Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Təbii mənbələrdən götürülən suyun miqdarı
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Energetika və ətraf mühit statistikası şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Emil Məmmədov
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  şöbə müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  emil.mammadov@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  (+99412) 377 - 10 - 70 daxili: 2224, 2214
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  02.07.2014
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 02.07.2014
2.3Metaməlumatların son yenilənməsi tarixi 05.03.2024
3Statistik təqdimat  
3.1Məlumatların izahı Təbii mənbələrindən götürülən su –sonradan istehlak məqsədilə yuxarı nohurlardan (çaylar, göllər və dənizlər daxil edilməklə) və yeraltı laylardan götürülən su ehtiyatlarının həcmidir. Faydalı qazıntıların çıxarılması zamanı əldə edimiş şaxta-mədən sularından istifadə edilməsi, tikinti çalalarından suxur sularının çıxarılması və digərləri yığımın ümumi həcminə daxil edilmir. Göstəriciyə həmçinin iri kanallara ötürmək üçün yığılmış tranzit suların qeyri-mərkəzləşdirilmiş qaydada əhali tərəfindən quyulardan, artezian quyularından, təbii nohurlardan və s. yığılmış suların həcmi də daxil edilmir.
3.2Təsnifat sistemi  İqtisadi Fəaliyyət Növləri Təsnifatı və İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024 https://stat.gov.az/menu/5/classifications/
3.3Əhatə edilən sektor  E seksiyası-Su təchizatı; Çirkli suların və tullantıların təmizlənməsi
3.4Statistik anlayışlar və təriflər  Təbii mənbələrdən götürülən su, su istehlakı, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.
3.5Statistik vahid Hüquqi şəxslər
3.6Statistik məcmu  Göstəricinin əhatə etdiyi baş məcmu ölkə üzrə sudan istifadə edən təsərrüfatlardır. Məlumatlar başdan-başa müşahidə metodu ilə əldə edilir.
3.7İstinad zonası  Azərbaycan Respublikası və iqtisadi fəaliyyət növləri üzrə.
3.8Vaxt əhatəliyi  1980-ci ildən başlayaraq bütün illəri əhatə edir.
3.9Baza dövrü  İqtisadi inkişaf və struktur dəyişiklikləri nəzərə alınaraq baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2005-ci ildir
4Ölçü vahidi  milyon kub metr
5Hesabat dövrü  illik
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Su təchizatı və tullantı sular haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Su məcəlləsi
6.2Məlumatların təşkilatlararası bölgüsü  Yekun məlumatı Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Statistika Komitəsinə təqdim edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf ilkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9Yayım tezliyi   İllik
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Ətraf mühit statistikası üzrə məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır
10.2Nəşrlər  "Azərbaycanda ətraf mühit", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın statistik göstəriciləri" adlı məcmuədə, "Təbii ehtiyatların mühafizəsi və istifadəsinə dair əsas göstəricilər" adlı bülletendə nəşr olunur. https://www.stat.gov.az/source/environment/
10.3Onlayn məlumat bazası  Nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdırılır. Press-reliz, illik məcmuə məlumatları baza məlumatlarının yekunları əsasında hazırlanır https://www.stat.gov.az/source/environment/
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6Metodologiya üzrə sənədlər  "Sudan istifadəyə dair" 2-TG (su təsərrüfatı) №-li hesabat formasının doldurulmasına dair göstəriş (http://www.stat.gov.az/menu/4/e-reports/az/07/007.php)
10.7Keyfiyyət üzrə sənədlər  https://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar auditi aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “Ətraf mühit statistikası üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/) . 2016-cı ildə Özünüqiymətləndirmə anketinin (DESAP) milli versiyası hazırlanmış və 2022-ci ildə 2-TG (tullantılar) №-li forma (Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair) rəsmi statistika hesabatının özünüqiymətləndirməsi keçirilmişdir. İldə 1 dəfədən az olmamaq şərti ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəçilərdir. Bir çox müraciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
12.2İstifadəçi məmnunluğu İldə bir dəfə ətraf mühit statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Sonuncu görüş 21.09.2023-cü ildə keçirilmişdir. İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3Dolğunluq  Məlumat tam dolğun əhatə olunur
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  Müşahidə nəticəsində alınmış qiymət həqiqi qiymətə tam uyğundur
13.2Seçmə xətası  Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil
13.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Hesabat dövrünün son günü ilə nəşr tarixi arasında 97 təqvim, 75 iş günü mövcuddur.
14.2Tam vaxtında yerinə yetirmə  Su barədə məlumatların toplanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
15.2Vaxt üzrə müqayisəlilik  1981-2022-ci illəri əhatə edən dinamika sırasında fasilə mövcud deyil
15.3Sahələrarası uyğunluq  Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
15.4Daxili uyğunluq  Sudan istifadəni xarakterizə edən göstəricilər üzrə (təbii mənbələrdən götürülən su, su istehlakı, atılan çirkab su, dövrü təkrar su təchizatı, nəql zamanı su itkisi və s.) ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16Xərc və yük  2-TG (su təsərrüfatı)№-li illik rəsmi statistik hesabat forması üzrə məlumatların qarşıdakı illərdə onlayn rejimində qəbulu müşahidə vahidlərinin və şöbənin əməkdaşlarının vaxtına qənaət etməsinə, vaxtında və keyfiyyətli məlumatlar əldə edilməsinə, müasir şəraitə uyğunlaşmaya imkan verəcək. Hesabat məlumatlarının kağız daşıyıcılarda qəbulundan imtina eyni zamanda şöbə əməkdaşlarına, eləcə də respondentlərə düşən yükün azalmasına şərait yaradacaq.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18Statistik emal 
18.1İlkin məlumatlar Sudan istifadəyə dair məlumatlar 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı vasitəsilə toplanır. Mənbə sudan istifadə edən təsərrüfatlardır.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar illik dövriliklə toplanır
18.3Məlumatların toplanması  Məlumat kağız daşıyıcılarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli orqanlarına təqdim olunur, Meliorasiya və Su Təsərrüfatı ASC isə icmal məlumatları kağız daşıyıcılarda Dövlət Statistika Komitəsinə təqdim edir
18.4Məlumatlara nəzarət  Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5Məlumatların ümumiləşdirilməsi Sudan istifadəyə dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla impyutasiya aparılmır.
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19Şərh  Əlavə şərh yoxdur.