Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          İstehlak qiymətləri indeksi
1Əlaqə  
1.1Təşkilat  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2Təşkilatın məsul struktur bölməsi Qiymət statistikası şöbəsinin İstehlak qiymətləri statistikası sektoru
1.3Əlaqə üçün məsul şəxs  Rəşid Vəliyev
1.4Əlaqə üçün məsul şəxsin vəzifəsi  Qiymət statistikası şöbəsinin müdiri
1.5Əlaqə üçün məsul şəxsin poçt ünvanı  AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6Əlaqə üçün məsul şəxsin e-poçtu  rashid.valiyev@stat.gov.az
1.7Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 3771070 (2255)
1.8Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2Metaməlumatların yenilənməsi  
2.1Metaməlumatların son təsdiq tarixi  12.03.2021
2.2Metaməlumatların son yerləşdirilməsi tarixi 12.03.2021
2.3Metaməlumatların son yenilənməsi tarixi 15.09.2023
3Statistik təqdimat  
3.1Məlumatların izahı Orta alıcılıq qabiliyyətli alıcının (istehlakçının) aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirir. Müəyyən dövr ərzində istehlak edilən məhsulların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir.
3.2Təsnifat sistemi  Xərclərin məqsədlər üzrə təsnifatının "Şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı" bölməsi https://www.stat.gov.az/menu/5/source/Xerc_meqsed_tes.pdf
3.3Əhatə edilən sektor  Respublika üzrə məhsul və xidmətlləri əhatə edir.
3.4Statistik anlayışlar və təriflər  İstehlak qiymətləri indeksi (İQİ) – orta alıcılıq qabiliyyətli alıcının aldığı məhsulların və istifadə etdiyi xidmətlərin qeydə alınmış məcmusunun dəyərinin ümumi dəyişməsini səciyyələndirən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən məhsulların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak məhsullarının və xidmətlərin qiymət dinamikasının müəyyənləşdirilməsidir.
3.5Statistik vahid Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər.
3.6Statistik məcmu  Hər bir şəhərdə (rayonda) seçmə məcmuya müntəzəm olaraq kütləvi məhsul (xidmət) satışı həyata keçirən təşkilatlar, eləcə də ticarət məntəqələri (mağazalar, univermaqlar, köşklər), ictimai iaşə obyektləri, şəhər bazarları (qida, qeyri-qida), əhaliyə ödənişli xidmətlər göstərən müəssisələr, daimi olaraq xidmət və pərakəndə satış sahəsində fəaliyyət göstərən fərdi sahibkarlar və bazarlarda ticarətlə məşğul olan fiziki şəxslər daxil edilir.
3.7İstinad zonası  Respublika üzrə
3.8Vaxt əhatəliyi  Məlumatlar 1991-ci ildən hazırkı dövrədək aylar üzrə əks etdirilir.
3.9Baza dövrü  İqtisadi inkişaf və struktur dəyişikliyi nəzərə alınaraq, baza dövrü dəyişdirilir. Sonuncu baza dövrü 2010-cu ildir.
4Ölçü vahidi  Faiz
5Hesabat dövrü  ay
6İnstitusional mandat  
6.1Hüquqi aktlar və digər razılaşmalar  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu
6.2Məlumatların təşkilatlararası bölgüsü  İlkin məlumatların toplanması və emalı Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilir.
7Məxfilik  
7.1Məxfilik siyasəti  “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Komitənin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində 2016-cı il 23 noyabr tarixli 19/07s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8Yayım (nəşr) siyasəti 
8.1Yayım (nəşr) təqvimi  Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2Yayım təqviminə giriş  Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3İstifadəçi girişi  “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9Yayım tezliyi   Aylıq
10Bərabər giriş və aydınlıq 
10.1Mətbu məlumat  Mətbu məlumatların yayım təqviminə uyğun olaraq indeksə dair məlumatlar hər ay press-reliz şəklində yayımlanır.Məlumatlar həm kağız, həm də elektron versiyalar şəklində yayımlanır. https://www.stat.gov.az/ )
10.2Nəşrlər  Qiymət statistikası üzrə əsas nəşr "Azərbaycanda qiymətlər" illik statistik məcmuə və "Qiymətlər və qiymət indeksləri" adlı aylıq statistik bülletendir. Bununla yanaşı, göstəricilərə dair məlumatlar "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə", "Azərbaycanın regionları" adlı statistik məcmuələrdə, "Sosial, iqtisadi inkişaf" və "Statistik icmal" adlı aylıq və rüblük nəşrlərdə əks olunur. Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: https://www.stat.gov.az/source/price_tarif/
10.3Onlayn məlumat bazası  Aylıq bülletenlər http://www.stat.gov.az/source/price_tarif/,Press-reliz https://www.stat.gov.az/news/news.php?topic=20&page=1, illik məcmuə məlumatları http://www.stat.gov.az/source/price_tarif/, baza məlumat http://www.azstat.org/MESearch/details?lang=az&type=2&id=139&departament=9 internet səhifəsində yayımlanır.internet səhifəsində yayımlanır.
