Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03109071
Hesabatın adı
          1-fərdi sahibkarlıq (sərnişin) (Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin fəaliyyəti haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 121/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin fəaliyyəti haqqında
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  fərdi sahibkarlar fevral ayın 24-dək
Müşahidə dairəsi
          Hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Uçot vahidi
          Yerli vahid
İstifadə olunduğu sahə
          Nəqliyyat statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70, daxili 2234
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin (fərdi sahibkarların hüquqi şəxs statusu olmayan) fəaliyyəti haqqında məlumatların toplanmasıdır.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Yerli vahid (hüquqi şəxs statusu olmayan)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatın elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          mart ayının 31-dək
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısa müddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir.
Göstəricilərin izahı
          “Sərnişin daşınması ilə məşğul olan fərdi sahibkarın-fiziki şəxsin fəaliyyəti haqqında” 1 №-li fərdi sahibkarlıq (sərnişin) illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 04 noyabr tarixli 121/09 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı xüsusi qeydiyyat kitabında aparılır və səhvlər aşkarlandıqda müvafiq düzəlişlər edilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirilir.
Digər sahələrlə əlaqəsi
          Cari və illik hesabatlar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda nəqliyyat
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Kağız, elektron