Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03106019
Hesabatın adı
          1-tikinti (Nəqliyyat vasitələri) №-li forma (Tikintidə istifadə olunan texnoloji-mexaniki nəqliyyat vasitələri, qurğu və avadanlıqların sayı haqqında)
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 avqust 2023-cü il tarixli 38/14 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Tikintidə istifadə olunan texnoloji-mexaniki nəqliyyat vasitələri, qurgu və avadanlıqların sayı haqqında məlumatlar
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  fevral ayının 20-dən gec olmayaraq yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real vaxt rejimində təqdim edilir
Müşahidə dairəsi
          Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq balansında tikintidə istifadə olunan texnoloji-mexaniki nəqliyyat vasitələri, qurğu və avadanlıqları olan hüquqi şəxslər.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Tikinti statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 377 10 70 (daxili 2210)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Müəssisənin balansında uçota alınan bütün texnoloji-mexaniki nəqliyyat vasitələri, qurğu və avadanlıqların ilin sonu vəziyyətinə sayı barədə məlumatlar toplanılır.
İstifadəçilər
          Dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat kağız və elektron sənəd formasında təqdim oluna bilər. Hesabatı elektron təqdimatı www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
Hazır olma vaxtı
          20 fevral
Keyfiyyətə nəzarət və baxış
          Hesabat məlumatlarının yoxlanması üçün müvafiq məntiqi nəzarət proqram təminatları hazırlanmışdır.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Hesabatda olan göstəricilər qısamüddətli biznes statistikaya dair metodologiyalar əsasında tərtib olunmuşdur. Hesabat Avropa İttifaqının 58/97 və 295/2008 nömrəli göstərişləri əsasında Avrostat tərəfindən müəyyənləşdirilmiş göstəriciləri əhatə edir və müvafiq metodoloji vəsaitlərdən istifadə olunur.
Göstəricilərin izahı
          Hesabatdakı göstəricilərin izahı 1-tikinti (Nəqliyyat vasitələri) №-li illik rəsmi statistika hesabatı formasının tərtib edilməsinə dair göstərişdə verilmişdir.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Xətalar hesabatı təqdim edən statistik vahidin əvvəlki ilin eyni dövrü ilə və yekun məlumatın müqayisəsi zamanı aşkar olunur. Xətaların qeydiyyatı aparılmır və səhvlər aşkarlandıqda düzəldilir.
Seçmə xətası
          Müşahidələr başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Hesabat məlumatlarının toplanması Statistik İşlər Proqramına əsasən həyata keçirlir.
Digər sahələrlə əlaqəsi
          
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanda tikinti
Nəşr:bülleten
          Əsas kapitala yönəldilmiş investisiyalar və tikintinin əsas göstəriciləri
Arxivləşdirmə
          Kağız, elektron