəyyənləşdirilərək istifadəçilərə bu haqda məlumat verilir. Seminarlar Sizə çox böyük həcmdə göstəricilərə malik olan statistik məlumatları öz işinizdə səmərəli tətbiq etməyə, statistik nəşrlərdə, veb səhifədə sizə lazım olan göstəricilərin axtarışını asanlaşdırmağa və statistik göstəricilərin hesablanma metodologiyaları haqqında məlumat almağa yardım edə bilər. Seminarın mövzusunu menyu vasitəsi ilə də seçmək olar. Daxil olmuş sorğular xidmətlər bölməsi tərəfindən qeydə alınaraq sənəd dövriyyəsi sisteminə daxil edilir və kargüzarlığın tələblərinə uyğun olaraq icra olunur. Seminarlarda iştirak etmək istəyənlər təqdim olunan blankı doldurmalıdirlar.Əlavə məlumatları 5381013, 5389376 telefonları vasitəsi ilə ala bilərsiniz Seminarların keçirilmə yeri: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 3-cü mərtəbə, Treyninq zalı
Sorğu üçün tələb olunan məlumat: |