10.4Mikroməlumatlara giriş  Mikroməlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. https://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5Digər  Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin olunur. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6Metodologiya üzrə sənədlər  İQİ-nin hesablanması Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Beynəlxalq Valyuta Fondunun (BVF) “İQİ üçün təlimatlar: nəzəriyyə və təcrübə” ilə müəyyənləşdirilmiş beynəlxalq standartlara və tələblərə uyğun həyata keçirilir.Metodoloji izahlar bu linkdən əldə edilə bilər: http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7Keyfiyyət üzrə sənədlər  Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11Keyfiyyətin idarə olunması 
11.1Keyfiyyət təminatı  Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür (https://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf ). http://www.stat.gov.az/menu/2/quality/az/sertifikat_2015.pdf ). 2012-ci ildən statistik məhsulun istehsalının standartlaşdırılması məqsədilə “Statistik Biznes-Prosesin Ümumi Modeli” (GSBPM) tətbiq edilir. “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında “İstehlak qiymətləri indeksi üzrə statistik proseslərin idarə olunması prosesində SBPÜM-in (GSBPM) tətbiqi”nə*) dair statistika proseslərinin təsviri hazırlanmışdır (https://www.stat.gov.az/menu/2/quality/az/gsbpm/price/pr01_sb.pdf ).
11.2Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12Aktuallıq 
12.1İstifadəçi tələbatları  Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və s. məlumatların əsas istifadəçiləridir.
12.2İstifadəçi məmnunluğu Sonuncu dəfə 2022-ci ilin noyabr ayında istifadəçilərlə görüş keçirilmişdir. 2021-ci ildə istifadəçilər arasında DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən sorğu keçirilib və respondentlərin 82,7 faizi inandığını, 14,1 faizi qismən inandığını, 1,4 faiz isə inanmadığını 1,8 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini bildirmişlər. •istifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər.
12.3Dolğunluq  Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur. Metodologiyanın linki stat.gov.az/menu/7/other_metadata/
13Dəqiqlik və etibarlılıq 
13.1Ümumi dəqiqlik  İQİ-nin hesablanması və qarşıya qoyulan vəzifələrin keyfiyyətli həlli üçün, Qiymət statistikası şöbəsi ilk növbədə yerli statistika orqanlarından qəbul edilən ilkin məlumatların keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq metodoloji işləri davam etdirir. Yerli statistika orqanlarının əməkdaşları mütəmadi olaraq seminarlarda iştirak edir və hər hansı metodoloji yeniliklər baş verərsə onlar operativ olaraq məlumatlandırılırlar.
13.2Seçmə xətası  Belə qiymətləndirmə aparılmamışdır.
13.3Qeyri-seçmə xətası  Belə qiymətləndirmə aparılmamışdır.
14Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə 
14.1Vaxtlı-vaxtında olma Nəticələr hesabat dövrünün son günündən sonrakı 10 gün ərzində nəşr edilir
14.2Tam vaxtında yerinə yetirmə  Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik 
15.1Coğrafi müqayisəlilik  Qiymətlərin müşahidəsi ölkənin bütün şəhər və rayonları üzrə aparılır. Beləliklə də indeks Azərbaycanın tam qiymət dəyişikliyini əks etdirir. Müayinə həm şəhər həm də kənd yerlərini əhatə edir. İndekslər ölkə, rayon və iqtisadi rayonlar üzrə hesablanır.
15.2Vaxt üzrə müqayisəlilik  Yekun məlumatlar 1991-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır. Bütün hesabat dövrü üçün 32 müqayisəli dinamika sırası mövcuddur.
15.3Sahələrarası uyğunluq  Məlumatlar pərakəndə ticarət məntəqələrindən müşahidə əsasında götürüldüyündən hər hansısa bir sahə ilə uyğunluq mövcud deyildir.
15.4Daxili uyğunluq  Bu müayinənin nəticələrində daxili uyğunluq tam təmin olunmuşdur.
16Xərc və yük  Qiymət qeydiyyatçıları tərəfindən məlumatların daxil edilməsinə orta hesabla 15 dəqiqə vaxt sərf edilir. Respondentlərə düşən yükün azaldılması məqsədi ilə rəsmi statistika hesabatı və müşahidəsi formalarının göstəriciləri mütəmadi olaraq təkmilləşdirilir, istehsal xərclərinin, eləcə də respondentlərə düşən yükün azaldılması məqsədi ilə statistik proseslərin avtomatlaşdırılmasına, informasiya və kommunikasiya texnologiyalarının potensialından istifadənin genişləndirilməsinə üstünlük verilir. Bu sahədə şöbə "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya"ya əsasən fəaliyyət göstərir.
17Məlumatların dəqiqləşdirilməsi 
17.1Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Yenidən baxılma həyata keçirilmir.
18Statistik emal 
18.1İlkin məlumatlar Məlumat üçün mənbə ticarət və xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdir.
18.2Məlumatların toplanması dövriliyi  Məlumatlar qida məhsulları üzrə ongünlük, qeyri-qida və xidmətlər üzrə isə aylıq toplanılır.
18.3Məlumatların toplanması  Məlumatlar real-vaxt rejimində əldə olunur.
18.4Məlumatlara nəzarət  DSK-da bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanılması məqsədilə məntiqi nəzarətlər tətbiq edilib. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5Məlumatların ümumiləşdirilməsi Müvəqqəti olaraq satışı dayandırılan məhsullar üzrə impyutasiyalar həyata keçirilir.
18.6Düzəlişlər  Mövsümi düzəlişlər aparılır və bu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 18 yanvar 2010-cu il tarixli, 2/4 nömrəli sərəncamı ilə təsdiq edilmiş “İstehlak mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin statistik müşahidəsinin təşkilinə, ticarət və xidmət sahəsində fəaliyyət göstərən təşkilatların seçmə məcmusunun formalaşdırılması”na dair metodoloji tövsiyələrə uyğun olaraq həyata keçirilir.
19Şərh  Əlavə şərh yoxdur.