Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03120263
Hesabatın adı
          1–Sərhəd №-li forma (Ölkəyə gələn və gedən şəxslərın sayına dair hesabat)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 24 noyabr 2014-cü il tarixli 35/13 № qərar ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Ölkəyə gələn və gedən şəxslərin sayı haqqında
Dövriliyi
           Aylıq, Yarım illik, İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Dövlət Sərhəd Xidməti (DSX) hesabat dövründən sonra 30 gün müddətində
Müşahidə dairəsi
          Ölkənin bütün sərhəd-keçid məntəqələri
Uçot vahidi
          Ölkə sərhəddini keçən şəxs
İstifadə olunduğu sahə
          Turizm statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2275
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi Azərbaycana gələn xarici ölkə vətəndaşlarının ölkələr üzrə sayı və xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının ümumi sayı haqqında məlumatın əldə olunmasıdır. Gəlmə və getmə turizmə dair statistik müayinə zamanı bu məlumatlardan baş məcmu kimi istifadə olunur. Hesabat 2014-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
Məlumatların toplanması forması
          Məlumatlar sərhəd keçid məntəqələrində avtomatlaşdırılmış sistem əsasında toplanılır və DSX tərəfindən yekunlaşdırılaraq Dövlət Statistika Komitəsinə təqdim edilir.
Hazır olma vaxtı
          22 fevral, 22 avqust
Keyfiyyətə nəzarət və baxış
          Təqdim olunmuş hesabat yoxlanılır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər BMT-nin Statistika şöbəsinin tövsiyyələri və Dünya Ölkələri Təsnifatı əsasında hazırlanmışdır.
Göstəricilərin izahı
          1-sərhəd №-li hesabatda ölkəyə gələn xarici vətəndaşların sayı və xaricə gedən ölkə vətəndaşlarının sayı haqqında məlumatlar göstərilir. Rəsmi olaraq ölkədən çıxan vətəndaşların, yaxud ölkəyə gələn xarici vətəndaşların qeydiyyatının aparıldığı ölkə sərhəd keçid məntəqələrində toplanır. Formal olaraq pasport nəzarəti məntəqələrindən keçərək ölkəyə gələnlər tranzit səyahətçilər adlanır və onlar gələnlərin sayına daxil edilmir. Tranzit-bu ölkədən tranzitlə səyahət edən və pasport nəzarəti məntəqələrindən keçərək ölkəyə gəlmək və bir neçə saatdan bir neçə günədək qalmaq hüququna malik olan xarici vətəndaşlardır (gələnlərdir).
Təsnifatlar
          İnzibati ərazi bölgüsü təsnifatı, 2024
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          İllik və yarımillik məlumatların müqayisəsi zamanı müəyyənləşdirilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik işlər proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Registr , Miqrasiya və gender statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda turizm
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron