Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Ümumi daxili məhsul
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Nuru Suleymanov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nuru.suleymanov@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+99412) 538 74 50; 377 10 70: 22-17
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  (+99412) 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  21.09.2023
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 21.09.2023
2.3Metaməlumatların son yenilənməsi tarixi 21.09.2023
3Statistik təqdimat  
3.1Məlumatların izahı Ümumi daxili məhsul (ÜDM) - istehsalçı rezident vahidlərinin müəyyən dövr ərzində istehsal fəaliyyətinin son nəticəsini səciyyələndirir və bazar qiymətlərilə hesablanır. O, iqtisadi proseslərin bir - birilə əlaqəli aspektlərini xarakterizə etmək üçün lazımdır. Ümumi daxili məhsul göstəricisinin tədqiqinin istiqamətindən asılı olaraq, onun qiymətləndirilməsi cari, müqayisəli və baza dövrünün daimi qiymətləri ilə aparılır. ÜDM-in həcmi, əsas olaraq, sahələrin ümumi əlavə dəyərinin cəmindən ibarətdir. Əlavə dəyər isə öz növbəsində aşağıdakı sahələr üzrə yığılır: kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, sənaye, tikinti, ticarət və xidmətlər,nəqliyyat və anbar təsərrüfatı, turizm, informasiya və rabitə sektoru və sosial və fərdi xidmətlər.
3.2Təsnifat sistemi  İqtisadi fəaliyyət növləri təsnifatının (İFNT) 3-cü versiyası
3.3Əhatə edilən sektor  ÜDM qeyri - maliyyə korporasiyaları, maliyyə korporasiyası, dövlət idarəetmə, ev təsərrüfatlarına xidmət edən qeyri - kommersiya təşkilatı və ev təsərrüfatı sektorunu əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  ÜDM 3 üsulla hesablanır. 1) istehsal üsulu: məhsul buraxılışı dəyəri - aralıq istehlak + məhsula olan vergilər - məhsula olan subsidiyalar; 2) xərclər üsulu: son istehlak xərcləri + ümumi yığım + xalis ixrac; 3) gəlirlər üsulu: əmək haqqı + ümumi mənfəət + ümumi qarışıq gəlirlər + istehsala və idxala olan vergilər - istehsala və idxala olan subsidiyalar.
3.5Statistik vahid Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorlarını ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricidir.
3.6Statistik məcmu  ÜDM göstəricisinin hesablnması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil.
3.7İstinad zonası  Ümumi daxili məhsul beynəlaxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Vakyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır.
3.8Vaxt əhatəliyi  Ümumi daxili məhsul 1990-1991-ci illəri əhatə etməklə rəsmi olaraq 1992-cı ildən hesablanır.
3.9Baza dövrü  2005-ci il
4Ölçü vahidi  Manatla
5Hesabat dövrü  Hesabat dövrü rəsmi tərtib olunmuş təqvim çərçivəsində (aylıq, rüblük, illik) təqdim edilir
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericilik aktları
6.2Məlumatların təşkilatlararası bölgüsü  Bütün beynəlxalq təşkilatlara və yerli istifadıçilərə
7Məxfilik  
7.1Məxfilik siyasəti  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti"
7.2Məxfi məlumatların işlənməsi  Məxvi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. https://www.stat.gov.az/menu/2/work_program/
8.2Yayım təqviminə giriş  http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  http://www.stat.gov.az/source/system_nat_accounts/ http://www.stat.gov.az/menu/13/
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Müəyyən olunmuş təqvimə əsasən ÜDM haqqında məlumatlar hər ay press - relizdə dərc olunur
10.2Nəşrlər  ÜDM haqqında məlumat aylıq bülleten "Sosial - iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" və "Azərbaycanın Statistik göstəriciləri" məcmüələrində dərc olunur.
