Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Əhalinin gəlirləri və xərcləri
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Nuru Suleymanov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdir müavini
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nuru.suleymanov@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+99412) 538 74 50; 377 10 70: 22-17
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  (+99412) 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  21.09.2023
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 21.09.2023
2.3Metaməlumatların son yenilənməsi tarixi 21.09.2023
3Statistik təqdimat  
3.1Məlumatların izahı Əhalinin gəlirləri və xərcləri balansı əhalinin gəlirləri, xərcləri və qənaətlərinin həcmi və strukturunu xarakterizə edən əsas məlumat mənbələrindən olmaqla əhalinin həyat səviyyəsinin sosial iqtisadi təhlili üçün vasitələrdən biridir. Balansın göstəriciləri əhalinin gəlirləri və xərclərinin ümumi həcmini və tərkibini müəyyənləşdirir. Əhalinin gəlir və xərcləri balansının tərtib edilməsi faktiki olaraq makroiqtisadi göstəricilər sisteminin qurulmasında aralıq mərhələdir və ümumi daxili məhsulun əhalinin sərəncamına gəlir formasında daxil olan hissəsini əks etdirir. Əhalinin gəlirləri və xərcləri balansının göstəriciləri Ev təsərrüfatları sektoru üzrə bütövlükdə ölkə iqtisadiyyatı üzrə tərtib edilir. Onların hesablanmasında bir neçə məlumat mənbəyindən, o cümlədən Dövlət Statistika Komitəsinin sahə şöbələrinin və inzibati mənbələrin yekun məlumatlarından istifadə olunur. Beləliklə balansın göstəricilərinin formalaşdırılması üçün vahid müşahidə və ya seçmə çərçivəsi mövcud deyildirvə statistik vahid məfhumu tətbiq edilmir
3.2Təsnifat sistemi  Əhalinin gəlirləri və xərcləri balansı MHS-2008 metodologiyasına uyğun hesablanır. Balans gəlir, xərc və qənaətdən ibarətdir. Gəlir hissəsi ilkin gəlirləri, yəni əmək ödənişləri, mülkiyyətdən gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirləri və alınmış car
3.3Əhatə edilən sektor  Əhalinin gəlirləri və xərcləri balansı MHS-in ev təsərrüfatları sektorunu əhatə edir
3.4Statistik anlayışlar və təriflər  Əhalinin gəlirləri və xərcləri balansı MHS-93-ün metodologiyasına uyğun hesablanır. Balans gəlir, xərc və qənaətdən ibarətdir. Gəlir hissəsi ilkin gəlirləri, yəni əmək ödənişləri, mülkiyyətdən gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirləri və alınmış cari transferləri özündə birləşdirir. Xərc hissəsi son istehlak xərcləri, ödənilən cari transferlər və kreditlər üzrə faizlərdən ibarətdir. Əhalinin qənaətləri isə maliyyə və qeyri maliyyə aktivlərinin yığımıdır. Əhalinin gəlirləri və xərcləri balansının göstəricilərinin hesablanmasında bir neçə məlumat mənbəyindən istifadə olunur, buna görə də, Balans kontekstində statistik məcmu konsepsiyası tətbiq edilmir.
3.5Statistik vahid Əhalinin gəlirləri və xərclrəi iqtisadiyyatın bütün sektorlarını ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricidir
3.6Statistik məcmu  Əhalinin gəlirləri və xərcləri göstəricisinin hesablnması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən əsas fondların əhalinin gəlirləri və xərcləri üçün statistik məcmuə anlayışı münasib deyil
3.7İstinad zonası  Əhalinin gəlirləri və xərcləri beynəlaxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Vakyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır.
3.8Vaxt əhatəliyi  Əhalinin gəlir və xərcləri balansının 2000-ci ildən son hesabat dövrünədək vaxtı əhatə edən dinamika sıraları mövcuddur.
3.9Baza dövrü  Əhalinin gəlirləri və xərcləri balansının göstəriciləri nominal ifadədə dərc edilir və baza dövrü konsepsiyası tətbiq edilmir
4Ölçü vahidi  Manatla
5Hesabat dövrü  Hesabat dövrləri müfafiq təqvim dövrlərinə uyğundur
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
6.2Məlumatların təşkilatlararası bölgüsü  Mövcud deyildir
7Məxfilik  
7.1Məxfilik siyasəti  • “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. https://www.stat.gov.az/menu/2/work_program/
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
8.3İstifadəçi girişi  http://www.stat.gov.az/source/system_nat_accounts/ http://www.stat.gov.az/menu/13/
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq əhalinin gəlir və xərclərinə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır və Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilir.
10.2Nəşrlər  Əhalinin gəlir və xərcləri balansı göstəriciləri Azərbaycanın Milli Hesabları və digər rüblük və illik statistik məcmuələrdə əks olunur, həmçinin Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilir
10.3Onlayn məlumat bazası  http://www.stat.gov.az/source/system_nat_accounts/ http://www.stat.gov.az/menu/13/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5Digər  MHS-2008-in metodoloji tövsiyyələrinə əsasən hesablanır.
10.6Metodologiya üzrə sənədlər  Əhalinin gəlir və xərcləri balansının Milli hesablar sisteminin metodologiyasına uyğun hesablanmasına dair metodoloji tövsiyələr Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcuddur.
10.7Keyfiyyət üzrə sənədlər  Hazırlanmaqdadır
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında (Milli hesablar statistikası göstəriciləri üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi"nə) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/nataccaunt/mhs_sb.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İstifadəçilərin tələbatı aylıq, rüblük və illik məlumatlardır.Əsas istifadəçilər İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlar.
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2022_arayish_1.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3Dolğunluq  Əhalinin gəlirləri və xərcləri balansı üzrə məlumatlar tam dolğundur və balansın hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Balansın məlumatları müxtəlif mənbələrdən əldə edilmiş məlumatların ölkə üzrə balanslaşdırılmış nəticəsidir və milli hesablar statistikası ilə uyğunlaşdırılır.
13.2Seçmə xətası  Mövcud deyildir (3.5-ci bəndə bax)
13.3Qeyri-seçmə xətası  Mövcud deyildir (3.5-ci bəndə bax)
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Məlumatların alınması ilə əhalinin gəlirləri və xərclərinin hesablanması arasında çox vaxt keçmir və balans vaxtında hesablanır
14.2Tam vaxtında yerinə yetirmə  Əhalinin gəlirləri və xərcləri balansının hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan kənarlaşma halları müşahidə olunmamışdır
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Mövcud deyildir
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr mövcud deyildir
15.3Sahələrarası uyğunluq  Balansın məlumatlarının ölkənin digər makroiqtisadi göstəricilərinə uyğunluğu təmin edilir.
15.4Daxili uyğunluq  Balansın məlumatlarının balans çərçivəsində uyğunluğu təmin edilir.
16Xərc və yük  Mövcud deyildir
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamentinə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Əhalinin gəlir və xərclərinə dair ilkin aylıq məlumatlar rüblük məlumatlar əsasında, aylıq və rüblük məlumatlar isə illik yekun məlumatlar əsasında dəqiqləşdirilir
18Statistik emal 
18.1İlkin məlumatlar Məlumatların hesablanması üçün Mərkəzi Bankın “Bank sektorunun kassa dövriyyəsi”nə dair, Vergilər Nazirliyinin vergilər və tədiyyələrə dair, Maliyyə Nazirliyinin Dövlət büdcəsinin kassa icrasına dair məlumatları, həmçinin Dövlət Statistika Komitəsinin sahə şöbələrinin və s. məlumatlardan istifadə edilir
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar aylıq, rüblük və illik dövrilikdə toplanılır
18.3Məlumatların toplanması  Əhalinin gəlirləri və xərclərinin balansı göstəricilərinin hesablanması üçün məlumatlar Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun həyata keçirilir
18.4Məlumatlara nəzarət  Məlumatların keyfiyyətinə nəzarət olunur və yoxlanılır
18.5Məlumatların ümumiləşdirilməsi Balansın göstəriciləri inzibati mənbələrin və Statistika Komitəsinin sahə şöbələrinin müvafiq məlumatları əsasında formalaşdırılır və balanslaşdırılır
18.6Düzəlişlər  Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır
19Şərh