|
İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifələrin
SİYAHISI
Dəyişikliklər aparılmışdır:
12 may 2010-cu il, 69/t №-li əmrlə
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sistemində inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Dövlət Statistika Komitəsinin sədrinə, sədrin müavinlərinə, Aparatın rəhbərinə, Aparatının şöbə müdirlərinə və onların müavinlərinə, Baş Hesablama Mərkəzinin direktoruna və onun müavinlərinə, şöbə rəislərinə və onların müavinlərinə, Naxçıvan MR Dövlət Statistika Komitəsinin sədrinə, sədrin müavinlərinə, Naxçıvan MR rayon statistika idarələrinin rəislərinə və onların müavinlərinə, Bakı Şəhər Statistika İdarəsinin və rayon statistika şöbələrinin rəislərinə və müavinlərinə, rayon və şəhər statistika idarələrinin rəislərinə və onların müavinlərinə verilsin.
- Təsdiq edilmiş yeni siyahı aidiyyatı struktur bölmələrin və Dövlət Statistika Komitəsinin işçilərinin nəzərinə çatdırılsın.
|