Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Əmək haqqı
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Əmək Statistikası Şöbəsi
1.3Əlaqə üçün məsul şəxs  Xuduzadə Nemət
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Şöbə müdirinin müavini
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  nemat@azstat.org
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 538 86 21
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiqi  
2.2Metaməlumatların son yerləşdirilməsi 20.05.2013
2.3Metaməlumatların son yenilənməsi 20.05.2013
3Statistik təqdimat  
3.1Məlumatların izahı Əmək haqqı (II) - əməyin vaxtamuzd və ya işəmuzd ödənilməsi əsasında həyata keçirilməsindən və onların müntəzəm və ya qeyri-müntəzəm aparılmasından asılı olmayaraq, hesabat dövrü ərzində yerinə yetirilən işə görə ödəmə cədvəlində adları göstərilmiş bütün şəxslərə (evdə iş görənlər də daxil edilməklə) ödənilən pul və ya natura formasında haqdır. Əmək haqqına muzda işləyənlər tərəfindən sosial sığortaya, gəlir vergisinə və s. yönəldilən (hətta əgər onlar faktiki olaraq işverən tərəfindən tutulursa və muzda işləyənlərin adından birbaşa sosial sığortaya, vergi xidmətlərinə və s. ödənilirsə də) istənilən ödəmələr daxil edilir.
3.2Təsnifat sistemi  Əmək haqqının hesablanmasında əsas etibarilə İqtisadi Fəaliyyət növlərinin, Məşğulluq, Mülkiyyət növləri, İnzibati ərazi bölgüsü, Ölçü vahidləri təsnifatı və sair Beynəlxalq təsnifatlardan istifadə olunur.
3.3Əhatə edilən sektor  Əmək haqqının hesablanmasında İqtisadi Fəaliyyət növlərinin təsnifatı A - Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,B - Mədənçıxarma sənayesi,"A - Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", B - Mədənçıxarma sənayesi, C - Emal sənayesi, "D - Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı", "E - Su təchizatı; tullantıların təmizlənməsi və emalı", F Tikinti,"G - Ticarət; nəqliyyat vasitələrinin təmiri", "H - Nəqliyyat və anbar təsərrüfatı,"İ-turistlərin yerləşdirilməsi və ictimai iaşə",J - İnformasiya və rabitə,"K - Maliyyə və sığorta fəaliyyəti","L - Daşınmaz əmlakla əlaqədar əməliyyatlar","M - Peşə, elmi və texniki fəaliyyət ","N - İnzibati və yardımçı xidlərin göstərilməsi", "O - Dövlət idarəetməsi və müdafiə; sosial təminat" P - Təhsil,"Q - Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi", "R - İstirahət, əyləncə və incə sənət sahəsində fəaliyyət ","S - Digər sahələrdə xidmətlərin göstərilməsi".
3.4Statistik anlayışlar və təriflər  Əmək haqqı (I) - İşlənmiş vaxt və ya yerinə yetirilmiş işə görə, həmçinin işlənməmiş, ancaq ödəməyə aid olan vaxt (məsələn, illik məzuniyyətə) görə muzdla çalışan işçilərin aldığı pul və ya natura formasında ödəmələrin məbləğidir. Bu məbləğə əmək haqqına edilən əlavələrin, mükafatların və digər ödənclərin məbləği də daxil edilir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin əmək haqqı müəyyən edilmiş minimum əmək haqqından aşağı ola bilməz.
3.5Statistik vahid Əmək bazarı şəraitində işçilərin sayı və əmək haqqı barədə məlumatları əldə etmək üçün iki üsulla müşahidə vahidlərindən istifadə edilir. Birinci üsul “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bütün müəssisə və təşkilatlardan təyinatından asılı olaraq aylıq, rüblük və illik rəsmi statistik hesabat formaları əsasında və ikinci üsul isə rübdə bir dəfə həyata keçirilən “Əhalinin iqtisadi fəallığı”na dair ev təsərrüfatlarında aparılan seçmə statistik müayinə və 2008-20012-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən nəzərdə tutulan digər müayinələr yolu ilə toplanılır.
3.6Statistik məcmu  "Əmək bazarı" məcmuə
3.7İstinad zonası  Əmək haqqına dair məlumatların əldə edilməsi üçün “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkə ərazisində yerləşən mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər (onların nümayəndəlikləri və filialları), Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının hüquqi şəxsləri və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən xarici hüquqi şəxslərin nümayəndəliklərinə, filiallarına, həmçinin fiziki şəxslərindən alınan statistik hesabat məlumatlarına istinad olunur.
3.8Vaxt əhatəliyi  Əmək haqqı haqqında göstəriciləri bütün illəri əhatə edir.
3.9Baza dövrü  İqtisadi inkişaf və struktur dəyişikliyi nəzərə alınaraq, baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2010-cu ildir.
4Ölçü vahidi  Manat və dollar
5Hesabat dövrü  Kiçik sahibkarlıq subyekti olmayan hüquqi şəxslər hesabat ayından sonrakı ayın 15-dək; Kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər hesabat rübündən sonrakı ayın 18-dək
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
6.2Məlumatların təşkilatlararası bölgüsü  Əmək haqqının hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağındır.
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatların işlənməsinə dair normativ sənəd yoxdur.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Əmək haqqının məlumatlarının yayılması BVF-in məlumatların yayaılmasına dair ümumi standartına və Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
8.3İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 17.02.2012-ci il tarixli 31/t nömrəli əmrlə təsdiq edilmişdir.
9Yayım tezliyi   İllik
10Yayım formatı 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq əmək haqqına dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.