10.3Onlayn məlumat bazası  http://www.stat.gov.az/source/system_nat_accounts/ http://www.stat.gov.az/menu/13/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5Digər  ÜDM-un hesablamasına dair MHS-1993 və 2008-lə yanaşı AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.
10.6Metodologiya üzrə sənədlər  Ümumi daxili məhsul haqqında metodoloji materialı "Statistika üzrə əsas göstərişlər", "Azərbaycanın Milli Hesabları" adllı nəşlərdə və ya bu linkdə tapmaq olar http://www.stat.gov.az/menu/7/other_metadata/.
10.7Keyfiyyət üzrə sənədlər  Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, daha sonra 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında (Milli hesablar statistikası göstəriciləri üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi"nə) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/nataccaunt/mhs_sb.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İstifadəçilərinin tələbi ən çox istehsal və istifadə olunmuş ÜDM, onların artım templəri, neft və qeyri-neft sektoru ilə bağlı göstəricilərdir. Əsas istifadəçilər İqtisadiyyat nazirliyi, Mərkəzi Bank, Dövlət Vergi xidməti, Beynəlxalq təşkilatlar.
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə Milli hesablar və makroiqtisadi göstəricilər statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2022_arayish_1.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3Dolğunluq  MHS 1993 və MHS 2008 çərçivəsində ÜDM-a aid olunan bütün komponentlər
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Məlumatlar ehtiyat-istifadə cədvəlləri, tədiyyə balansı və digər inzibati mənbələrdən daxil olmuş hesabat məlumatları əsasında dəqiqləşdirilir
13.2Seçmə xətası  Mövcud deyildir.
13.3Qeyri-seçmə xətası  Mövcud deyildir.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma İllik ÜDM haqqında məlumatların birinci dəqiqləşdirmə 15 oktyabr tarixi; rüblük məlumatların birinci dəqiqləşdirmə vaxtı (I rüblük) cari ilin sentyabr ayının 30-dək, son dəqiqləşdirmə tarixi - növbəti ilin sentyabr ayının 30-dək; (II rüb) - cari il dekabr ayının 30-dək, növbəti il sentyabr ayının 30-dək; (III rüb) - növbəti il mart ayının 30-dək, son dəqiqləşdirmə vaxtı - növbəti il sentyabr ayının 30-dək; (IV rüb) - növbəti il iyun ayının 30-dək, son dəqiqləşdirmə - növbəti il sentyabr ayının 30-dək; illik - növbəti il mart ayının 30-dək, son dəqiqləşmə tarixi - növbəti il sentyabr ayının 30-dək.
14.2Tam vaxtında yerinə yetirmə  ÜDM haqqında məlumatlar vaxtlı-vaxtlında statistik işlər proqramının təqviminə əsasən hazırlanır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Müqayisəlilik təmin edilir
15.2Vaxt üzrə müqayisəlilik  Müqayisəlilik təmin edilir
15.3Sahələrarası uyğunluq  Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir.
15.4Daxili uyğunluq  Rüblük məlumatların illik məlumatlara uyğunluğu BVF-un "Rüblük milli hesablar" üzrə metodoloji vəsaitinə uyğun qurulur.
16Xərc və yük  Respondetlərə ödəniş edilmir
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamentinə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18Statistik emal 
18.1İlkin məlumatlar Müəssisə və təşkilatlardan daxil olan məlumatlar, ev təsərrüfatlarının ailə büdcələrinin müayinəsiləri, izibati məlumat mənbələri və seçmə müayinələr
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar hər ay toplanır
18.3Məlumatların toplanması  Onlayn hesabatlar
18.4Məlumatlara nəzarət  Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır
18.5Məlumatların ümumiləşdirilməsi Məlumatlar Dövlət Statistika Komitəsinin sahə şöbələrindən, Mərkəzi Bankdan, Vergilər Nazirliyindən və Maliyyə Nazirliyi və digər inzibati mənbələrdən toplanır və işlənir.
18.6Düzəlişlər  Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19Şərh  Əlavə şərh yoxdur