Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03102113
Hesabatın adı
          2-əmək №-li forma (Əmək şəraiti haqqında) rəsmi statistika hesabatı
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 20 iyul tarixli 28/06 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Əmək şəraitinin vəziyyəti, Əlverişli olmayan əmək şəraitində çalışan işçilərin əməyinin ödənilməsində təyin olunmuş güzəşt və kompensasiyalar və digər göstəricilərə dair məlumatlar əldə edilir.
Dövriliyi
           İllik
Təqdim olunma muddəti
          Bütün sahibkarlıq subyektləri  Hesabatı sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələri üzrə fəaliyyət göstərən bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri) mart ayının 15-dək
Müşahidə dairəsi
          Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq sənaye, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələri üzrə fəaliyyət göstərən bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri)
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          İşçi qüvvəsinin tədqiqatı statistikası, Əmək statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)538-61-21; (012) 377- 10-70 / daxili 22-08
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Muzdla işləyənlərin əmək şəraiti haqqında lazımi məlumatları əldə etmək və istifadəçilərə çatdırmaqdır. Hesabat 1993-cü ildən tətbiq olunub.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Müvafiq rayonun (şəhərin) statistika orqanına və ya elektron hesabatı (məlumatı) www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edir.
Hazır olma vaxtı
          Hesabat dövründən sonrakı ilin may ayında
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          Əmək məcəlləsi, Milli və Beynəlxalq Əmək Təşkilatının Metodoloji göstərişləri.
Göstəricilərin izahı
          2-əmək №-li forma (Əmək şəraiti haqqında) rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş.
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi fəaliyyət növləri təsnifatı, Nəqliyyat statistikası üçün yük təsnifatı, 2007, Ev təsərrüfatlarına xidmət göstərən qeyri-kommersiya təşkilatlarının məqsədlər üzrə təsnifatı
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Əvvəlki ilin hesabat məlumatları ilə müqayisə zamanı mövcud xətalar aşkar edilir və düzəlişlərin aparılması təmin edilir.
Seçmə xətası
          Seçmə aparılmır, statistik vahidlər başdan-başa cəlb olunur.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          Statistikanın təşkili , İşçi qüvvəsinin tədqiqatı statistikası, Əmək statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan, İngilis
Nəşr:yekunlar
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Əmək bazarı
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Elektron