Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Əsas kapitala yönəldilmiş investisiyalar
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Sənaye və tikinti statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Elman Qasımzadə
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Sənaye və tikinti statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  elman.gasimzade@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (daxili 2210)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  Yoxdur
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  30.11.2018
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 30.11.2018
2.3Metaməlumatların son yenilənməsi tarixi 01.03.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Bütün növ əsas fondların alınmasına, yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına yönəldilmiş kapital qoyuluşlarının məcmusudur. Əsas kapitala yönəldilmiş investisiyalar - tikinti-quraşdırma işlərinə, quraşdırılması tələb olunan və ya tələb olunmayan, tikili və obyektlərin smetasına daxil olan və ya daxil olmayan maşın və avadanlıqların alınmasına və quraşdırılmasına, işçi və məhsuldar heyvanların alınmasına, çoxillik əkmələrin və meşə zolaqlarının salınmasına, istehsal olunmayan aktivlərə mülkiyyət hüququnun verilməsinə, qeyri-maddi əsas fondların (layihə-axtarış işləri, proqram təminatı, məlumat bazası, incəsənət və əyləncəli janr əsərlərinin orijinalları və s.) alınmasına və hazırlanmasına, əsas fondların dəyərinin artırılmasına yönəldilən sair işlərin yerinə yetirilməsinə sərf edilən xərclərin cəmindən ibarətdir
3.2Təsnifat sistemi  İqtisadi fəaliyyət növləri təsnifatı (3-cü versiya), Mülkiyyət növlərinin statistik təsnifatı, "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". Bütün təsnifatlara giriş: https://stat.gov.az/menu/5/classifications/
3.3Əhatə edilən sektor  İqtisadi fəaliyyət növləri təsnifatının (3-cü versiya) A-dan S-dək seksiyaları.
3.4Statistik anlayışlar və təriflər  bütün növ əsas fondların alınmasına, yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına yönəldilmiş kapital qoyuluşlarının məcmusudur.
3.5Statistik vahid Məlumatlar hüquqi şəxslərdən toplanır.
3.6Statistik məcmu  İnvestisiyanın əhatə etdiyi məcmu iqtisadiyyatın bütün sahələridir.
3.7İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi rayonları və inzibati ərazi vahidləri.
3.8Vaxt əhatəliyi  Məlumatlar 1995-2022-ci illəri əhatə edir.
3.9Baza dövrü  Məlumatların müqayisəliyini təmin etmək üçün baza dövrü hesabat ilindən əvvəlki il götürülür.
4Ölçü vahidi  Min manatdır.
5Hesabat dövrü  aylıq (rüblük), illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Statistik göstəricinin istehsalı zamanı digər inzibati məlumat mənbələrindən istifadə edilmir (məlumatlar respondentlərdən toplanılır) və digər təşkilatlarla məlumatların bölgüsü aparılmır.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir.http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur.http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Dövlət Statistika Komitəsi Aparatının təhlil üzrə iş planına uyğun olaraq bu göstərici haqqında məlumatlar Komitənin internet səhifəsində mətbu məlumatlar bölməsində yerləşdirilir.
10.2Nəşrlər  Göstəriciyə dair məlumatlar “Azərbaycanda tikinti”, “Azərbaycan rəqəmlərdə”, “Azərbaycanın statistik göstəriciləri” məcmuələrində nəşr etdirilir. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3Onlayn məlumat bazası  Bu göstərici haqqında məlumatlar onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/construction/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq sorğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) Komitənin rəsmi internet səhifəsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/.
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf ). İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  İldə bir dəfə istifadəçilərlə görüş keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 15 noyabr 2023-cü il tarixində keçirilmişdir. Əsas istifadəçilər İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC və s.
12.2İstifadəçi məmnunluğu İstifadəçilər Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsinə girərək (www.stat.gov.az) "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır. 15.12.2023-cü il tarixinə istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu keçirilmişdir. 2023-cü il üçün nəticələr buradan əldə oluna bilər: https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf
12.3Dolğunluq  100 %
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndirmə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma 30 gün
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Ölkənin regionları üzrə müqayisəlilik təmin olunur.
15.2Vaxt üzrə müqayisəlilik  Məlumatların dinamikası 28 illik dövrü əhatə edir.
15.3Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4Daxili uyğunluq  Məlumatlarda uyğunsuzluq aşkar edilməmişdir.
16Xərc və yük  Rəsmi statistika hesabatlarının respondentlər tərəfindən onlayn formada təqdim edilməsi effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qiymətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cıi il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18Statistik emal 
18.1İlkin məlumatlar İlkin məlumatlar 12-investisiya (aylıq), 1-YET (əhali) rəsmi statistika hesabatı formaları əsasında toplanır.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar iri, orta, kiçik müəssisələr üzrə aylıq və illik, mikro müəssisələr üzrə rüblük və illik dövriliklə toplanılır.
18.3Məlumatların toplanması   Məlumatlar onlayn rejimində əldə olunur.
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Müşahidələr başdan-başa aparıldığı üçün bütün məlumatlar toplanılır və yekun göstəricilər alınır.
18.6Düzəlişlər  Dövlət Statistika Komitəsinin 25 iyul 2011-ci il tarixli, 30/14 nömrəli qərarı ilə təsdiq edilmiş “Mövsümi düzəlişlərin aparılmasına və Demetra proqramından istifadə”yə dair metodoloji vəsaitə uyğun həyata keçirilir.
19Şərh  Əlavə şərh yoxdur.