Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Ümumi təhsil müəssisələri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsinin Təhsil, elm, inovasiya və mədəniyyət statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Elçin Hacı
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  elchin.haji@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+994 12) 377 10 70, 22-70
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  (+994 12) 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  24.07.2014
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 24.07.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 04.03.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Uşaqlara və gənclərə savad, hərtərəfli inkişaf və estetik tərbiyə verən müəssisələrdir. Ümumi təhsil müəssisələri bir və bir neçə təhsil proqramı əsasında təhsil prosesini həyata keçirir. Ümumi təhsil müəssisələrinə ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər aid edilir.
3.2Təsnifat sistemi  •İnzibati ərazi bölgüsü təsnifatı, 2024; •Ölçü vahidləri təsnifatı; •Milli təhsil təsnifatı, üçüncü variant; •İqtisadi fəaliyyət növləri təsnifatı, üçüncü versiya; Bütün təsnifatlara giriş:https://stat.gov.az/menu/5/classifications/
3.3Əhatə edilən sektor  İqtisadi fəaliyyət növləri təsnifatı üzrə P seksiyası (Təhsil)
3.4Statistik anlayışlar və təriflər  Ümumi təhsil müəssisələri ibtidai, ümumi orta, tam orta ümumi təhsillərin ümumtəhsil proqramlarını həyata keçirən müəssisələridir. Ümumi təhsil müəssisələrinin növləri aşağıdakılardan ibarətdir: ibtidai, orta, tam orta ümumtəhsil məktəbləri, o cümlədən ayrı-ayrı fənləri dərindən öyrədən liseylər, gimnaziyalar. Ümumi təhsil məktəbləri dövlət, bələdiyyə və özəl müəssisələrinə bölünür. Ümumi təhsil müəssisələri fasiləsiz təhsil sisteminin əsas hissəsi hesab edilir və bütün ölkə vətəndaşlarına dövlət standartlarına uyğun pulsuz ümumi təhsil almalarında dövlət zəmanətli hüquqlarını həyata keçirməyə imkan verir.
3.5Statistik vahid Müşahidə vahidi - ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər; Hesabat vahidləri- ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı uşaqlar üçün məktəblər, gimnaziyalar, liseylər.
3.6Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə ümumi təhsil müəssisələridir. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7İstinad zonası  Azərbaycan Respublikası və onun inzibati rayon və şəhərləri
3.8Vaxt əhatəliyi  1990-cı ildən başlayaraq bütün illəri əhatə edir.
3.9Baza dövrü  1990-cı il
4Ölçü vahidi  Ədəd
5Hesabat dövrü  İllik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu
6.2Məlumatların təşkilatlararası bölgüsü  Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən statistika müşahidəsi əsasında toplanılır və yekun məlumatlar Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatına (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin Asiya və Sakit Okean hövzəsi üzrə İqtisadi və Sosial Komissiyasına (ESCAP), MDB-yə, İƏT və Avrostata və s. beynəlxalq təşkilatlara təqdim edilir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq yayımlanır və Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir. https://www.stat.gov.az/
10.2Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən nəşr edilən illik statistik məcmuələrdə (Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət) əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Hazır cədvəllər bu linkdə mövcuddur: https://www.stat.gov.az/source/education/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji tövsiyələr mövcuddur və metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ https://www.azstat.org/MetaDataG/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında Yazlıq bitkilərin əkini, Əkin sahələrinin qəti uçotu haqqında, Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair rəsmi statistika hesabatları üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes-Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/kt/3-kt_sb.pdf ). 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2021-ci ildə 7-kt №-li forma (Məhsul yığımı, payızlıqların səpini və dondurma şumuna dair) rəsmi statistika hesabatının özünüqiymətləndirməsi keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İstifadəçi tələbatlarının əsas həcmini yuxarı və mərkəzi dövlət orqanlarından Prezident Administrasiyasının və Nazirlər Kabinetinin müvafiq şöbələri, Milli Məclisin Elm və təhsil komitəsi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və onun tabeçiliyindəki bir çox qurumlar, digər nazirliklər, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, bir sıra elmi-tədqiqat mərkəzləri, müxtəlif ali təhsil müəssisələrinin tələbələri və bu sahədə maraqlı olan vətəndaşlar təşkil edir.
12.2İstifadəçi məmnunluğu • İstifadəçilərlə görüş keçrilməyib. • İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. • Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 2022-ci il dövrü üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun-2022_arayish_1.pdf
12.3Dolğunluq  Məlumat tam dolğun əhatə olunur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır.
13.2Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətası hesablanmır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 185 təqvim, 125 iş günü mövcuddur.
14.2Tam vaxtında yerinə yetirmə  Ümumi təhsil müəssisələri barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
15.4Daxili uyğunluq  Ümumi təhsil müəssisələrini xarakterizə edən göstəricilər üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16Xərc və yük  1-ümumi təhsil müəssisələri (toplu) №-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verir. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradır.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18Statistik emal 
18.1İlkin məlumatlar Ümumi təhsil müəssisələrinə dair məlumatlar "Ümumi təhsil müəssisələrinin işi haqqında" 1-ümumi təhsil müəssisələri (toplu) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə ümumi təhsil müəssisələridir.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar illik dövriliklə toplanır.
18.3Məlumatların toplanması  Statistik vahidlər onlayn rejimdə təqdim edirlər.
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Ümumi təhsil müəssisələrinə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6Düzəlişlər  Düzəlişlər aparılmır.
19Şərh  Mövcud deyil.