10.2Nəşrlər  Əmək haqqına dair məlumatları “Əmək Bazarı” adlı illik bülletendə və digər statistik məcmuələrdə əks olunur.
10.3Onlayn məlumat bazası  Aylıq və rüblük bülletenlərin, prez-relizin nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdirilir.İllik məcmua məlumatları baza yekunları əsasında hazırlanır.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5Digər  
11Sənədlərə giriş 
11.1Metodologiya üzrə sənədlər  Əmək haqqının hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
11.2Keyfiyyət üzrə sənədlər  Əmək haqqına hesablanması ilə bağlı keyfiyyət məruzəsi hazılmışdır
12Keyfiyyətin idarə olunması 
12.1Keyfiyyət təminatı  Keyfiyyətin idarə olunması sisteminin tətbiqinə başlanılması nəzərdə tutulmuşdur.
12.2Keyfiyyət qiymətləndirilməsi Keyfiyyətin idarə olunması üzrə proseslər icra olunmaqdadır
13Aktuallıq 
13.1İstifadəçi tələbatları  Əmək haqqına dair göstəricilır həm beynəxalq, həm rəhbər orqanların, kütləvi informasiya vasitələrinin, həm də elmi mütəxəssislərin, həm də geniş ictimaiyyətin nümayəndələrinin diqqət mərkəzindədir.
13.2İstifadəçi məmnunluğu  Şöbə tərəfindən hər ilin may ayında istifadəçilərlə iş planına uyğun olaraq seminar keçirilir, seminarda ayrı-ayrı nazirlik və komitələrin nümayəndələrindən əlavə BƏT, BVF, DB-nın nümayəndələri, KİV və digər maraqlı tərəflər iştirak edirlər.
13.3Dolğunluq  Əmək haqqı məlumatı tam dolğundur və hər hansı bir dövr və ya sahə üzrə indeksin hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
14Dəqiqlik və etibarlılıq 
14.1Ümumi dəqiqlik  Hesabat məlumatlarının dəqiqliyini və düzgün doldurulmasını təmin etmək məqsədilə Əmək statistikası şöbəsi hər zaman məlumatların nəticələrini diqqətlə nəzərdən keçirir, hesabat məlumatlarının düzgünlüyünə vaxtında nəzarət üçün yerli statistika orqanlarına və Baş Hesablama Mərkəzinin müvafiq şöbəsinə qarşıya çıxa biləcək səhvlərin vaxtında və yerində aradan qaldırılmasının metodologiyaya uyğun həyata keçirilməsinin vacibliyini nəzərlərinə çatdırır. Hesabat formalarında və metodoloji tövsiyələrdə tələbata uyğun olaraq təkmilləşdirmələr aparılır.
14.2Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
14.3Qeyri-seçmə xətası  Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin 2013-cü il 15 yanvar tarixli 4/t nömrəli əmri ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır.
15Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
15.1Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən yerli statistika orqanlarından aylıq və rüblük məlumatlar hesabat ayından sonrakı ayın 20-22-ci günü təqdim olunur.
15.2Tam vaxtında yerinə yetirmə  Əmək haqqının hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
16Müqayisəlilik 
16.1Coğrafi müqayisəlilik  Əmək haqqı ölkə və regionlar üzrə hesablanır.
16.2Vaxt üzrə müqayisəlilik  Dinamika sıraları davamlı şəkildə verilir və fasilələlər nəzərdə tutulmur.
17Uyğunluq (əlaqələndirmə) 
17.1Sahələrarası uyğunluq  Statistik məhsulların keyfiyyətli və statistika şöbələrinin sahələr arası məlumatlaın düzgünlüyünü təmin etmək üçün eyni göstəricilərin müxtəlif statistik hesabat formalarında tələb olunduğu zaman eyni metodologiya əsasında doldurulması vacibdir və lazım gəldiyi təqdirdə hesabatın müəyyən yerində qeyd edilməlidir ki, bu göstərici müəssisənin təqdim etdiyi digər statistik hesabatın filan sətrinin və ya sütununun göstəricisi ilə eyni olmalıdır.
17.2Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında da cüzi fərqlər yarana bilər.
18Xərc və yük  
19Məlumatların dəqiqləşdirilməsi 
19.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Hesabatı təqdim edən hüquqi vahidin əvvəlki ilin hesabat məlumatı ilə müqayisəsi zamanı aşkar edilir və düzəliş aparılır.
19.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
20Statistik emal 
20.1Mənbə məlumatları  Ölkə ərazisində yerləşən mülkiyyət və təçkilatı-hüquüindən aslı olmayaraq hüquqi şəxslər, həmçinin fiziki şəxslərindən alınan statistika hesabat məlumatlarına istinad edir.
20.2Məlumatların toplanması dövriliyi  Məlumatlar iri müəssisələr üzrə aylıq, kiçik müəssisələr üzrə rüblük dövrilikdə toplanılır.
20.3Məlumatların toplanması  Aylıq və rüblük bülletenlərin, prez-relizin nəşr məlumatları bilavasitə baza məlumatları əsasında formalaşdirilir.İllik məcmua məlumatları baza yekunları əsasında hazırlanır.
20.4Məlumatlara nəzarət  Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.Bu məqsədlə nəzarət prosedurları və keyfiyyətə nəzarət cədvəlləri tətbiq edilir.
20.5Məlumatların kompilyasiyası  Bir sira sənaye, tikinti, ticarət müəssisələr üzrə impyutasiyalar həyata keçirilir.
20.6Düzəlişlər  
21Şərh  Əlavə şərh yoxdur.