Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106029
Hesabatın adı
          2-əsaslı tikinti №-li forma (Tikili və obyektlərin tikintisi haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 iyun 2013-cü il tarixli 78/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikili və obyektlərin tikintisi haqqında
Dövriliyi
           Aylıq
Təqdim olunma muddəti
          Kiçik olmayan sahibkarlıq subyektləri   Nazirlik, komitə, şirkət, səhmdar cəmiyyətlər icmal hesabatı hesabat ayından sonrakı ayın 5-ci iş günündən gec olmayaraq.
Müşahidə dairəsi
          Əsas kapitala yönəldilmiş investisiyalardan mərkəzləşdirilmiş qaydada istifadə edən nazirlik, komitə, şirkət, səhmdar cəmiyyətlər; tikili və obyektlərin tikintisini həyata keçirən bütün sifarişçi müəssisə və təşkilatlar
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabatın əsas məqsədi tikili və obyektlərin tikintisi ilə bağlı məlumatların toplanmasıdır. Hesabat 2013-cü ildən tətbiq olunur.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Bütün müəssisələr
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          İlkin məlumatlar hesabat dövründən sonrakı ayın 7-ci iş günü, dəqiqləşmiş məlumatlar hesabat dövründən sonrakı ayın 12-si.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq proqram təminatında nəzarət müqayisə cədvəlləri hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Göstəricilərin izahı 2-əsaslı tikinti (Tikili və obyektlərin tikintisi haqqında) aylıq rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2019, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ayla, ötən ilin müvafiq ayı ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          Ictimaiyyətlə əlaqələr , Sənaye statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda tikinti
Nəşr:bülleten
          Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri, Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri
Arxivləşdirmə
          Kağız, elektron