Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İaşə dövriyyəsi
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Xidmət statistikası şöbəsinin Turizm və iaşə statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Rauf Əliyev
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Xidmət statistikası şöbəsi müdirinin müavini
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  rauf.aliyev@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (012)377-10-70, daxili 2275
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  03.12.2013
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 03.12.2013
2.3Metaməlumatların son yenilənməsi tarixi 10.11.2020
3Statistik təqdimat  
3.1Məlumatların izahı . İctimai iaşənin dövriyyəsi iaşə şəbəkələri vasitəsi ilə əhaliyə, əsasən satışın (təqdim etmənin) həyata keçirildiyi yerdə istehlak üçün, satılmış öz istehsalı olan kulinariya məhsullarının (təamların, yarımfabrikatların) və kənardan alınaraq emal olunmadan satılmış un və şirniyyat məmulatlarının, çörəyin, digər kulinariya məhsullarının, içki və tütün məmulatlarının dəyəri (ƏDV və aksizlər daxil edilməklə) ilə ölçülür.
3.2Təsnifat sistemi  İqtisadi Fəaliyyət növlərinin Təsnifatı, Mülkiyyət Növlərinin Təsnifatı, İnzibati-ərazi bölgüsü Təsnifatı 2024 https://stat.gov.az/menu/5/classifications/
3.3Əhatə edilən sektor  Göstəricinin hesablanmasında İqtisadi Fəaliyyət Növlərinin təsnifatı üzrə iqtisadiyyatın İ-Yaşayışın təşkili və ictimai iaşə seksiyası əhatə olunur.
3.4Statistik anlayışlar və təriflər  İctimai iaşə müəssisələri tərəfindən əhalinin sifarişi ilə evlərə, müəssisələrin və fərdi sahibkarların sifarişi ilə iş yerlərinə, quru yol su və hava nəqliyyatının marşrutu üzrə nəqliyyat müəssisələrinə çatdırılan, sosial sfera müəssisələrinə (məktəblər, xəstəxanalar, qocalar evləri və s.), dəyəri əmək haqqından tutulmaqla müəssisə və təşkilatların işçilərinə, ziyafətlərin təşkili və s. üçün təqdim edilən (satılan) kulinariya məhsullarının və digər malların dəyəri həmçinin ictimai iaşə dövriyyəsinə daxil edilir. . İctimai iaşənin dövriyyəsi iaşə şəbəkələri vasitəsi ilə əhaliyə, əsasən satışın (təqdim etmənin) həyata keçirildiyi yerdə istehlak üçün, satılmış öz istehsalı olan kulinariya məhsullarının (təamların, yarımfabrikatların) və kənardan alınaraq emal olunmadan satılmış un və şirniyyat məmulatlarının, çörəyin, digər kulinariya məhsullarının, içki və tütün məmulatlarının dəyəri (ƏDV və aksizlər daxil edilməklə) ilə ölçülür.
3.5Statistik vahid İaşə xidməti göstərən bütün hüquqi və fiziki şəxslər
3.6Statistik məcmu  Bütün iaşə müəssisələri
3.7İstinad zonası  Göstəriciyə dair məlumatlar statistik vahidlərin reyestrdə mövcud olduğu ərazi üzrə təqdim olunmuş məlumatlara əsaslanır.
3.8Vaxt əhatəliyi  Bu göstərici 1995-ci ildən hesablanır və bu həmin ildən başlayan dinamika sıraları mövcuddur.
3.9Baza dövrü  Bu göstərici üzrə baza dövrü təlabatdan asılı olaraq dəyişir
4Ölçü vahidi  Min manat
5Hesabat dövrü  Aylıq, rüblük aylıq-hesabat ayından sonrakı ayın 5-ci iş gününün birinci yarısınadək; rüblük-hesabat rübündən sonrakı ayın 20-dək.
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   Aylıq, Rüblük
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Hazırlanmır
10.2Nəşrlər  “Azərbaycanda turizm ” adlı statistik məcmuəsi.
10.3Onlayn məlumat bazası  İaşə dövriyyəsi haqqında göstərici 12–xidmət №-li hesabata əsasən əldə edilir, və bu hesabat online şəkildə doldurulur. Hazır cədvəllər bu linkdə mövcuddur - https://www.azstat.org/portal/tblInfo/TblInfoList.do;JSESSIONID=68A421E1F43C46BAB48D340544F8A191#
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır).
10.6Metodologiya üzrə sənədlər  Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir: əhaliyə göstərilən pullu xidmətlərin həcminin tam hesablanmasına dair metodoloji izah və “Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında” 12-xidmət №-li aylıq/rüblük rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində İSO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2008 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin İSO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunluğun kənar auditi (sertifikatlaşdırma auditi) keçirilmiş və “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı əldə edilmişdir.http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik biznes-prosesin ümumi modeli” tətbiq edilir. “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi üzrə statistik proseslərin idarə olunmasının təsviri hazırlanmışdır https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/service/1-xidmet_sb.pdf İldə 1 dəfədən az olmamaq şərtilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmiş, ekspertlərin tövsiyələrinə uyğun olaraq statistika sisteminin təkmilləşdirilməsi işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən «Audit proqramı» əsasında bütün şöbələrdə daxili auditlər həyata keçirilir. Auiditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir şöbə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı keçirir. Dövlətstatkomun sistemində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il kompleks təhlil hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən və eləcə də ildə 1 dəfədən az olmamaq şərtilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlətstatkomun fəaliyyətinin “Keyfiyyətin idarəetmə sistemləri. Tələblər” İSO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəf hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyyətinin (əməkdaşların) yavaş adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İldə bir dəfə turizm və iaşə statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. istifadəçilər nazirlik, idarə və təşkilatlar, həmçinin, ali təhsil müəssisələri kitabxanalar və beynəlxalq təşkilatlardır.
12.2İstifadəçi məmnunluğu istifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölüməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3Dolğunluq  Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur göstəricilərin hər hansı bir dövr üzrə hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır. https://www.stat.gov.az/menu/7/
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Tətbiq edilmir.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir.
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkə və regionlar üzrə göstərici hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Yekun məlumatlar 1995-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3Sahələrarası uyğunluq  Digər sahələrlə uyğunluğu yoxdur
15.4Daxili uyğunluq  Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur.
16Xərc və yük  Respondentlər tərəfindən məlumatların daxil edilməsinə orta hesabla 15 dəqiqə vaxt sərf edilir. Respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, istehsal xərclərinin, eləcə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir. Bu sahədə şöbə "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya"ya əsasən fəaliyyət göstərir. https://www.stat.gov.az/menu/2/quality/
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır.Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Yenidən baxılma həyata keçirilmir.
18Statistik emal 
18.1İlkin məlumatlar İlkin məlumatlar başdan-başa müayinə olmaqla, 12-xidmət nömrəli rəsmi statistika hesabatı forması əsasında toplanılır
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar aylıq, rüblük dövriliklə toplanılır.
18.3Məlumatların toplanması  Məlumatlar onlayn rejimdə əldə olunur. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxalnması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılmır.
18.6Düzəlişlər  Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
19Şərh  Əlavə şərh yoxdur.