Hesabat forması haqqında inzibati məlumatlar
 
Kodu
          03101002
Hesabatın adı
          "Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında" 1-invest №-li (rüblük) rəsmi statistika hesabatı forması
Təsdiq olunma tarixi
          Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 14 yanvar 2016-cı il tarixli, 1/08N-li qərarı ilə təsdiq edilmişdir.
Qısa məzmunu
          Xarici investisiyalar və xidmətlər üzrə əməliyyatlar haqqında.
Dövriliyi
           Rüblük
Təqdim olunma muddəti
          Kiçik sahibkarlıq subyektləri  hesabat dövründən sonra 20 gün ərzində.
          Kiçik olmayan sahibkarlıq subyektləri   hesabat dövründən sonra 20 gün ərzində.
          Bütün sahibkarlıq subyektləri  hesabat dövründən sonra 20 gün ərzində.
Müşahidə dairəsi
          Xarici ölkələrdən investisiya alan və xarici ölkələrə investisiya yönəldən bütün müəssisə və təşkilatlar, konsern və birliklər,habelə xarici investisiyalı müəssisələr.
Uçot vahidi
          Hüquqi şəxs
İstifadə olunduğu sahə
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
Cavabdeh şöbənin əlaqə nömrəsi
          (012)377-10-70 (2204)
 
Hesabatın məqsədi və istifadə sferası
 
Məqsəd və tərtib tarixi
          Hesabat üzrə məlumatlar ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələr, onların filial və nümayəndəlikləri, habelə xarici investisiyalar cəlb edən və xarici ölkələrə investisiya yönəldən, qeyri-rezidentlərin xidmətlərindən istifadə edən və onlara xidmət göstərən bütün müəssisə və təşkilatlar tərəfindən rüblük dövriliklə hesabat formasının üzərində göstərilən müddətdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir.
İstifadəçilər
          Milli hesablar sistemi, dövlət orqanları, sahibkarlar, tədqiqatçılar, müəllim və tələbələr, beynəlxalq təşkilatlar, digər istifadəçi qruplar
 
Statistik məhsul üçün məlumat işlənməsi
 
Məcmu
          Müvafiq siyahı əsasında
Məlumat mənbələri
          Hüquqi şəxslər (müəssisə)
Məlumatların toplanması forması
          Hesabat www.stat.gov.az internet səhifəsində real-vaxt rejimində təqdim edilir.
Hazır olma vaxtı
          Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Keyfiyyətə nəzarət və baxış
          Hesabat formalarının yoxlanması üçün müvafiq proqram təminatı fəaliyyət göstərir.
 
Konsepsiya və təsnifatlar
 
Əsas konsepsiya
          1-invest №-li (rüblük) rəsmi statistika hesabatı forması “Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici investisiyalar və qeyri-rezidentlərlə xidmətlər üzrə apardıqları əməliyyatlarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
Göstəricilərin izahı
          Birbaşa investor - müəssisənin sahibi olan, yaxud onun səhmlərinin və ya nizamnamə kapitalının 10 faizdən az olmayan hissəsinə nəzarət edən və müəssisənin yerləşdiyi ölkənin rezidenti olmayan fiziki və ya hüquqi şəxsdir. Birbaşa investisiya – müəssisə və onun birbaşa investoru (birbaşa investorları) arasında bütün maliyyə əməliyyatlarını əhatə edir. Birbaşa investisiyaları əks etdirən maliyyə əməliyyatları əsasən aşağıdakılardır: a) səhm və payların alqı-satqısı; b) bölüşdürülməmiş gəlirlərin reinvestisiya edilməsi; c) müəssisələrarası borclar (debitor və kreditor borcları, maliyyə kreditləri və digər borc öhdəlikləri).
Təsnifatlar
          Mülkiyyət növlərinin statistik təsnifatı, İqtisadi rayonların bölgüsü, İnzibati ərazi bölgüsü təsnifatı, 2024, İqtisadi fəaliyyət növləri təsnifatı, İqtisadiyyatın institusional sektorlarının təsnifatı , Qitələr və coğrafi regionların siyahısı, Dünya ölkələri
 
Xətalar və uyğunsuzluqlar
 
Məlumatların xətaları
          Yekun məlumatlar üzrə xüsusi Excel funksiyalarının köməyi ilə əvvəlki rübün hesabat məlumatları valyuta, ölkə, sətir kodu və məbləğ göstəriciləri üzrə müqayisə edilərək aşkar olunan uyğunsuzluqlar aradan qaldırılır.
Seçmə xətası
          Ölkə, valyuta növü, əməliyyatların həcminin böyüklüyü və s. məlumatlar üzrə məntiqi yoxlamalar nəticəsində aşkarlanan səhvlər statistik vahidlərlə aydınlaşdırılaraq aradan qaldırılır.
 
Vaxtında toplama və digər sahələrlə əlaqəsi
 
Vaxtlılıq
          Statistik işlər planına uyğun olaraq hesabat məlumatlarının toplanması vaxtı müəyyən edilir.
Digər sahələrlə əlaqəsi
          Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası
 
Məlumatların əldə olunması
 
İnternet ünvanı
          www.stat.gov.az
Hesabat dili
           Azərbaycan
Nəticə dili
           Azərbaycan
Nəşr:yekunlar
          
Nəşr:bülleten
          
Arxivləşdirmə
          Elektron