Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03119120
Hesabatın adı
          1 - yeni iş yeri (YENİ AÇILMIŞ İŞ YERLƏRİNİN SAYI HAQQINDA)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 04 iyun 2012-ci il tarixli 31/2 saylı qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Müxtəlif mülkiyyət növlərindən olan hüquqi və fiziki şəxslər tərəfindən yaradılmış yeni iş yerləri haqqında
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  hesabat rübündən sonrakı ayın 20-dək
Müşahidə dairəsi
          Yeni iş yerləri açılmış bütün hüquqi və fiziki şəxslər, bələdiyyələr, ərazi nümayəndəlikləri
Uçot vahidi
          Yerli vahid , Hüquqi şəxs
İstifadə olunduğu sahə
          İşçi qüvvəsinin tədqiqatı statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-61-21; (012) 377- 10-70 / daxili 22-08
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi respublikada açılmış yeni iş yerləri haqqında məlumatların toplanmasıdır. Hesabat 2004-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan), Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          May, avqust, noyabr və fevral aylarının birinci dekadasında
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formaları mexaniki formada yoxlanılır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramlarının icrası ilə əlaqədar respublikada yaradılmış yeni iş yerləri haqqında məlumatın əhəmiyyəti nəzərə alınaraq hesabat forması tərtib olunmuşdur.
Göstəricilərin izahı
          Hesabatda olan göstəricilərin izahı 1-yeni iş yeri “Hesabatın tərtib edilməsinə dair tövsiyələr”də verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədlər üzrə təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin həmin ilin əvvəlki rüblərinin məlumatları ilə yekun məlumatların müqayisəsi zamanı aşkar edilir. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparılır, buna görə də seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          İşçi qüvvəsinin tədqiqatı statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Əmək bazarı, Yeni iş yerləri
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Elektron