Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Orta aylıq nominal əməkhaqqı
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əmək statistikası söbəsi
1.3Əlaqə üçün məsul şəxs  Nemət Xuduzadə
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nemat.khuduzade@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 61 21; +99412 377 10 70 (daxili 2208)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  13.08.2014
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 13.08.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 26.01.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Orta aylıq nominal əməkhaqqının hesablanması sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən təqdim olunan rəsmi statistika hesabatı əsasında aparılır.
3.2Təsnifat sistemi  İqtisadi fəaliyyət növləri təsnifatı; Məşğulluq təsnifatı; Mülkiyyət növlərinin statistik təsnifatı; İnzibati ərazi bölgüsü təsnifatı 2019. Link: http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  İqtisadiyyatın bütün fəaliyyət növləri əhatə edilir.
3.4Statistik anlayışlar və təriflər  Orta aylıq nominal əməkhaqqı hesablanmış əməkhaqqı fondunun faktiki işləmiş muzdlu işçilərin orta siyahı sayına bölünməsi ilə müəyyən edilir. Əməkhaqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Muzdlu işçilər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər. Faktiki işləmiş muzdlu işçilərin orta siyahı sayı - sosial və ödənişsiz məzuniyyətdə olan şəxslər istisna olmaqla muzdlu işçilərin hesabat ayının qeyri-iş günləri də daxil hər bir təqvim günü üçün siyahı sayının cəminin hesabat ayındakı təqvim günlərinin sayına bölünməsindən alınan nisbətdir.
3.5Statistik vahid Hesabat dövründə fəaliyyət göstərən bütün statistik vahidlər.
3.6Statistik məcmu  İqtisadi fəaliyyət növləri üzrə statistik vahidlərdə çalışan muzdlu işçilərin sayı və onların orta aylıq əməkhaqqı.
3.7İstinad zonası  Azərbaycan Respublikası üzrə.
3.8Vaxt əhatəliyi  1993-cü ildən rüblük, illik, 1999-cu ildən aylıq.
3.9Baza dövrü  1993-cü ildən başlayaraq istənilən dövr baza dövrü kimi istifadə edilə bilər.
4Ölçü vahidi  Orta aylıq nominal əməkhaqqı – manat, muzdlu işçilərin sayı – nəfər, işlənmiş iş saatları – saat
5Hesabat dövrü  Aylıq, rüblük və illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericilik aktları.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Orta aylıq nominal əməkhaqqının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmişdir “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti” sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi statistika haqqında" Qanuna uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir. Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq orta aylıq nominal əməkhaqqına dair məlumatlar hər ay Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində yayımlanır.
10.2Nəşrlər  Göstəriciyə dair məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər" məcmuələri Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/labour/az/004_2-3.xls
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ https://www.azstat.org/MetaDataG/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf ). http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir. 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Əmək statistikasına dair 1-əmək №-li rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/labour/01_sb.pdf) 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2019-cu ildə Avrostatın cəlb etdiyi beynəlxalq ekspertlər tərəfindən əməkhaqqı, əmək xərcləri və vakansiyaları özündə əks etdirən “Əməkhaqqı statistikası” üzrə sektoral qiymətləndirmə keçirilmişdir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Orta aylıq nominal əməkhaqqı göstəricisi beynəxalq təşkilatların rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, tədqiqatçıların, ümumilikdə geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə əmək statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3Dolğunluq  Orta aylıq nominal əməkhaqqı barədə məlumat mövcuddur və tam dolğundur.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
13.3Qeyri-seçmə xətası  Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları” ilə tənzimlənir.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı” ilə müəyyən edilmiş vaxtda yerli statistika orqanlarından aylıq, rüblük və illik məlumatlar təqdim olunur.
14.2Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkə üzrə cəmi, həmçinin iqtisadi və inzibati ərazi vahidləri üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələr nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərq yarana bilər.
16Xərc və yük  Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qiymətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
18Statistik emal 
18.1İlkin məlumatlar 1-əmək №-li forma (Əmək üzrə hesabat); 4-əmək №-li forma (İşçilərin sayı, hərəkəti və əməkhaqqı fondu haqqında)
18.2Məlumatların toplanması dövriliyi  Kiçik, orta və iri sahibkarlıq subyektləri, publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları aylıq dövriliklə, Mikro sahibkarlıq subyektləri, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları rüblük dövriliklə, Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları isə illik dövriliklə toplanır.
18.3Məlumatların toplanması  Məlumatlar statistik vahidlər tərəfindən real vaxt rejimində elektron formada təqdim edilir.
18.4Məlumatlara nəzarət  Hesabat elektron formada təqdim olunur. Hesabat üzrə toplanması nəzərdə tutulan məlumatın həcminin tamlığına və düzgünlüyünə nəzarət www.stat.gov.az saytı vasitəsilə həyata keçirilir. Hesabatın elektron təqdimatı haqqında bütün informasiyalar www.stat.gov.az saytında nəzərdə tutulmuşdur.
18.5Məlumatların ümumiləşdirilməsi Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
18.6Düzəlişlər  Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır.
19Şərh  Əlavə şərh yoxdur.