Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106037
Hesabatın adı
          1-İstilik (İstilik enerjisi ilə təchizolunmaya dair) illik rəsmi statistika hesabatı forması.
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 25 fevral 2013-cü il tarixli 7/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          İstilik enerjisi ilə təchizolunmaya dair
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Fevral ayının 5-dən gec olmayaraq
Müşahidə dairəsi
          Əhalinin və kommunal müəssisələrinin (büdcədən maliyyəşən təşkilatlar da daxil edilməklə) istilik enerjisi və isti su ilə təchiz edilməsini həyata keçirən hüquqi şəxslər və onların bu sahə üzrə ixtisaslaşmış bölmələri
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası , Energetika statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi əhalinin və kommunal müəssisələrinin (büdcədən maliyyəşən təşkilatlarda daxil edilməklə) istilik enerjisi və isti su ilə təchiz edilməsinə dair məlumatların toplanmasıdır. Hesabat 2013-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          İlkin məlumatlar hesabat dövründən sonra may ayının 13-ü, dəqiqləşmiş məlumatlar hesabat dövründən sonra iyul ayının 30-u
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          1-İstilik (İstilik enerjisi ilə təchizolunmaya dair) illik rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Energetika statistikası           
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda tikinti, Regionların sosial-iqtisadi inkişafı
Nəşr:bülleten
          Su və istilik təsərrüfatı müəssisələrinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron