Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İdxal
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Ticarət statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Aida İbrahimova
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Ticarət statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  aida.ibrahimova@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (22-60)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  Yoxdur
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  30.09.2022
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 30.09.2022
2.3Metaməlumatların son yenilənməsi tarixi 30.09.2022
3Statistik təqdimat  
3.1Məlumatların izahı İdxal - ölkədə istehslak edilmək üçün, həmçinin təkrar ixrac etmək üçün ölkə sərhədlərindən kənardan mal gətirilməsidir
3.2Təsnifat sistemi  Malların Təsviri və Kodlaşdırılmasının Həmahəng Sistemi(HS), Azərbaycan Respublikasının Gömrük Tarifi-2017, Beynəlxalq Standart Ticarət Təsnifatı,"Ölçü vahidləri Təsnifatı", Dünya ölkələri təsnifatı Bütün təsnifatlara giriş: http://www.azstat.org/tesnifat/
3.3Əhatə edilən sektor  Gömrük məntəqələri
3.4Statistik anlayışlar və təriflər  İdxal – malların ölkəyə gətirilməsi. İdxal olunan mallara ölkənin istehlakı üçün təyin olunan, təkrar ixrac rejiminə müvafiq olaraq ölkə ərazisinə daxil olan və ölkənin xaricdə fəaliyyət göstərən təşkilatının yerində istehlak etdiyi mallar daxil edilir. İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya mal idxal edən ölkənin franko-sərhəd qiymətləri üzrə aparılır, yəni malın qiymətinə onun dəyəri, ölkənin sərhədlərinə qədər daşınması və sığorta xərcləri daxil edilir. Burada xidmət idxalı nəzərdə tutulmamışdır.
3.5Statistik vahid İdxal göstəriciləri üçün lazım olan məlumatlar idxalla məşğul olan bütün hüquqi və fiziki şəxslərdən toplanılır.
3.6Statistik məcmu  İdxalın əhatə etdiyi baş məcmu xarici ticarətdir. İdxalla məşğul olan bütün hüquqi və fiziki şəxslərdən başdan-başa metodla məlumatlar əldə edilir.
3.7İstinad zonası  Gömrük məntəqələri
3.8Vaxt əhatəliyi  İdxal göstəriciləri bütün illəri əhatə edir və dinamika sıraları mövcuddur (1991-ci ildən 2021-ci ilədək).
3.9Baza dövrü  2008-ci il
4Ölçü vahidi  Ölçü vahidi; dəyəri- ABŞ dolları; miqdarı- müvafiq ölçü vahidi ilə.
5Hesabat dövrü  Hesabat dövrü rəsmi tərtib olunmuş təqvim çərçivəsində təqdim edilir
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  1) "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu Birləşmiş Millətlər Təşkilatının Statistika şöbəsi tərəfindən hazırlanmış: 2) “Beynəlxalq Əmtəə Ticarəti Statistikası: anlayış və təriflər, 2010” (International Merchandise Trade Statistics: concepts and definitions 2010” 3) “Beynəlxalq Əmtəə Ticarəti Statistikası: tərtibatçı təlimatı, 2004” (International Merchandise Trade Statistics: Compilers Manual 2004” 4) “Beynəlxalq Əmtəə Ticarəti Statistikası: tərtibatçı təlimatına əlavə, 2010” (International Merchandise Trade Statistics: Supplement to the Compilers Manual 2010”
6.2Məlumatların təşkilatlararası bölgüsü  İdxalın hesablanması üçün inzibati məlumat mənbələrindən (Dövlət Gömrük Komitəsi (DGK)) istifadə olunur və onun hesablanmasında Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf • Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf • ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   Aylıq, Rüblük, İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq idxala dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.
10.2Nəşrlər  "Azərbaycanın xarici ticarəti", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə" illik məcmuələr, "Azərbaycanın xarici ticarət əlaqələri" rüblük bülleten
10.3Onlayn məlumat bazası  Məlumat bazası ilə elektron əlaqəsi yoxdur. Məlumatlar Komitənin www.azstat.org internet səhifəsində məlumat bazasında yerləşdirilir.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  İstifadəcilərin sorğularının cavablandırılması, elektron sorğular daxil edilməklə www.azstat.org/xidmətlər/st_məlumat "Statistik məlumatların (göstəricilərin) verilməsi" bölməsi
10.6Metodologiya üzrə sənədlər  İdxala dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir, DSK-nın 24.11.2008-ci il tarixli 43/13 saylı sərəncamı ilə təsdiq edilmiş.
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/ ESMS-i varsa linki verilisin
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  " İldə bir dəfə ticarət statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Əsas istifadəçilər: • İqtisadiyyat Nazirliyi (İN), • digər dövlət orqanları beynəlxalq təşkilatlar və s.
12.2İstifadəçi məmnunluğu Hər ilin noyabr ayında istifadəçilərlə görüş keçirilir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölüməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3Dolğunluq  İdxal göstəriciləri tam dolğundur və hər hansı bir dövr və ya sahə üzrə idxalın hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətası yoxdur
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma DGK-dan aylıq ilkin məlumatların alınma tarixi ilə nəticələrin hazır olma tarixi arasında vaxt intervalı (laq) 10-15 gün arasında dəyişir.
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Tərəfdaş ölkələrin göstəricilərində fərqlərin olması müxtəlif səbəblərdən irəli gələ bilər, belə ki, göstəricilərin əhatəliliyinin fərqli olması, məsələn, xarici ticarət üzrə gömrük statistikasına daxil edilən və daxil edilməyən malların siyahısının üst-üstə düşməməsi, təsnifatda eyni malın interpretasiyasının müxtəlifliyi, eyni malların statistik dəyərinin müxtəlifliyi (məsələn, valyutaların müxtəlif kurslarının tətbiq edilməsi ilə əlaqədar), məxfi göstəricilərin uçotunun prinsiplərinə yanaşmanın müxtəlifliyi, statistik müşahidənin həddinin təyin edilməsinin müxtəlifliyi, ticarətin müxtəlif uçot sisteminin tətbiq edilməsi, tərəfdaş ölkənin təyin edilməsində müxtəlif meyarların tətbiq edilməsi, eyni sövdələşməyə aid edilən göstəricilərin müxtəlif zaman kəsiyində daxil edilməsi, malların düzgün bəyan edilməməsi, özünün adı və ya XİF MN-nin müvafiq kodu ilə verilməməsi və ya malların mənşə ölkəsinin düzgün göstərilməməsi. Dövlətin xarici ticarət üzrə gömrük statistikası göstəricilərinin düzgünlüyünün artırılması və onların beynəlxalq müqayisəliliyinin təmin edilməsi məqsədilə tərəfdaş ölkələrlə göstəricilər mübadiləsi aparılır.
15.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
15.3Sahələrarası uyğunluq  Milli hesablar statistikası sahəsində bir sıra hallarda kənarlaşmalar müşahidə olunur. Belə ki, ÜDM-nin hesablanması zamanı bəyan olunmayan malların metodologiyaya uyğun olaraq hesablanıb məlumatlara daxil edilməsidir.
15.4Daxili uyğunluq  İlin yekunu üzrə dəqiqləşmələrdən sonra növbəti ildə yekunların yenidən dəqiqləşdirilməsi mümkündür. Bununla yanaşı, ilkin məlumatla dəqiqləşmiş məlumatlar arasında da cüzi fərqlər yarana bilər.
16Xərc və yük  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Normalar məcəlləsinin respondentlərin üzərinə düşən yükün istifadəçilərin tələbatları ilə proporsionallıq təşkil etməsi prinsiplərinə uyğun olaraq, respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, tələbata uyğun olmayan göstəricilər ləğv olunaraq daha aktual göstəricilərlə əvəz edilir. İstehsal xərclərinin, elecə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, yəni məlumatların toplanması, işlənməsi və yayılması sahəsində informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Mövcuddur.
18Statistik emal 
18.1İlkin məlumatlar Məlumat üçün mənbə idxalla məşğul olan hüquqi və fiziki şəxslərin yük gömrük bəyannamələrinə əsasən DGK-nın məlumat bazasıdır.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar aylıq dövrilikdə toplanılır.
18.3Məlumatların toplanması  Məlumatlar DGK-dan e-poçt rejimdə əldə olunur.
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tətəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Mövcud deyildir.
18.6Düzəlişlər  DGK-nın verdiyi məlumatlar əsasında dəqiqləşdirmələr aparılır
19Şərh  Əlavə şərh yoxdur