Göstəricilərə dair metaməlumatlar
 
Göstəricinin adı
          Yaş
İzahı
          Yaş tərkibi haqqında məlumatlar siyahıyaalınmalar zamanı sorğu yolu ilə əldə edilir. Bu məlumatlar ayrı-ayrı yaşlar üzrə X yaşdan X+1 yaşadək əhalinin sayının hərəkəti metoduna uyğun cari hesablamalar yolu ilə müəyyən edilir. Demoqrafik hadisələrin cari qeydiyyatına dair məlumatlar hesablamalar zamanı nəzərə alınır
Cavabdeh şöbənin əlaqə nömrəsi
          +99412 538-51-43; +99412 377-10-70 (22-11)
Tətbiq sahəsi
          Yaş üzrə göstəricilər bütün respublikanı əhatə edir.
Əhatə dairəsi
          Azərbaycan Respublikası üzrə
Mənbəyi
          Müşahidə vahidi: Yaş qrupları üzrə əhali. Hesabat təqdim edən vahid: Əhalinin siyahıyaalınması, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi. Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi
Toplanma metodu
          Dövlət Statistika Komitəsində bütün proqram təminatlarına məlumatların daxil edilməsi zamanı tamlığın və ardıcıllığın yoxlanması məqsədilə məntiqi nəzarətlər tətbiq edilir. Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatların yoxlama prosesi həyata keçirilir. Bu zaman məlumatlar xüsusi hazırlanmış nəzarət cədvəlləri vasitəsilə şöbənin əməkdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları bu barədə məlumatlandırılır, respondentlər tərəfindən müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
İstifadə olunduğu təsnifat
          Azərbaycan Respublikasının “İnzibati Ərazi Bölgüsü Təsnifatı, 2024” və Ümumdünya Səhiyyə Təşkilatının “Ölüm haqqında məlumatların səbəblər üzrə kodlaşdırılması və işlənməsi xəstəliklərin, zədələr və ölümün səbəblərinin X baxılış Beynəlxalq Təsnifatı”
Yayım forması
          Həm kağız, həm də elektron versiya şəklində yayılır.
Əks olunduğu nəşr
          Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanın demoqrafik göstəriciləri, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar
Dövriliyi
           İllik
Ölçü vahidi
          Min nəfər.
Beynəlxalq konsepsiyası
          "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq Vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı, 1-VVADQ nömrəli rəsmi statistika hesabatı forması, Birləşmiş Millətlər Təşkilatının "Əhalinin təbii və miqrasiya hərəkətinin statistika qeydiyyatı sistemi üçün prinsipləri və tövsiyələri"
Məlumat bazası ilə elektron əlaqəsi
          Hazır cədvəllər bu linkdə mövcuddur https://stat.gov.az/source/demoqraphy/